Cümə xütbəsi - Allahdan nə istəyək (04.01.2019)


Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction] Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

İkinci xütbədə qısa şəkildə bir mövzuya işarə eləmək istəyirəm. Ondan sonra inşallah cümlə namazını qılarıq.

Dua haqqında qısa olaraq bir neçə cümlə danışmaq istəyirəm. Dua mövzusu nədən başlayır? Dua mövzusu bundan başlayır ki, insan Allahdan nə istəməlidir ümumiyyətlə. Bu, çox mühüm məsələdir. Bəziləri bilmir nə istəmək lazımdır və yaxud da istəkləri çox kiçikdir. Ümumiyyətlə, deyirsən, insana qiymət verməyin neçə yolu var, biri də budur ki, de görüm nə istəyirsən, deyim kimsən. Arzularını de. Arzuların siyahısını tut. Müsahibə verən kimi yox, müsahibə verəndə hamı ağıllı olar axı, mən, filan, belə də səviyyəli danışır. Yəni, müsahibə yox, səmimi, ürəyinin içinə bax, gör, nə istəyirsən. İstədiklərini yaz vərəqin üstünə, ondan sonra de ki, bax, mən buyam, bu qədərəm.

Ona görə dua mövzusu istəməkdən başlayır. Adam var ki, deyir, mən məhşur olum, indi gənclərin arasında dəb düşüb. Baxır müğənnilərə filana, görür ki, bir qədər çətin deyil, axı, çox asan, deyir, məhşur olmaq. Bir-iki dənə şərtləri vardır onun. Səs də lazım deyil məhşur olmaq üçün. Səsdən başqa hər şey lazım olur da, başqa o asan məsələlər. Bir alim deyirdi ki, Himalay dağı da məhşurdur. Ən çoxu olacaqsan, bu dağ kimi məsələn. İnsan bir özünü müəyyən eləsin ki, mən kiməm, hədəfim nədir, nə istəməliyəm.

O ’nə istəməliyəm’ çox mühüm mövzudur, çox mühüm məsələdir. Ona görə də bir neçə Quran duasına işarə eləmək istəyirəm sadəcə. Quran bizə öyrədir ki, bunu istəyin Allahdan. Çox rahatdır da ki, insan bunu istəyər, bunları istəyər. Hamısına yox, bir neçəsinə.

Bir dənə vacib dua var Quranda. Yeganə duadır ki, o vacibdir. Kim deyər, nədir o? Bəli, ihdinas siratal mustaqim. Quranın vacib olan yeganə duasıdır ki namazda deməliyik onu. Hər gün biz bu duanı Allahdan istəməliyik. ihdinas siratal mustaqim. Bizi doğru yola yönəlt. Doğru yola yönəlt. Axı, mən yönəlmişəm ki, namaz qılıram. Əvvəla məlum deyil, ikincisi ardıcıldı, davamlıdır.

Doğru yol, bilirsiniz nədir? Doğru yol incədir, yəni ümumi anlayış deyil. Doğru yol budur ki, mən hər saniyə nə etməliyəmsə onu eləyim. Buna deyirlər doğru yol. Mən neynəməliyəm? Bax, indi, burada danışmalıyam. Bundan sonra neynəmələyim? Yüz variant var da, nə qədər mən iş görə bilərəm. Hansını ki, eləməliyəm, ağlımla düşünsəm ki, mən bunu eləməliyəm, deməli Allahın əmridir həmin anda, onu eləmələyəm. Sonra ne eləməliyəm? Falan işi. Yəni, ihdinas siratal mustaqim budur ki, hər saniyə hesablayım, nə etməliyəm o işi görürüm. Buna deyilər…

Yoxsa ki, hər yaxşı iş saleh iş deyil. Biri var yaxşı iş, biri var saleh iş. Yaxşı iş, yaxşı işdir. Amma saleh iş, hansı işi ki görməliyəm, ona deyilir. Yüz dənə yaxşı iş görə bilərəm. Hansını görməliyəm?! Ona deyilər, saleh əməl. Biri var yaxşı əməl, biri var saleh əməl. Əmilus salihat. Saleh əməl nədir? Mənim yüz dənə qarşımda yaxşı iş var. Hansı meyyar ilə seçirəm?

Bəzən biz yaxşı işləri də nəfsimizə uyğun seçirik. Quranı gətir görüm, hansı əməldən xoşum gəlir. Quranın bir ayəsi var, hamımız ona əməl eləyirik. Hansı ayədir? Kulu vaşrabu. Bu, yeyin için. Hamı əməl eləyir o ayəyə. Yeyin için. Elə bir adam yoxdur ki, ona əməl eləməin. Yeyin için kimi ayələr var ki, mənim üçün rahatdır da, xoşuma gəlir. Bu dindarlıq olmadı. Dindarlıq budur ki, xoşuma gəlir gəlmir, kənara qoyuram. Mən nə eləməliyəm Allah? Allah da gətirir bəzən, savab əməlimizi öz iradəsi ilə vurur. Yaxşı bir iş görürük, Allah deyir ki yox…

Mən bunu dəfələrlə demişəm. Cammat pis iş görürdü İmam Hüseynin dövründə?! Ərafata gedirlər də, Ərafat yaxşı şeydir. Həcc edirlər. İmam Hüseyn Kərbəlada doğrananda, Məkkəni tərk eləyəndə hamı yaxşı işlə məşğul idi. Təvaf, səy, gözəl-gözəl işlər. Allah dedi yox, Allah sizi harada görmək istəyir? İmam hara gedir? Ihdinas siratal mustaqim’in mənası budur ki, nəyi etməliyəm? Hər an o işlə məşğul olun. Onu eləyin.

Başqa duası Quranın. Vacnubni vabani an nnaebud al asnam. Əsnam, yaxud. Məni və övladlarımı bütə ibadətdən uzaqlaşdır. Şirk pis şeydir. Şirki biz gərək izah eləyək ki, bəzi zahirpərəstlər tövhid, şirk, tövhid, şirk deyir e, biz gərək danışaq tövhiddən, şirkdən ki, insanlar həqiqi mənasını başa düşsün tövhid və şirkin. Deyə bilərsən ki, indi bu dua aktuallığını itirib. Niyə? Biz bütpərəst deyilik. Bütpərəstlik elə bilirsən ancaq heykələ ibadətdir?! Dəb pərəstsən, moda pərəst, bu bütpərəstliyin bir növüdür. Bu büt pərəstliyin bir formasıdır. Qərb pərəstsən, lap belə əlasından, bu bütpərəstliyin bir növüdür. Qərbdən də istifadə elə, şərqdən də istifadə elə. Amma nə qərb pərəst ol, nə şərq pərəst ol, nə dəb pərəst ol, o qədər artıra bilərsən. Heç nəyə pərəstiş eləmə. Bu duanın mənası budur ki, özümü və övladlarımı şirkdən uzaq elə. Bu bir dua.

Bir dənə də dua Qurandan deyim sizə. Rabbi Zidni İlma. İlahi məni… Bunu səhv tərcümə edirlər adətən, elmimi artır deyirlər. Belə deyil dua. Demir ki, Rəbbi zid İlmi. ilahi elmimi artır. Deyir ki, Rabbi Zidni, ilahi məni artır elm vasitəsilə. Çox mühüm nöqtədir Quran. Hamı tərcümə eləyir ki, ilahi elmimi artır. Yox, ola bilər adamın elmi çoxalır, özü cılızdır, kiçikdir. Vay o gündən ki, adamın oxuduğu özündən böyük ola. Görürsən kitab çox oxuyub, yaxşı bilir, amma cılız adamdır, kiçik adamdır. Elm odur ki, səni böyütsün, sən böyüyəsən. Duanın mənası budur ki, öyrəndikcə mən böyüyüm, elmim məni artırsın. Kompüterin da yaddaşında çox şey var, amma böyümür ki, cansız əşyadır. Amma adamın fərqi budur ki, bildikcə böyüsün, artsın.

Quranda bir başqa yerdə də var. La in shakartum la azidannakum. Bunu da səhv tərcümə eləyirlər. Deyir, şükr etsəniz, biz deyirik ki, nemətləri artırarıq, belə deyil. La in shakartum la azidannakum, şükr etsəniz sizi artırarıq, sizi böyüdərik. Şükrün nəticəsi budur ki, sən böyüyürsən, özün böyüyürsən. Demir ki, lə əzidən nə neymətəkum, sizin nemətlərinizi artırarıq. Deyir, sizi böyüdərik, artırarıq. Şükür nədir, dolu tərəfini görəsən hər şeyin. Şükür budur, minnətdarlıq hissi ilə yaşayasan, borc hissiylə Allahı yaşayasan, özünü kiçik biləsən nemətlərin müqabilində, Allah deyir, mən səni böyüdüm, şükrün nəticəsində. Özü də deyir, qul Rabbi zidni ilma. De! Deyə bilərsən ki, Allah bilir də… deyir yox, dilinə gətir! Bəzi şeylər var, dilinə gətirsən yaxşıdır.

İki həyat yoldaşıdır, bir-birini sevir. Həyat yoldaşıdır, yəqin ki, inşallah sevir. Kişiyə deyir ki, qadına tez tez de bunu. Kişi özü ilə ölçür, kişilərin çox ehtiyacı yoxdur ki, ona dəqiqədə desinlər, səni çox istəyirəm. Bu da özü ilə ölçür, deyir əşi bir dəfə evlənəndə dedim. 50 il yaşayacıq, bil də bir dəfə ki, səni çox istəyirəm, çox istəmişəm ki, evlənmişəm. Yox, Peyğəmbər deyir, de! Bugün də müasir psixologiyada sübut edir ki, qadının eşitməyə ehtiyacı var bunu. Deyir de! Bilsə də o. Bilir e, amma deyir, mənə denən, mən eşidim. Bu da belədi nə edək də, dözməliyik buna. Bu deyir, de!

Hətta onu yox, deyir, iki qardaş, mömin qardaş, bir-birini tərifləmək yaxşı deyil, amma, deyir, çox istədinsə, de. Məhəbbətinizi bir-birinizə deyin. Denən ki… Səmimi amma da, oyun çıxartmaq üçün yox. Səmimi de ki, mən səni çox istəyirəm. Adam ovlamaq üçün yox, dost artırmaq üçün, belə yox. Səmimi ürəyində varsa məhəbbət, de. Çünki gəlib qeyri-səmimi deyirdilər həzrəti Əliyə, mən səni çox istəyirəm, həzrəti Əli də bəzi hallarda, ki, o qədər rəhəmli adam, mərhəmətli adam, bəzi məqamlarda deyirdi yalan deyirsən. Deyirdi, necə? Deyirdi, mən dostlarımın hamısını tanıyıram, sən yoxsan, yadsan sən mənə, məhrəm deyilsən. Sevdiyini ifadə elə. Duada da Allah buyurur ki, qul Rabbi zidni ilma. Bu da bir.

Quran dualarından biri də budur. Rabbana la tuzigh quloobana ba’da idh hadaitana. [TODO] İlahi, hidayət olduqdan sonra qəlbimizi sənin öz yolundan azdırma, yoldan çıxartma bizi. Dinimiz var, ya yox? Vallah mən indi bilmirəm e özüm barədə. Mənim dinim var ya yox and olsun Allaha bilmirəm, mən bilmirəm. İndi bilinməz e bu. Bilinir nə zaman? Böhran vəziyyətində bilinir. Biri səni əsəbləşdirəndə dinivin səviyyəsi bilinir. Deyirsən, niyə qışqırdın? Deyir neyiniyim görmürsən əsəbləşdirir? Bəs harda deyiblər, qəzəbi boğ?! Qəzəbi boğ orada deyib ki, biri gəlib səni əsəbləşdirsin, əsəbləşməyəsən. Deyir, görmürsən?! Görürəm. Allah da deyir ki, sakit vaxtda deməz ki, dəli deyilsən ki, əsəbləşəsən özü özünə. Sakit vaxtda, deyirlər, adam sakitdir. Biri səni əsəbləşdirəndə dininin səviyyəsi bilinir. Böhranlı vəziyyət, imtahan məqamında.

Ən nas əbid-ud-dunya. Bunu bizim sərvərimiz İmam Hüseyn (ə.s.) deyir. İnsanlar dünyanın quludurlar. Və din la’iqun ala əlsinətihim. Din dillərində gəzir. Həmişə bunu oxuyanda, bu hədisi, deyirəm, olmaya mən də belə adamam. Doğrudan da bilmirəm hələ. Bilmirəm, axırda bilinəcək. Ən nəas əbid-ud-dunya və din la’iqun ala əlsinətihim. [TODO] Din dillərində gəzir. Dindir da, danışır. Dinin hesabına yaşayanda dindarlar çoxdur. Və izə muhxisu bilbəla qəllət dəyyənun [TODO]. İmtahan gələndə meydanda az adam qalır. Elə Kərbəla bunun sübutu idi. Məscidlər dolub daşırdı adamla. Kərbəlanın ətrafında yox idi amma, imam Hüseynin yanında, heçkəs. Bugün olsa necə olacaq, bilmirəm.

İmamlar imtahan yaratmırdılar. Dünən elə bir müzakirəmiz oldu qardaşlarla. İmamların məzlumiyyətinin əsas səbəblərindən biri də budur ki, camaatın tutumu yoxdur, böyüklərini izzətdə görsün. Deyir sən, bədbəxt gündə ol, dostların arasında da var, gəlim oturum səninlə, sənin gününə ağlayım, sənə dəstək olum. Amma sən ağ günə çıxma, xahiş edirəm. İmam Hüseyni öldürsünlər, mən gəlim onun… nə qədər istəyirsən, sinə vurum. Amma imam Zaman gəlsin, qüdrət sahibi olsun?! Yox… mən… olmaz… Məsumları da, deyir, Allah bunun üçün məzlum elədi ki, camaatın tutumu az idi… Bir səbəbi bu idi əlbəttə… Dedi ki, bunlar sizi izzətdə görsə, qüdrətdə görsə, azıb həlak olacaqlar. Razısınız məzlumiyyətə dözəsiniz?! Bəli, dedilər, nə olur olsun, təki bunlar azmasın. İmamlar çalışıblar bizə imtahan yaratmasınlar. Çalışıblar imtahan yaratmasınlar.

İmam Sadiqi gördü, yaxşı geyimdədir. Adam imamını yaxşı geyimdə görəndə, sağlam adam, nə deyər?! Deyər, maşallah, təki rahat olsun, mənim sərvərimdir, ağamdır. Təki yaxşı geyinsin, təki yaxşı yaşasın. Yox, qurdları oynamağa başladı. Qurdlar var axı içəridə. Dedi, bəs, sizin cəddiniz belə geyinirdi, filan. İmam başa saldı ki, onun dövrü elə idi, filan. Sonra gördü, bu sakitləşmir, düyməsini açdı, göstərdi ki, altdan köhnə paltar geyinmişəm. Aha, rahatlandı. Əla, təki köhnə paltar olsun, getdi. Həmişə belə olub. Həmişə belə olub. Alimlərə qarşı da, ruhanilərə qarşı da, məsumlardan, ta bugünə qədər. Niyə narahatsan? O, məsuliyyəti var, Allah ilə özü bilər. Allaha cavab verəcək, nədənsə sui istifadə edib, nə eləyib. Onu da sənin faktın varsa de. Yoxdursa, sən niyə narahatsan? Sən çalış ki elə o insanlar rahat olsun ki, sənə rahat xidmət eləsin. Məsumlarla bağlı da belə bir mövqe var idi.

Onda bilinər ki, imtahan vaxtında bilinər ki, kim dindədir, kim yox, kim dindən kənardır. Mən dindəyəm, mən burada danışıram bir saatdır. And olsun Allaha göstərici deyil. Mən niyə and içirəm ki, inanasınız. Göstərici deyil ki, mən burada dindaram, inanclıyam, möminəm filanam. Bilirsən harda bilinər?! Bir dənə məndən üstünü ola, İmam Zaman ağa qapını aça, girə içəri, deyə çəkil qırağa, bu danışacaq burada. Mən də könül xoşluğuyla gedim, rahat oturum camaatın içində. Heç bir narahatçılıq keçirmiyim, onda bilinər ki, mənim dinim var. Onda bilinər. İndi bilinməz. Danışmağa nə var, qulaq asmağa nə var? Danışırsan, qulaq asırsan, hamı deyir, maşallah, bu çox… bu bildirmir. O məqamda bilinir ki, biri səndən qabağa keçir, bilirsən də qabaqda olmalıdır. Onda bilinir, içində nə baş verir. Yenə deyirəm, İmam Zaman ağa gələ girə, mənə deyə ki, çəkil qırağa filan kəs var orada, o gəlib danışacaq, sən oturacaqsan camaatla o qapının ağzında. Mən də rahat gedib orada oturabilsəm, dinim var. Yoxdursa, yoxdur. Bu qədər incədir məsələ.

Axırda bə, axıra qalan kimdir? Onu dua elə ki, axıracan qalım. Eşitmisiniz də bunu, ələ saldılar Həzrət Salmanı. Bir dəstə cavan cahillər idi. Ona buna söz atanlar. Bəzisi fəxr eləyir axı, dayanır tində, keçənə sənə söz atır, gələnə söz atır. O, belə bir cür də otururlar, hamıya, gələnə, gedənə bir söz atırlar. O dövrlərdə də olub, belə cahil adamlar. Gəlir, Salmana deyir ki, sən üstünsən, sənin saqqalın üstündür, ya itin quyruğu? Salmanın saqqalına sataşır. O da incimir, narahat olmur. Deyir ki, əgər siratdan keçirdə bilsəm, bu üstündür. Keçirdəmməsəm, itin quyruğu. Yəni, ehtimal var ki, o bundan üstün olsun. Özünə layiq hikmətlə cavab verir. Əlləzinə qalü rabbun Allah. Dedilər ki, Rəbbimiz Allahdır. Tuməstəqamu, axıracan da dayandılar, tətənəzzəlu əleyhimul məlaikə, onlara mələklər nazil olar. Tarixdə nə qədər adamlar var ki, Peyğəmbər və İmam onu kənarlaşdırıb, bir işdən, vəssəlam, onunla düşmən olublar. Allah üçün, sən müsəlmansansa, sənə nə fərqi? Nə fərqi var sənə?

Bir dənə Quranda ayə var, bunu deyim, maraqlı ayədir və sözünü tamamlayayım. Peyğəmbərlərinə Allah deyir, Peyğəmbərlərinə deyir… İbrahim, İsaq, İsa, Musa, ən üstün Peyğəmbərlərinə deyir ki, sən bugün Peyğəmbərsən. Sabah başqasını bu vəzifəyə seçsəm, sən adi adamsan, ona təslim olacaqsan, istefa verəcəksən vəzifəndən. Bunu ayrıca deyir. Və iz ahazAllahu miysakan Nəbiyyiyn. Deyir Allah Peyğəmbərlərindən söz aldı. Ləma ateytukum min Kitabin ve Hikmət. Bugün sizə kitab və hikmət vermişəm, bugün Peyğəmbərsiniz. summə caəkum Rasul. Sizdən sonra biri gəlsə, Peyğəmbər gəlsə, başqası gəlsə, musaddikun lima maakum. Onlar da sizin kimi Peyğəmbər olsalar, letu’minunne Bihi ve letensurunnehu. Sən çəkilirsən qırağa, ona iman gətirib və ona kömək eləməlisən. Ona iman gətirib, ona kömək eləməlisən. Vəzifə adamları üçün, xalqa doğurdan xidmət eləyən və istəyən vəzifə adamları üçün ən ideal ayədir. Peyğəmbərlərin Allahı deyir. Səndən layiqlisi gəldisə, küsüb getmə. Peyğəmbərə deyir. Sən ona iman gətirirsən, onun dininə və ona köməkçi olursan, əlinin altında işçisi olursan, Peyğəmbər nə deyir. wa akhaztum alaa zaalikum isree qaalu qalə əqrərtum? [TODO] Soruşdu Allah, razısınız, təsdiq edirsiniz? Qalu əqrərna. Dedilər, bəli. Bu əhdi aldı onlardan. Qalə fəşhədu, şahid olun, və ənəmmə əkum minə şahidin [TODO]. Razılaşdıq. Peyğəmbərlərinə deyir ki, səndən layiqlisi gələndə sən ona iman gətirirsən və peyğəmbərlik işindən istifa verirsən, çıxırsan. Bu da bir.

Və axrıncı. Axrıncı bunu deyir. Rabbəna təqəbbəl minna. İlahi bizdən qəbul elə. Bu da çox mühüm duadır. Bunda bir təvazökarlıq var. Əməl edirsən, edirsən… Həzrət Əliyə deyirlər, nə qədər sən ibadət edirsən? Deyir, axı bilmirəm qəbuldur, yox. Bilmirəm qəbuldur ya yox. Əməldən çox deyiblər onun qəbuluna fikir verir. İmam Səccəd (ə.s.) ya İmam Sadıq (ə.s.) ehramı geyinir… Biz neyinirik? Geyinirik. Yavaş, ləbbeyk, Allahumma ləbbeyk, ləbbeyk, la şərikələ ləbbeyk, vəssəlam. Elə bildik ki, düzəldi. Deyir, demir. Titrəyir, demir. Dedilər, ya əbnə rəsulullah, niyə demirsən həccin vacibatıdır. Deyir, qorxuram, eşidəm deyə, la ləbbeyk. Mən deyəm, qəbul elədim dəvətini, o deyə, mən səni qəbul eləmədim. Budur mühüm məsələ ki, səni qəbul elədilər ya yox. Deyir, haram tikə, haramdan alınan, ehramla gedən həcc, bu qəbul olmur.

Elə bil səyahətə gedir, deyir, bu il gedirsən, deyir, hə, gələn il gedirsən, hər il, deyir, bu il gedirsən, bilirlər ki, həccdən söhbət gedir. Yirmi dəfə, otuz dəfə gedib, deyir, gəldi o Arif, deyir, gördü, bir ziyarətə hazırlaşıb, deyir, neçənci dəfədir gedirsən Kərbəlaya həccə, deyir məsəlçün, on neçənci dəfədir. Deyir, Allaha tərəf haçan getmisən, bir dəfə getmisən. Gedir oturur ziyarətdə, yaxşı yerdə, deyir, əla oldu ziyarətimiz, yaxşı yer tapdıq. Zəvvarlar qalıb ayaq üstə. Onu bunu itəliyir, gedir, zərihtən yapışır, deyir, ziyarətim qəbuldu. Möminlərdən küsüb, qohumundan küsüb, üç ildir danışmır, gedib orada ziyarət edir.

Hədisdə var, üç gündən artıq iki mömin bir-biri ilə danışmasa, ikisi də dindən çıxıb. Haqlısı da, nahaqqı da, fərqi yox, hansı haqlıdır, hansı haqsızdır, baxmır. Üç gündən artıq küsülü qalsa, dindən çıxıb.

Sözümü bitirirəm, İbrahim (ə.s.) Kəbəni tikdi, Allahın ululəzin peyğəmbəri, Kərbənin qırağındadır, Rabbəna, təqəbbəl minna. İlahi bizdən qəbul elə. Həzrət-i Zeynəb İmam Hüseynin cənazəsinin yanına gəldi, o boyda böyük qurbanlıqdır da, ondan böyük tarixdə qurbanlıq yoxdur. Hər şeyini verib İmam Hüseyn. Gəldi, təvazökarcasına dayandı, dedi ki, İlahi bizdən bu qurbanı qəbul elə, İmam Hüseyn kimi. İmam Hüseyn kimi qurbanı… Deyəsən bunun rədd yeri var?! Görün böyüklərin duasına bir bax… Biz elə arxayınıq ki, elə bil bütün əməllərimiz qəbuldur. Əsas niyyətdir.

Gəldi, Peyğəmbəri görmədi, ziyarəti qəbul oldu. Uveys gəldi, gözlədi, Peyğəmbər yoxdur, anam deyib, tez qayıtmalısan, baxdı, gəlsə Peyğəmbər, anamın sözündən çıxacam, qayıtdı, getdi, Peyğəmbər gəldi, dedi, havadan Uveysin ətri gəlir. Amma adamlar vardı, Peyğəmbərin yanındaydı bütün günü, ziyarətləri qəbul olmadı. Bu, görmədi, uzaqdan gəldi, bir dəfə də qismət olmadı görüşmək, amma oldu Peyğəmbərin zəvvarı. Qəbulu çox mühümdür və dualarınızda da həmişə əməllərinizin qəbul olmasını Allahdan istəyin ki, bu, Quran dualarıdır. İnşallah qismət olsa, elə dua mövzusunda ola bilər ki, 2-ci xütbədə gələn həftə baxarıq vəziyyətə davam etdirərik.

Allah bu sözləri hamımızın qəlbində təsir eləsin, inşallah. Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bil haqqi Muhammadin və alihi tahirin ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah! İlahi əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şəri olan hacətlərimizi rəva elə. Ürəyimizdə olan dərtlərimizə dərman elə, hacəti olanların hacətlərini rəva elə, çətinlikdə olanların çətinliklərini öz qüdrətli əlinlə həll elə. Bu məclisdə iştirak eləyənlərin ürəklərində nə çətinlik var, nə duası var, nə hacəti var, öz qüdrətli əlinlə həll elə. Bütün dünyadan köçənlərimizə rəhmət elə. Xüsusilə bir cavan qardaşımız, Kazım qardaşımız dünyasını dəyişib səni and verirəm bugünün ehtiramına, Peyğəmbər, Əhli Beyt hörmətinə, onun günahlarına qələmi əffi çək. Onu qəriqi rəhmət elə. İltiması dua eləyənlərin hamısının hacətlərini rəva elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əsgərlərimizi, zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hivs elə. Bizi bundan artıq bir-birimizə məhriban elə. İmam Zaman ağanın zuhurunu tez ele. Amin!