Cümə xütbəsi - Allah yolunda sevgi və nifrət (23.06.2017)
Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction] Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm.
Deməli, biz bu barədə neçə dəfələrlə danışmışıq. Bizim dinimizin iki yönü var. Dinimizdə iki bir-birinə zidd, bir-birinin əksi olan hal və xüsusiyyətlər var. Ki, bunların inkişafı bir-birinə bağlıdır. Dinimizdə məhəbbət var və dinimizdə nifrət var. Dinimizdə dostluq var, dinimizdə düşmənçilik var. Dinimizdə inkar var, dinimizdə təsdiq var. Bunlar bir-biriylə əlaqəlidir.
Mən yəkfur bit tağut və yu’min billah, quran ayəsidir. Kim tağutu inkar etsə, şeytanın düzənini inkar etsə, və yu’min billah, və Allaha iman gətirsə, fəqəd istəmsə kə bil’urvətil vusqa, o, Allahın möhkəm ipindən yapışıb. İnkar olmasa təsdiq olmur. Nəyisə inkar etməlisən. Lə deməsən İlləllah deyə bilməzsən. Allahdan başqalarına yox ki, Allaha hə deyəsən. Bu iki başlı məsələdir.
Həlid din illəl hubbi vəl buğz [TODO - Correction]. Din məhəbbət və nifrətdən başqa bir şeydirmi?! Dinin bir məhəbbət hissəsi olsa, nifrət hissəsi olmasa, məhəbbət hissəsi də yoxdur deməli, yalan şeydir. Din iki qanaddan ibarətdir. Məhəbbət və nifrət. Haqqa məhəbbət artdıqca, haqq əhlinə, insanlığa məhəbbət çoxaldıqca, insanlığın düşmənlərinə nifrət çoxalmalıdır. Yoxdursa, yalan söhbətdir. Razısınız?! Bir insan insanlığı, dəlicəsinə, Azərbaycan xalqını sevir. Azərbaycan xalqını Xocalıda qətlə yetirən, soyqırıma məruz qoyan o caniləri də sevir. Doğrudan da xalqını sevir, yoxsa yox?! Bu sevgi səbəb olmalıdır ki, o canilərə, o cəlladlara nifrət eləyəsən, doğrudan da sevgidirsə.
İki tərəfi var. Məhəbbət haqqa, haqq əhlinə, insanlığa artdıqca, insanlığın qəniminə, qənimlərinə, düşmənlərinə olan nifrət çoxalmalıdır. Həlid din illəl hubbi vəl buğz [TODO - Correction]. Ona görə iki zidd xüsusiyyət insanda olmalıdır ki, insanın imanı kamil olsun. Məhəbbət və nifrət. Bunu Quran da buyurur: ashiddaaa’u ‘alal kuffaaari ruhamaaa’u bainahum. Möminlərdən danışır, deyir, düşmənlərə qarşı… Kuffar burada düşmən mənasındadır da, dayanmıram təfsirin üzərində. Düşmənlərə qarşı sərt, öz aralarında mehribandılar. Onlara qarşı sərtdirlər, qətiyyətlidirlər. Öz aralarında isə mehribandırlar. Mehribanlıqları artdıqca, o birilərə qarşı narahatçılıqları çoxalır.
Və məhəbbətin meyarı budur. Mən yenə də deyirəm, hərdən onu göstərirlər orada dünyanı idarə eləmək iddiasında olan və yaxud dünyanı idarə edən o insanları göstərirlər, yığışırlar bir-birinin yanında əl verirlər, görüşürlər, gülümsəyirlər. Onlara, belə deyək, biganə baxan, ürəyində onların o cinayətlərinə görə onlara nifrət eləməyən insanın imanında nöqsan var. Çünki onlar vəhşi canavardır insan cildinə gəlib giriblər. Onların təbəssüm eləməyinə baxma. Bütün qırğınların xeyir duası onlar tərəfindən verilir dünyada, insanları kütləvi şəkildə qətlə yetirirlər harada onlara lazımdırsa. Bu iman göstəricisidir, bunlara olan münasibət.
Və imanın haqqa bağlılıqdan çox batilə və Allahın düşmənlərinə ‘düşmən ol’ hissəsi mühümdür, çox mühümdür. Mümtəhinə surəsi var Quranda, bir neçə ayəsini icazə verin, tərcümə edim. Yaa ayyuhal lazeena aamanu laa tattakhizu ‘aduvvee va ‘aduvaakum avliya. Ey iman gətirənlər, mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın, vəli tutmayın. Quran buyurur bunu.
Va qad kafaroo bima jaaa’akum minal haqq. Bir halda ki, sizə nazil edilən həqiqətə kafir olublar. Sizin qəbul etdiyiniz haqqı, həqiqəti qəbul etmirlər. Onları özünüzə dost tutmayın. Onları özünüzə qardaş bilməyin, onları özünüzə yaxın hesab eləməyin. yukhrijoonar Rasula va iyyaakum. Bir halda ki, onlar Peyğəmbəri və sizi yurdunuzdan, yuvanızdan didərgin salıblar. O təkcə o dövrə mi aiddir sizin fikrinizcə?!
Bir yerdə ki, müsəlmanları yurdundan, yuvasından didərgin salıb qətliama məruz qoyur, onları özünüzə dost tutursunuz?! Onları özünüzə yaxın bilirsiniz?! Nə günah üstündə çıxardıblar sizi yurdunuzdan? Ən tu’minu billah rabbikum. Allaha inanmısınız, günahınız budur ki, siz müsəlmansız. Allaha inanmısınız. Bunların düşmənçiliyinin səbəbi bu.
Tusirroona ilayhim bilmavaddati. Deyir ki… Gözəl ayələrdir bu. Bəziləriniz gizlicə onlara məhəbbət göstərirsiniz. Ürəyinizdə onlara rəğbət var. Ürəyinizdə onlara qarşı rəğbət var. Xəstə qəlblər qəribə o batilə meyillənir. Xəstə qəlblər. Deyir mömin heç zaman batilə yəqin tapmaz. Xəstə qəlblər o batilə meyil yaradır. Quran buyurur ki, tusirroona ilayhim bilmavaddati. Onlara qarşı məhəbbət göstərirsiniz, meyillənirsiniz onlara.
Vaana aAAlamu bima akhfaytum vama aAAlantum. Deyir, mən bilirəm, gizli saxladığınızı da, aşkar elədiyinizi də bilirəm. Vaman yafAAalhu minkum faqad dalla savaa assabeel. Sizlərdən kim onlara meyil etsə, onlara məhəbbət göstərsə, Allahın düşmənləri ilə dost olsa, özünü onların cərgəsindən saysın. Adalla assabeel və yaxud da dalla savaa assabeel. O insanlar azğın yoldadılar. Va lad-daaalleen deyirik hər gün namazda, bizi azğınlardan qərar vermə. Bu azğınlıq nədir, bu ayədə deyir. Kim ki Allahın düşməninə, bəşəriyyətin düşməninə zərrə içində rəğbət varsa, buyurur ki, onlar yolundan azmış, azğınlardır.
Bu ayə kimin haqqında nazil olub? Hatib ibn-i Əbi Bəltə adlı bir şəxs. Müsəlmandır, Peyğəmbərin yanındadır. İslama iman gətirib. Müşriklərin içində də dostları, tanışları var, Məkkədə qohumları var. Gizli məktub yazır onlara. Deyir ki, nə olar indi mən Peyğəmbərin yanındayım. Onlara da bir sədaqət məktubu yazım ki, elə mən sizlə də dostam. Peyğəmbər qələbə çalsa, dadıma çatar. Yəni, bir ziyanı olmaz. Peyğəmbər məğlub olsa, mənim köməyimə gələrlər. Onlara bir sədaqət məktubu yazım, məhəbbətimi izhar edeyim. Öz-özünə belə bəraət gətirir, əsas gətirir sözünə. Məktubdur da yazmışam, mən Peyğəmbərin yanındayam onsuz da. Onlara da bir simpatiyamı bildirim bu məktubla. Məktubu göndərir, Peyğəmbərə vəhy gəlir, məlum olur ki, bu məktub göndərir.
Gedirlər, Həzrəti Əli, yolda bir qadınla göndər, o məktubu qadından alır. Eşitmisiniz, demişəm, Zübeyr narahat olur, bax bu hadisədə olur. Gedir məktubu alır Həzrət Əli o qadından, gəlir. Peyğəmbər deyir ki, sən niyə bəs bizim hərbi sirrimizi düşmənə verirsən? Sən niyə bizdən onlara xəbər verirsən? Sən niyə onlara məhəbbətlə məktub yazırsan? Cavab verdi ki, ya Rəsulallah, mən sizə iman gətirmişəm, amma orada qohumlarım var. Dedim bəlkə bir az yumuşaldaram onları, filan eləyərəm, bəlkə bir rəğbət qazandıraram. Allahın ayəsi bunun cavabında nazil oldu ki, onlar yumuşalan deyil. Zənn eləməyin onlar sizə qarşı yumuşalacaqlar. Onlar sizinlə dost olan deyil.
In yathqafookum, sizə əlləri çatsa, yakoonoo lakam aAAdaan, onlar sizinlə açıq düşmənçilik edəcəklər. Onların davası əqidə davasıdır, o elə-belə küçə davası deyil ki, sən ona ehsan eləməklə o səninlə barışsın. Onun qəlbi səninlə düşməndir. Vavaddoo lav takfuroon. Deyir ki, onlar sizin kafir olmağınızı istəyirlər. Açıq aşkar Quran deyir. Siz onlara tabe olmayınca onlar sizdən əl çəkməyəcək. Quran bunu açıq deyir. Bunu Quran deyir, Allah deyir. Onlar sizi özləri kimi etməyincə, öz günlərinə qoymayınca sizdən əl çəkməyəcəklər. Sizin barışmaq nöqtəniz yoxdur. Mümkün deyil. Bu iki cəbhənin barışmaq nöqtəsi.
Və Kərbəla hadisəsi həmin bu iki xüsusiyyəti insanlarda yaradan… Mən hətta deyərdim ki, İmam Hüseynin Kərbəlası haqqı sevdirməkdən daha çox batilin iç üzünü açmaq üçün idi, batilin xəbisliyini göstərmək üçün idi. İmam Hüseyn əleyhissəlamın Kərbəlası qiyamətəcən yaşayacaq insanlara göstərdi ki, bu cəbhə var haqq qarşısında dayanan, fərq yoxdur hansı adla çıxıb… Amma bir az qovsan onu, divara dirəsən, artıq gedib 6 aylıq günahsız uşağı öldürməyə qədər gedəcək. Bu bunların hamısının bir xüsusiyyətidir. Adlar şərtidir.
Bugünkü gündə də dünyaya baxın, görürsünüz, demokratiyadan, azadlıqdan dəm vuran dövlətlərin xeyir duasıyla insanlar kütləvi şəkildə qətlə yetirilir. Görürsən, bir dənə kəlmə danışan yoxdur. Bir ölkədə onların hansısa bir əl altısına bir dənə söz deyəndə, aləm dəyər bir-birinə, aləm bir-birinə dəyər. Xəbəriniz var ki, nə qədər insanlar gündə, saatda qırılır. Toy mərasimləri bombalanır, insanlar qətlə yetirilir, öldürülür. Heç kəsdən xəbər çıxmır, səs çıxmır. Gedirlər, onlarla rəqs edirlər, qılınc rəqsi oynayırlar, nə bilim nə edirlər. Budur bunların həqiqəti, mahiyyəti budur. Və Qurani Kərim də bunu bizə bəyan eləyir, müxtəlif şəkillərdə bəyan eləyir. İmam Hüseynin Kərbəlası da bunu bizə göstərir.
Və bugün Ramazan ayının son cüməsi həmin o həmrəyliyin ifadəsi üçün, İslam ümmətinin həmrəyliyinin ifadəsi üçün və bütün İslam ümmətini ağrıdan məsələlərin bizi düşündürməsi üçün bir fürsətdir. Hansısa bir məntəqədə olan qətliam, məzlumiyyət o birilərə də təsir göstərir. Fələstini, Qüdsü, Suriyanı, digər yerləri, onların dərdini çəkməyəndə, Qarabağ dərdi də unudulur. İslam ümməti bir vahid bədən kimidir, Peyğəmbər buyurur. Bir bədən, bir hissəsi əziyyət çəksə, hamısı narahat olar. Odur ki, dünyada baş verən hadisələr ən azından adamın qəlbini narahat eləməlidir ki… Hər hansı bir insan, yenə deyirəm, sözümün əvvəlində dedim, fərqi yoxdur hansı dindən…
Həzrəti Əli ə.s. deyir ki, bir yahudi qızının əgər ayağından… O vaxt ayağa qolbaq kimi bir şey bağlayardı, bilmirəm onun adı nədir, xalxal deyirlər ona, nə deyirlər, onu gəlib qarət eləmişdilər. Həzrət Əli ə.s. dedi ki, bir yahudi qızının ayağından bunu aparırlarsa, müsəlman cəmiyyətinin gözü qabağında, onu gəlib qarət edirlərsə, adamın ürəyi partlasa yeri var ki, bu haqsızlığa müsəlmanlar necə dözdü ki, gəldilər bir yahudi qızını qarət elədilər onların gözünün qarşısında. Ona görə də, belə birinci xütbədə dediyim kimi, eşidəsən, heç nə vecinə olmaya, deyəsən əcəb olur, müsəlman elə qırılmalıdır, belə deyəsən, bu sənin özünün daxili vəziyyətindən xəbər verir ki, sən hansı vəziyyətdəsən.
Quranda ayə var, deyir, Salehin dəvəsini bir adam öldürdü, amma Quranda buyurur ki, fa’aqarooha, onu öldürdülər, fadamdama ‘alayhim rabbuhum, Allah onlara əzab verdi. Bir adam öldürdü, amma qövmə əzab verdi. Dedilər, niyə görə bəs cəm halda işlənir? Deyir, onu öldürdü, zülm elədi, o birilər də razı oldular. Dünyada bir nəfər insan günahsız öldürülürsə, Qarabağda cəhbə bölgəsində bir əsgərimiz ki, şəhid cənazələri gələndə, hansısa bir insan, vicdanı olan adam eşidirsə, təsirlənmirsə, dünyanın harasında olursa olsun, günahsız insan öldürülürsə, təsirlənmirsə, insaniyyətində şübhə var o insanın. Onun insaniyyətində şübhə var. Ona görə də, Aşura ziyarətində yox, İmam Hüseynin, aşura ziyarətində də oxşar cümlələr var, İmam Hüseynin ziyarətlərində oxuyuruq ki, neçə dəstəyə lənət oxuyuruq. Bir onu qətlə yetirənlərə, bir eşidib razı olanlara. Adamlar keçdilər, İmam Hüseyn qətlə yetirilib, dedilər, olub olub da. Bu dəstə də qiyamətdə onu qətli yetirənlərlə eyni cərgədə olacaq.
Bugün İslam dünyası ağır imtahan keçirir. Məzhəb davası salıblar. Bir zaman özləri müsəlmanlarla üzbə-üz vuruşurdular, indi yaxşı yol seçiblər, özlərini vuruşdurub, qıraqdan baxıb tamaşa eləyirlər. O da adamı çox yandırır. Bəli, bu məsələyə görə mən günahı heç kəsin üstündə yıxmıram. Bu məsələyə görə İslam ümməti məsuliyyət daşıyır, İslam ümməti bütövlükdə məsuliyyət daşıyır ki, bu parçalanmaya gedib, din adı ilə bir birinin başını kəsir, maliyyəsi də bəllidir haralardan gəlir, kimlər onlara silah satır və necədir artıq hər şey bəllidir dünyaya və təhrif olunmuş dini inkişaf etdirirlər, haqq olan dinin müqabilində. Və məzhəb davaları salırlar.
Və şükür olsun Allaha ki, burada bunu da deyim ki, bizim Azərbaycanımızda belə bir problem yoxdur və çox ciddi çalışmalıyıq ki, ancaq vəhdət istiqamətində təbliğ aparaq. Məzhəbləri bir-birinə qardaş kimi təqdim edək və ixtilafları qabartmayaq. Bu bizim yeganə çıxış yolumuzdur və çıxış yolumuzdan da əlavə İslam qardaşlığı Quranın buyurduğu əmrdir, Quranın buyurduğu məsələdir və İslam ümməti bir qardaş olmalıdır. Fərqi yoxdur, hansı məzhəbdən olursa olsun, Azərbaycanda yaşayan ənənəvi məzhəblər hamısı bir-birinə qardaşdır, bir-birinə mehriban olmalıdır və bu dəyər ki, tarixən bizdə mövcud olub, o dəyəri biz mütləq qorumalıyıq və başqa ölkələrə də nümunə kimi təqdim etməliyik ki, İslam ümməti ümumiyyətlə bu vəhdət yolu ilə bu bəlalardan nicat tapa bilər. Odur ki, vəhdətə xələl gətirən, hər bir iş görən, söz danışan insanlar kim olursa olsun, düşmən dəyərmanına su tökən insanlardır. Fərqi yoxdur, hansı əqidədən olur olsun, hansı məzhəbdən olursa olsun. Allah müsəlmanların vəhdətini, birliyini bundan daha artıq möhkəm eləsin, inşallah.
Bayramla bağlı suallar verilir. Bayram, ayın görünməsi 25-i axşam mümkün olacaq, yəni artıq ayın görünməsinə ehtiyac yoxdur, çünki Ramazan ayının 30-una düşür 25-i. Yəni bu il Ramazan ayının 30 gün olması qətidir. Çünki şəmbə günü axşam ayın görünmə ihtimalı yoxdur, ayın görünmə ehtimalı yoxdur deyə bayram inşallah ayın 26-sına təsadüf eləməlidir. Yəni bəziləri deyir ki, ay hələ çıxmıyıb, biz nə bilirik, elmi, bəzi illər olur ki, elmi hesablamalar deyir ki, ehtimal var görünə, ola bilər görünməyə. O illərdə biz dəqiq deyə bilmirik, deyirik ki, indi ay görünə də bilər, görünməyə də bilər. Amma indi bu il qəti deyilib ki, görünməsi mümkün deyil, ona görə çox ciddi ehtimal, qəti ehtimal budur ki, bayram ayın 26-sına təsadüf edir, inşallah 26-sı səhər saat 9-da bayram namazı məsciddə qılınacaq. Yəni, neçə dəfəyə qılınacaq, yəni bəzi adamlar gəlir, görürsən yer olmur, bayırda gözləyirlər, narahat olmasınlar, bir dəfə bayram namazı qılındıqdan sonra iki, hətta üç dəfə bəzən qılınır. Yəni saat 9-da bayram namazı qılınacaq inşallah məsciddə, ayın 26-sı səhər.
Fitrə zəkatı ilə bağlı da soruşurlar deyə bunu deyirəm. Kim əgər fitrə zəkatı verməyə adam tanımırsa, qalıb necə eləsin, məsciddə xidmətçilərə yaxınlaşıb verə bilərsiniz. O mənim nəzarətim altında paylanır, siyahı əsasında paylanır, yəni mən ona cavabdehəm, narahat olmayın ki o məsuliyyəti biz üzərimizə götürürük. Siyahılar əsasında o fitrə zəkatı ehtiyaclı insanlara verilir. Amma o ehtiyaclı adam tanıyırsınızsa qohumda qonuşuda, özünüz verin. Çətinlik çəkirsizsə, yəni onu məsciddə xidmətçilərə bayram günü gəlib namazda verə bilərsiniz fitrə zəkatınızı. Allah qarşıdan gələn bayramı bizə mübarək eləsin və mübarək Ramazan ayının qalan günlərinin feyzindən bizi bi-nəsib eləməsin, inşallah. Deməli, ayın 26-sı saat 9-da yadda saxlayın ki, əlavə sonra sual yaranmasın.
Əllahummə inna nəsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, əl əəzzil əccəlil əkram və bil Huseyni ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!
İlahi əllərimiz naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İlahi bu danışılan sözlərə əvvəl danışanın, sonra eşidənlərin qəlbində təsirli elə. İlahi bizi bu sözlərə eşidib əməl eliyənlərdən qərar ver. İlahi bizi bu ayın bağışlananlarından qərar ver. Bu ayın qalan günlərinin, saatlarının feyzindən bizi binəsib eləmə. Qarşıdan gələn bayramı bütün müsəlmanlara mübarək elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Bu məclisdə iştirak eləyənlərin qəlblərində nə hacətləri varsa bu ayın hörmətinə hamımızın hacətlərini rəva elə. Əgər indiyə qədər bizi bağışlamamısansa, günahlarımıza qələm-i əfv çək. Ölənlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət elə. Xüsusən bu yaxın günlərdə bir dəyərli qardaşımız dünyasını dəyişib, səni and verirəm xanım Fatimeyi Zəhra hörmətinə, onu ğəriqi rəhmət elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Ordumuzu, əsgərlərimizi, zabitlərimizi ağla gələn gəlməyən bəlalardan hifz elə. Azərbaycan ordusunu müzəffər elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. Dünyanın həryerində nahaqq insan qanı tökənlərə lənət elə. İşğal altında olan müsəlman torpaqlarını düşman tapdağından azad elə. İmam Zaman ağanın mübarək olan qəlbini bizdən razı və xoşnud elə. Ağamızın zühurunu tez elə.