Cümə xütbəsi - Həyatın ibrətləri (15.02.2019)


Bismillahirrahmanirrahim. Əlhəmdulillahi Rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillahil əmin. Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Və ala Aliyyin Əmir əl-Müminin və ala Fatimət əl-Zəhra və ala əl-Həsəni və əl-Husayn və Ali ibn əl-Husayn və Muhammad ibn Ali və Cəfər ibn Muhammad və Musa ibn Cəafar və Ali ibn Musa və Muhammad ibn Ali və Ali ibn Muhammad və Əl-Həsəni ibn Ali və Əl-Hüccət el-Qaim el-Məhdi. Allahumma salli ala Muhammad və Ali Muhammad Allahumma salli ala cəmiyyəl ənbiyyəi və əl-mürsəliyin və əl-şühədəi və əl-siddiqiyyin. Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat. [TODO - Correction].

Usikum və nəfsi bi təqvallah.

Xəlifə Harun Əl Rəşid İmam Museyi Kazım əleyhissəlama məktub göndərir ki, məni nəsihət elə. Bəzən xəlifələrdə də belə addımlar olub ki, görürsən imamlardan nəsihət istəyiblər. İmam Museyi Kazım (ə.s.) bir cümlə nəsihət eləyir, bir cümlə. Bir cümlədir və nəsihət də demək olmaz, bir cümlə sadəcə həqiqət bəyan eləyir. Buna da qayda demək olar. Buyurur ki, məmin şey im təra eynek, illə vəfihi məuzətun [TODO - Correction]. Buyurur ki, gözün nəyi görürsə, elə bir şey yoxdu ki gözün onu görsün, onda moizə olmasın. Çox maraqlı bir sözdür bu. Və mən sonra uzun müddət bunu öz-özümə təhlil eləmişəm. Bunu çoxdan eşitmişəm.

Bu məzmunda imamların bir neçəsindən hədislər var. Səhv eləmirəmsə, Həzrəti Əli əleyhissəlamdan da, Peyğəmbər sallallahu aleyhi və səlləmdən də bu məzmunda hədislər var. Deyir, hər bir baxış, istisnasız, hər bir baxış bir nemətdir, bir moizədir, bir nəsihətdir. Elə bir baxış yoxdur ki, orada nəsihət olmasın. Adi, sadə görünən hadisələrə baxanda sənə dərs verə bilər.

Bilirsiniz, biz dünyadan köçəndə sualların mahiyyəti nədən ibarətdir? Sualların mahiyyəti budur ki, həyat sənə nə öyrətdi? Nəyi başa düşdün 50 ildən sonra? Bax, inanırsınız, bütün qiymətləndirmə bunun əsasındadır. Nəyi oxudun yox e, oxuduğun, deyirlər, hər şey yaddan çıxır. Nəyi otuzdura bildin ruhuna? Nəyi həyat sənə öyrətdi? Həyatdan nə anladın? Nə başa düşdün?

Bir şey ki, məsələn, 70 yaşa çatıb, indi deyir ki, hə, dünya fani imiş. Onu 18 yaşda başa düşmək olardı. 70 il lazım deyildi yaşayasan, biləsən ki, fani imiş. Bəzən 70-80 il yaşayır, müdrik ağsaqqaldır, danışır, görürsən ki, o qədər də dərin sözlər deyil. Onu başa düşmək üçün 70 il ömür sürmək lazım deyil. Amma görürsən ki, bir orta yaşlı ya gənc bir adamdır, həyatdan öyrənib, hikmət sahibidir, həyatın dərinliyini öyrənib.

İnanırsınız, bu bəzən sadə yollarla olur. Baxıb üstündən keçməyəsən, İmam Museyi Kazım (ə.s.) deyir, hər bir baxış istisnasız bir moizədir. Hər bir səhnə ki, sən onu mənasız görürsən… Nəsə daş yağır göydən deyəsən. Nəsə düşür, tez tez… Hər bir baxış, deyir, istisnasız, hər bir mənasız hesab etdiyim bir əməl, görürsən ki, diqqətlə baxanda içindən ibrət ala bilərsən.

Bunu çox danışmışam. Şeyx Şüştəri deyir, məsciddən qayıdır, moizədən, görür ki, heyvanları gətiriblər anbara, un boşaldırlar. Un yükü ilə gəliblər, boşaldırlar un torbalarını, kisələrdə. Deyir, baxır gözündən yaş süzülməyə başlayır. Deyirlər, axı burada ağlamalı bir şey görmürük biz, burada ağlamalı nə var? Deyir heç, heyvanların halına qibtə elədim ki, onlara tapşırılan əmanəti necə sağlam mənzilə çatdırıblar. Görəsən, biz bunu eləyə biləcəyik mi? Onlara qibtə elədim.

Yəni fikir görün haradan hara gedir. Fikir istiqamətinə baxın. Va yatafakkaruna fi khalq as-samavati va al-arz, rabbana ma khalaqta haza batila. Göylərin və yerin yaradılışı haqda düşünərlər, və gedərlər hədəfə çıxarlar. Özdə demir İlahi sən bunu filan şey üçün yaratdın. Deyir sən bunu boşu boşuna yaratmadın. Yəni ifadə olunası bir şey deyil onun başa düşdüyü. Yaradılış hədəfi, o baxır göylərə elə bir aləmə çıxır ki, bir dənə onu ifadə edir ki sən bunu boşu boşuna yaratmadın. Nə üçün yaratdın artıq ifadəolunmaz bir şeydir. Sonra da deyir, Sübhanəkə, sən nə gözəlsən, fakina azaban nar, bizi cəhənnəmdən qurtar. Göylərin yaradılışına baxır, fikir oxu gedir cəhənnəmlə bitir. Nəticə cəhənnəm odundan qoru olur.

Ata, deyir, oğlunu durquzurdu, alim idi, oyadırdır ki, dur gedək gecə namazı qılaq, Nəcəfdə, hərəmdə, Həzrəti Əlinin hərəmində. Deyir ki, təmbəllik edirdim durmağa. Neçə dəfə durmadım. O da, deyir, məni mərhəmətlə… Bəzi atalar kimi yox e, özü namaz qılır gəlir çomaqla uşağı durquzur ki, dur namaz… O şəkildə olmaz. Deyir çox yumuşaq tərzdə deyirdi oğlum, xahiş edirəm, dur. Gedirəm hərəmə, sən də gəl, 1-2 rukət gecə namazı qılaq. Deyir durmurdum. Bir dəfə axırı güc bəla ilə durdum, turşumuş üzlə, narazı ifadə ilə. Getdim, deyir, hərəmə çatanda qapısına, gördük dilənçilər oturub, əl açıb dilənirlər. Deyir, mənə baxdı dedi ki, oğlum bu dilənçiləri görürsən, səhər vaxtı, gecə vaxtı yuxularına haram qatıblar, yəni oyanıblar. Gəliblər bu ümidlə ki, keçən bəlkə nəsə verər, heç kəs də söz verməyib onlara ki, gəlin sizə pul verəcəyik. Ümidlə gəliblər ki, keçənlərdən kimsə mərhəmət eləyər, nəsə verər. Sonra, deyir, yerin göyün Allahı isə vədə verib gecə oyanıb ibadət eləyənlərə. Elə şeylər verəcəm ki, heç kəsə vermirəm, xüsusi nemətlərdir onlar. Yəni, bu dilənçinin o yoldan keçənə inandığı qədər Allaha inanmırsan, deyir, belə dedi mənə. Deyir, and olsun Allaha bütün vücudum titrədi, deyir, ondan sonra, ömrümün sonunacan gecə olmadı ki gecə ibadətini tərk eləyim. Sən keçirsən, gedirsən, dilənçini görürsən. Deyir, hər baxışda bir ibrət var. Baxanda ona, başqa baxışla baxanda görürsən ki, sən demə belə ibrətlər çıxarmaq olur.

Həyat moizədir, ölüm moizədir. Peyğəmbər (s.ə.v.) buyurur ki, kafa bil mauti vaizan, ölüm moizə eləməyə kifayətdir. Mən danışıram burada, deyir, bu moizədənsə, ölümə bax ki, çiyinlərinə qoyub aparırlar. Burada oturanlar hamısı eləyə bilir ki, hamısı da olmasa çoxu elə bilir ki, ölüm qonşu üçündür ancaq. Elə bilir ki qonşular ölür. Daha bilmir ki, bizdə kiminsə qonşusuyuq. Filankəs rəhmətə getdi. Bir gün mənim üçün də deyəcəyəklər, filan kəs rəhmətə getdi. Özü də belə də çox da şey eləməyəcəyik, aaa, doğrudan, aaa, bundan başqa bir reaksiya da olmayacaq. Ömrün nəticəsində bu olacaq. Biri aaa, biri eee, məsələn, öldü. Bu aaa, eee ilə bitəcək.

Amma baxasan, bir nəfər danışırdı ki, deyir, çox günahkar bir adam idi. Şeyx Mürtəza Zahid də alimlərimizdən biridir. Deyir, onun qaldırdılar cənazəsini. Aparanda, deyir, mən baxdım və, deyir, o andan dəyişdim. Ondan sonra həmişə deyirdi ki, bir ölü məni dirildi. Bir ölünün… Doğrudan ibrətlə insan baxsan, bir dəfn mərasimi kifayətdir. Çox da sözə ehtiyac yoxdur, danışmağa ehtiyac yoxdur.

Buyurur ki, qəlb paslanır, Peyğəmbər (s.ə.v.) buyurur. Qəlblər də dəmirlər kimi paslanır. Onları təmizləmək üç yolla olur. Bir, Quranı oxumaqla, bir, moizə eşitməklə, bir də ölümü yad eləməklə. Ona görə də həftədə bir dəfə, deyir, ən azı, gedin, moizə eşidin. Layiqli adam tapasınız Allah eləsin, məndən canınız qurtarsın. Nəfəsi pak adam ki, bir sözü ox kimi ürəyinizə batsın, müsbət mənada. Bir sözü sizi dəyişsin. İndi yoxdur, düşüb bizim əlimizə yenə də, bizim o kimdən ki sözlərin nəql eləyirik, onların hörmətinə gəlin və dinləyin. Həftədə ən azı bir dəfə, deyir, moizə eşitməyən, cümə xütbəsində iştirak eləməyən adama uf olsun. Uf ərəblərdə təəssüfü bildirir. Yəni, təəssüf olsun o insanın halına, vay o insanın halına. Çünki təkcə bilmək kifayət deyil, bilirsiniz, insanın eşitməyə ehtiyacı var.

İnanın, bəzən bir cümlə talehini dəyişə bilər adamın. Vallah. Mən çox danışmışam, bir yerdə oxumuşdum bunu. Yəqin ki çox eşitmiş olarsınız. Bir bizim böyük alimlərdən, müctehidlərdən, birinin adı Cahangirxan Qaşqayi, eşitmiş olarsınız. Başına da əmmamə qoymayıb heç zaman. Buxara, Papaqda gəzib. Amma müctehid olub. Böyük fəqih olub. 40 yaşına qədər tarzan olub bu. Tar çalıb. 40 yaşına qədər dindən uzaq adam olub, ümumiyyətlə, dindar olmayıb. Deyir, tarı xarab olub, gəlir tarını təmir eləməyə. Kənddən gəlir İsfahana tarını düzəltməyə.

Tar əlində gəlir. Bir ağsaqqal kişiyə deyir, burada tar təmir eləyən yer haradadır? Deyir, göstərir, gedərsən filan, orada tar təmir eləyirlər. Deyir, gedəndə, dedi ama oğlum… Bu 40 yaşındaydı, o yaşlı idi ki, buna oğlum deyir. Dedi, amma oğlum, adamlar da tar kimi xarab olur. İnsanlar da tarlar kimi xarab olur. İnsanın da tar kimi təmirə ehtiyacı var. Deyir ki, bu söz məni ayıltdı. Dedi, bəs, insanı təmiri harada edirlər? Göstərdi bir yeri, gördüm, orada dini elmlər öyrənirlər. 40 yaşında bir tarzən gedir, oxuyur olur, Ayatollah Bürucirdinin üstadı. Ona dərs deyir, ona ustadlıq eləyir. Mirzərəhim Ərbab, Quçani, bunların adını eşitmiş olarsınız. Böyük-böyük mərcələrə dərs deyir. Bir dənə sözlə həyatı dəyişir. Bir dənə sözlə.

Olur bəzən ki, söz gəlir adama, ürəyinə təsir göstərir. Ayatollah Ərakinin yanına gəldi bir nəfər, dedi, peşən nədir? Dedi ki, qapı düzəldirəm. Dedi ki, ürəyinə də qapı düzəltmisən, yoxsa elə açıqdır qapısı, qapısı yoxdur, yəni elə gələn keçir qəlbinə, yoxsa bir qapısı var bağlamısan, hər adamı, hər şeyi buraxmırsan ürəyinə? Deyir, sözü elə dedi ki, əhvalımı dəyişdi, halımı dəyişdi.

İnsanın eşitməyə ehtiyacı var. Peyğəmbər salavətullah Cəbrailə deyirdi ki, əzni, məni moizə elə. Həzrət Cəbrail deyirdi ki, mən sizi moizə eləyim, ya Rəsulallah, səni moizə eləyim?. Deyirdi ehtiyacım var. Həzrət Əli (ə.s.) Qəmbərə deyirdi ki, məni moizə elə. Deyirdi ki, mən sizə nə söz deyim, nə moizə eləyim? Deyirdi ki, Əli (ə.s.) deyirdi ki, yazmaq, oxumaqdan əlavə insanın eşitməyə ehtiyacı var.

Bu qulağın eşitməyə ehtiyacı var. Özündən aşağı da olsa… Bir də görərsən ki, elə bir adamdan bir söz eşidərsən ki, həyatını dəyişər, təsir eləyər. Bunu da çox danışmışam. Deyir, mən minbərdə danışmışam 10 gün məhərrəmi, qayıdıram evə. Gördüm, yolda bir sərxoş adamdır, müvazinətini itirib. Bu yaxında bizim Bakının kəndlərinin birində olub. Deyirdi ki, piyandır, sərxoşdur, dayana bilmir ayaq üstündə. Tutub bir sütundan dayanıb. Biri də keçirmiş yanından, deyir, filan kəs, necə sən nə var nə yox? Deyir ki heçnə, Allah deyib dayanmışıq, sütundan. Bu da belə bir adam olub. O divara, bu divara dəyə-dəyə, deyir, danışır ki, gəldi, deyir, mənlə qarşılaşdı. Mənə deyir, dedi ki, şeyx, mən, bax, buyam. Üzüm necədir, içim də elədir. Mən, yəni, nəyəm, buyam. Necə görürsən məni, içim, daxilim xaricimə uyğundur. İçim çölümə uyğundur. Deyir, sonra deyir ki, səndən də soruşuram, bir sualım var sənə. O vəziyyətdə. Səndən soruşuram ki, sən də ki, baba, əmmamə, əba qeymisən, təsbeh əlində filan. Sənin də içinlə çölün eynidir ya yox? Hə, deyir, gördüm, bu, ağıllı söz danışır bu. Bu, bu vəziyyətdə də olsa, bu mənə ağıllı söz dedi. Deyir, ayıltdı məni bu sözləri ilə.

Eşitməkdə elə təsirlər var ki, kitabda olmur bəzən. Adamın bildiyini də təzədən eşitməyə ehtiyacı var. Abdullah ibn Məsuda Peyğəmbər salavatullah deyir, Quran oxu mənim üçün. Deyir, Quran sizə nazil olub, Quran sizin qəlbinizə nazil olub. Siz mənim… Deyir ki, oxu, qulağın eşitməyə ehtiyacı var. Oxu ki, mən eşidim.

Axırda da bunu da deyim ki, o adamların sözünü dinləsək yaxşıdır ki, sözləri məhəbbətdən qaynaqlanır. Nəsihət sözü işlədirik də biz. Nəsihət, yəni, məni nəsihət elədi. Filankəslərin nəsihətləri. Ərəbcə baxırsan, görürsən, nəsihət sözü xeyirxahlıq deməkdir. Yəni, birinin xeyrini istəmək, onu sevmək. Nəsihət niyə görə danışığa deyirlər? Çünki sevgidən gələn söz… Adamları o qədər sevəsən ki, ürəyindən, qəlbin dərinliyindən, sevgidən gələ söz. Bir adam ki danışır, nəsihət edir, eşqdən, sevgidən, məhəbbətdən qaynaqlanmır, aqresivdir, camaatın ancaq eybini açmaqdır, camaatın ancaq aqresiv şəkildə çatdırmaqdır, o sözün təsiri olmaz. Qəlbdə yanğı olsa, insanlıq sevgisi olsa, söz görürsən, qəlblərə batar, qəlblərə təsir göstərər. Odur ki, o insanlar nəsihət eləməyə səlahiyyətlidir ki, sevgi olsun rəylərində, qarşısındakı insanları tələbə kimi yox, necə deyim, bir həmdərd kimi görsün, onların nöqsanlarına yansın. Hamıdan çox insanların halına yanan insanların daha çox səlahiyyəti var ki, başqalarını nəsihət eləsin, başqalarını moizə eləsin. Allah bizi moizələrə eşidib və moizələri deyib, danışıb, əməl eləyənlərdən qərar versin inşallah.

Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bil Huseyni ya Allah. ya Allahu, ya Allahu, ya Allah, ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!

İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu namazı, bu duaları, bu ibadətləri deyib eşitməyi bizdən qəbul elə. Danışılan sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsirli elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bütün çətinliklərimizi, müşküllərimizi öz qüdrətli əlinlə həll elə. Çətinliklərin qarşısında səbrli olmağı, şükr eləməyi bizə nəsib elə. Kimlər ki bizdən dua istəyiblər, onların hamısının hacətlərini rəva elə. Bu namaza gələnlərin qəlblərindən özün xəbərdarsan. Nə çətinlikləri, nə dərdləri var, nə hacətləri var, səni and verirəm Qurani Kərim hörmətinə, hamısının hacətlərini rəva elə. Qiyamət günü axirətdə günahkar qəlblərimizi cəhənnəm odunda yandırma. Ailəmizdən, övladlarımızdan Peyğəmbər, Əhlibeyt, Quran düşmanı qərar vermə. Müsəlmanların birliyini, vəhdətini bundan daha möhkəm elə. Hər kim müsəlmanlar arasında ixtilaf salmaq istəyir, onların şərrindən bizi hifz elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində duran əsgərlərimizi, ordumuzu, zabitlərimizi ağla gələn-gəlməyən bəlalardan hifz elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Dünyada öz evinin ziyarətini, Peyğəmbər, əhlibeytinin ziyarətini, qiyamətdə onların şəfaətini bizə nəsib elə. İmam Zaman ağanın zühurunu tez elə.