Cümə xütbəsi - İlahi qaydalar - 4 (01.02.2019)


Assalamu aleykum va rahmatullah. Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Usikum və nəfsi bi təqvallah. Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

Mövzumuz dünya həyatı və onun qaydaları haqqındadır. İnsan ümumiyyətlə yaradılış fəlsəfəsini ən müxtəlif mənalarla izah edə bilər. Bizim başqa varlıqlardan, canlılardan əsas fərqimiz nədir ki, biz məhz bu şəkildə yarandıq?

Allah istədi elə bir mövcud yaratsın ki, başqalarından fərqli olaraq özü kamilləşsin, kamilliyini özü əldə etsin. Digər varlıqlar hamısı öz həddində, öz tutumuna uyğun kamil yaradılıblar. Mələklər hamısı yaradılışda kamildirlər. Heyvanlar, bitkilər, cansız təbiət, hamısı kamilliyinin zirvəsindədir. Heç birində dəyişmə imkanı yoxdur. Hansı dəyərdə yaranıbsa, o dəyərdə də qalır. Özünü dəyişmə imkanı yoxdur.

200 il əvvəl bu quşlar, heyvanlar necə idisə, indi də elədir. Quşlar yuvasını necə qururdusa, həmin şəkildə qurur. Bal arıları pətəyi necə düzəldirdisə, həmin şəkildə düzəldir. Məsələn, demək olmaz ki, müasir qoyunlar filandır. Müasir qoyunlar anlayışı yoxdur. Müasir insan anlayışı var. Çünki zaman onları dəyişmir. Onların dəyişmə gücü yoxdur, dəyişmə potensialı yoxdur, dəyişmə imkanı yoxdur. Yəni, hər bir canlı kamilliyin nəhayətində yaranıb.

Allah iradə elədi, elə bir canlı yaratsın, elə bir varlıq yaratsın ki, kamilliyini özü əldə eləsin, özünü dəyişə bilsin, dəyərini artıra bilsin. Biz vücudumuzu inkişaf etdirmək üçün, dəyərimizi artırmaq üçün yaranmışıq. Bu potensial, bu güc insanda var.

Bunu dedik və qeyd elədik ki, imtahanın da əsas fəlsəfəsi budur. İmtahan, içəridə olan istedadların çiçəklənməsi üçündür. Özdə ki, imtahan, bunu da yadınızda saxlayın, keçmişdə qeyd elədik… İmtahan, hansısa ayrı-ayrı xüsusi hadisələr deyil. Dəyək ki, mən bugün imtahandayam, ya… İmtahan hər bir hadisəni əhatə eləyir. Səhərdən axşama qədər, ömrümüzün son anına qədər, hər bir kiçik və böyük hadisə imtahandır, başqa bir şey deyil. Hər biri, istisnasız olaraq.

İmtahan nə üçündür? İmtahan dəyişmə fürsətidir, çiçəklənmə fürsətidir. Daxildə olan müxtəlif istedadların çiçəklənməsi mühitidir. Ona görə də imtahanı bahara bənzətdik. Necə ki, bahar gəlir, mühit dəyişir, ağaclar başlayır çiçək açmağa, eləcə də hər bir imtahan həmin o çiçəklənmə mühitidir. Hər bir hadisə başımıza gəlirsə, onun içimizdə nəsə bir yatmış istedadı oyatmaq imkanı var. Bunun üçün qarşımıza çıxır. Baxışımız imtahana düz olsa, imtahan stres yaratmaz bizdə. İmtahan bir çiçəklənmə mühitidir, şəraitidir, imkanıdır, fürsətidir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Bu haşiyə bundan ibarətdir ki, ümumiyyətlə, mən soruşuram ki, bizim bəhsimizin məqsədi nədir? Bax, bu mövzunu açmağımızın, bu cümə xütbələrində bu mövzuya toxunmağımızın. Əvvəlcədən deyirəm ki, bu, moizə deyil. Bu, elm vermək deyil, elm məclisi deyil. Bəzən insanın moizəyə ehtiyacı olur, bəzən nə isə öyrənməyə ehtiyacı olur. Bu, bildiklərimizi xatırlatmaq üçün də deyil. Bilirik, bəzi şeyləri yadımıza salmaq üçün bura toplaşmışıq.

Bəs bizim məqsədimiz nədir bu xütbələrdən? Xüsusilə bu mövzuda danışdığımız xütbələrdə məqsəd nədir? Məqsəd baxışı dəyişməkdir. Baxışı düzəltməkdir. Yanaşma tərzimizi dəyişməkdir. Və çox mühüm məsələdir bu. İnsan hadisələrə, hər şəyə, hansı bucaqdan baxır, inanın mənə çox mühümdür. Çox mühümdür. Və mən etiraf eləmək istəyirəm ki, biz müsəlmanların dinə və dini məsələlərə, həyata, bir çox məsələlərə əsrlərlə yanlış baxış bucağımız formalaşıb. Bunu da bir günə dəyişmək olmur. Biz çalışırıq ki, bu baxış bucağını dəyişək. Məqsədimiz bundan ibarətdir.

Həyata baxışımız nədir? Onu islah eləyək. Bir test deyim sizə, məsələn, tutaq ki, müəyyən psixoloji testlər olur da, müəyyən mövzularda keçirirlər. Bu belə bir testdir ki, bu tarixdə bir dəfə olub. Mən bunu bir test şəklində sizin üçün təsvir eləyirəm. Məsələn, bir heyvanın, üzr istəyirəm, itin ölüsünü qoyaq bir yerə və adamlar sırayla keçsin, görək ki, nə təəssürat yaranır. Məsələn, biri burnunu tutacaq, deyəcək ki, bu nə pis iy verir. Biri deyəcək ki, vay, bunun bədəni bütün qurd basıb. Biri də gəlib keçəndə baxacaq dişlərinə, deyəcək ki, məsələn, bunun nə gözəl dişləri var.

Həmin bir hadisə tarixdə olub. Bu testi Allah eləyib. Hər an biz bu testlərlə qarşılaşırıq. Hardan baxırıq məsələyə? Həzrəti İsa bütün həvarilərin içində yeganə insan idi ki, bu itin nə gözəl dişləri var… Onu elə-belə demədi, obrazlı demədi. Adam o qədər alışıb, baxışı belədir. Başqa cür baxa bilmir. Başqa cür görə bilmir. Baxış bucağı budur. Bu birisi isə burnunu tutur. Niyə? Ona görə ki, hər şeyə öz mənfəətindən baxır. Mənə ziyan gətirir axı pis qoxu. Buna ‘mən’ pəncərəsindən baxır deyə dərhal qoxu, onun, belə deyək, onu narahat eləyir. Ona münasibət bildirir.

Bu, fərqli bir baxış bucaqlarıdır. Hardan baxır insan? Bu bir epizoddan götür Həzrəti İsa’nın həyata baxışını. Demək, bu, gözəlliyi axtaran insandır, gözəlliyi görən insandır, çirkinliyin içində gözəlliyi tapan insandır. Bəzən deyirlər ancaq gözəlliyi gör, adam deyir axı çirkinlik də var yanında. Çirkinliyin də içində müsbət bir şey tap özün üçün.

Bu, elə-belə deyil, təsəlli üçün. Bu, bir baxış bucağıdır, həyat fəlsəfəsidir. Məsələn, bir yerə gedirsən, canlandırın da səhnəni. Məsələn, görürsən postda bir əsgər dayanıb, yaxınlaşırsan, deyirsən ki, məsələn, filan yerə necə gedim, misal üçün deyirəm. Soruşub çıxıb gedirsən. Maşında bir qadın olsa, deyər, əsgərdir e, anası indi bunun yolunu gözləyir. Sənin mənim ağlıma gəlməz əsgər görəndə, o bizim ağlımıza gəlsin ki, bu bir ananın övladıdır, anası onu gözləyir. Ana baxışı bu bucaqdandır, məsələn. Ananın baxışı əsgərə bu tərəfdəndir, bu bucaqdandır.

Məsələn, bir tıxacda dayanmısan, biri deyəcək ki, nizamsız sürürlər, yola nəzarət yoxdur, tıxacdır, biri deyəcək ki, camaatın imkanı yaxşıdır, maşınlar çoxalıb. Demirəm hansı düzdür, hansı səhvdir. Amma iki dənə fərqli baxış bucağıdır.

Allah Quranda baxışımızı düzəltmək istəyir ilk növbədə və şeytan baxışımızı əymək istəyir. Kamil insan nədir? Kamil insan, bir sözlə ifadə eləsək, hər şeyi olduğu kimi görən adamdır. Hər şeyə düz baxış bucağından baxan adamdır və bu bir prosesdir, bu asan deyil. Bunun üçün nə qədər insan özü ilə iş görməlidir ki, şəffaflaşsın, olduğu kimi əks eləyə bilsin ruhunda hər şeyi, əks elətdirə bilsin.

Baxış bucağı düzəlməzsə, elm adama fayda vermir. Əksinə, çox vaxt elm artdıqca səhv daha da çoxalır. Çünki düz baxmır bu. Ona görə Quran elm verməkdən öncə bizim baxışımızı düzəltmək istəyir hər şeyə. Bunun üçün xeyli iş görməlidir insan, düz adamla oturmalıdır, düz baxışı olan adamla. Bunun üçün insan çox düşünməlidir, Qurana müraciət eləməlidir, Quran oxumalıdır. Quran baxışımızı təmizləyir, düzəldir. Xeyli iş.

Biri bahalı maşında gedir, baxan kimi deyir, Allah bilir haradan qazanıb bu. Gedib camaatın filan filan filan filan danışdı. Elə bil polis işçisidir bu. Sənin nə işinə qalıb, haradan qazanıb? Adam da var, görür, azdır belə adam təəssüf ki, deyir, maşallah, nə yaxşı, Allah başa can eləsin. Heç tanımadığı adamdır. Görür ki, məsələn, bir adamdır, qiymətli bir maşındadır məsələn. İlk təəssürat nədir? Haradan ağlına gəldi sənin ki, bu, haradan bunu nə eliyib? Sən niyə görə… Bir adamın yaxşı bir, maddi cəhətdən də olsa, rifahına şad ol, sevin.

İnanın, bir çox problemlər, səhv düşüncələr bu baxışdan yaranır. Hər adama ana baxışı ilə, öz anası kimi baxasan, bəzən kişiyə də ana kimi baxmaq olar. İmam haqqında deyirlər ki, imam ana kimidir məsələn. Ana heç də ancaq qadınlara aiddir. Bəzi xüsusiyyətlər var ki, məsum İmama ana xüsusiyyətinə aid edib İmam Rza əleyhissəlam. Çünki başqa cür ifadə eləmək olmur, başqa cür imamı tanıtdırmaq olmur.

Bu ayədən başladıq, Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Baxışımızı düzəldək da əvvəl həyata. Həyatın qaydalarından danışırıq axı. Yadınızdadır keçən cümə danışdım. Niyə, deyir, əvvəl Allah o kəsdir ki ölüm və həyatı yaratdı? Halbuki ölüm həyatdan sonra gəlir. Amma ölümü qabaqcadan deyir. Nə üçün? Ölümdən başla. Axırdan əvvələ gəlir. Yəni müvəqqətiliyini qabardır. Həyatın qaydaları ilə tanış olmamışdan öncə bil ki, sən burada müvəqqətisən. Müvəqqətiliyini bil, ona uyğun davran. Və misal çəkdim ki, ziyarətə gedirik, otelə daxil olanda qaydaları öyrənirik. Yemək neçədə verilir? Məsələn, haradadır yeməkxana? Wi-Fi-ın kodunun nədir, neçədir? Məsələn, bunları öyrənirik. Amma şüur altında nə var? Bilirik ki, bu üç günlükdür, və ona uyğun davranırıq.

Həyatı da əvvəl Allah deyir, Allazi khalaqal mavta val hayaat. Yəni, bu qısadır, həyat qısadır, müvəqqətidir. Ondan çıxış elə. Baxışımızı düzəltmək istəyir. Biz bilirik, öləcəyik, amma bizim axı həyata baxışımız, davranışımız bildiyimizə uyğun deyil. Məsələ burasındadır. Deyə bilərsən, bunu bəyəm demək lazımdır ki, həyat müvəqqətdir?! Allah deyir ki, deyirəm, amma düşüncənizi, fikrinizi, həyatda davranışınızı buna uyğun eləmək istəyir. Yaşayanda elə yaşayırsınız ki, müvəqqətliyinə uyğun deyil həyatın. Deməli, baxış bucağınız yanlışdır.

Və bunu mən çox demişəm, həmişə bu mövzularda bu dua yadıma düşür ki, görün, bu nə qədər mühüm mövzudur ki, İslam Peyğəmbərinin duasıdır. Allahumma arana haqaiq al-ashya kama hiya. İlahi hər şeyi mənə olduğu kimi göstər. Bu, kiçik məsələ deyil. Hər şeyi necə var elə görün, bu, böyük hünərdir.

Deyir, Quran oxuyurdum, cavan oğlandır, Kəbənin qırağında… Bunu da demişəm bu məclislərdə, bu misalları. Təkrarın eybi yoxdur. Quran oxuyurdum, deyir, birdən ürəyim az qaldı həyacandan yerindən qopsun. Dedim, alim deyir, soruşdum, nə oldu ki, birdən Quran oxuya oxuya. Deyir, heçnə, Quran oxuyurdum, birdən qəlbimə bir mərifət gəldi, bir baxış yarandı Quranla bağlı. Dedim, vay, mən sənin üçün nə qədər mühüməm, ay Allah. Peyğəmbərə deyirsən, onu de, bunu da de ona, onu da de ona, onu da de ona. Hey, edirsən, bunu yadına sal, onu xatırlat, onu de. Mən sənin üçün nə qədər mühüməm. Deyir, bunun həyacanı idi.

Qurana düz baxışdır bu. Bir adam sənə vaxtını ayıra, bir böyük adam. Hey səni nəsihət eləyir ki, belə elə, deyərsən, mənə dəyər verir bu. Allahın mənə verdiyi dəyərə bax, deyir. Kitabında hey, deyir, bax, denən, belə eləsinlər. Onu da denən, bunu da denən, bunu da denən. Deyir, bunları oxuduqca, mən Qurana fərqli baxışdan baxdım, heyrətləndim ki, gör, mən nə qədər sənin üçün mühüməm, ay Allah. Bu düzgün baxışdır Qurani kərimə.

Məsələn, psixoloqlar deyir, uşaqların özünə məxsus bir baxışı var. Məsələn, bir toyuq şəklini qoyur, yanında da cücəsi. O saat sual verəcək ki, bu anadır, bu balasıdır, bəs atası hanı? İki böyük ağac şəkli qoyur, bir dənə balaca ağac, deyəcək ki, bu ağac atadı, bu ağac anadı, bu da balasıdır. Öz gördüyü odur da, dünyası ondan ibarətdir deyə, oradan çıxış eləyir, hər şeyə baxır. Bu belədir insanda.

Mən çalışıram bunu eləyəm, böyük iddia çıxmasın… Yəni biz birgə müzakirə eləyirik, nə ilə də razılaşmasanız, deyə bilərsiniz, valla, sərbəst, şad olaram. Amma mən baxıram, görürəm, nə qədər çətin işdir bu. Nə qədər səhv anlaşılır, nə qədər o stereotiplər köklənib, dəyişmək mümkün olmur. Sən deyirsən, yenə də başqa cür başa düşülür. Mən belə başa düşürəm ki, bu adamların öz əlindədir, onu kənardan eləmək çətindir. Onu sadəcə kənardan nə isə oyatmaq olar. Adamlar özü təfəkkür nəticəsində bunu eləyə bilər. Allah da ayələrin xeyli hissəsində bu işi görmək istəyir bizdən.

Qayıdaq bəhsimizə. İnsan kamilləşə bilir. İnsan kamilliyi Allaha tərəf getməyindədir. İnsan Allaha tərəf getməlidir. Bu kənardan deyilən əmr deyil. Bu da dinə bizim səhv baxışımızdır ki, elə bil Allah oturub, kefi istəyib, deyib, bunu eləməlisən, mənə tərəf gəlməlisən. Yox, belə deyil baxış. Allah bir mövcud yaradıb ki, onun ehtiyacı bunadır. Və ehtiyacda olduğu şeyləri ona bəyan eləyib. Ehtiyacı onadır. Bundan başlamalıyıq.

Necə Allah təbiətdə bizim ehtiyacda olduğumuz hər şeyi yaradıb… Su istəyirik, su yaradıb, yemək istəyirik, yemək yaradıb. Eləcə də bizim bütün mənəvi daxili ehtiyaclarımızı təmin eləmək üçün din göndərib. Din bizim ehtiyaclarımızın cavabından başqa bir şey deyil. Görürsən, fərqli baxış bucağıdır bu. Din ehtiyacları cavablandırır, ehtiyacları təmin edir.

Antumul Fuqara’u Illallah. Siz Allaha ehtiyaclısınız. Yoxsa, belə deyil ki, mən deyirəm gəl mənə tərəf, mənim kefim belə istəyir, mən Allaham da, özüm bilərəm. Belə deyil. Sənin buna ehtiyacın var. Ona görə, gəl əvvəl insanı tanıyaq. Birinci mərifət insan haqqında. Man ‘arafa nafsahu, faqat arafa rabbahu. İkinci, Allahı tanıyaq. Üçüncüsü, bildim ki, mən insanın Allaha ehtiyacım var, necə getməliyəm? Necə getməliyəm, gərək dini tanısın. Üçüncü mərifət, din mərifəti, din tanımadır… Və din bunu hansı vasitələrlə bizi aparır? Biz harada gedirik bu yolu? Yol harada gedilir? Dünyada. Deməli, həyatı tanımalıyıq. Bu həyatın qaydalarını bilməliyik.

Biz dördüncüdən danışırıq. Özünü tanıma, Allahı tanıma, dini tanıma və həyatı tanıma. Biz həyatı tanımadan danışırıq. Bunu tanısaq, elə hamısını da tanıya bilərik. Bunlar bir-biri ilə əlaqəlidir. Həyatın qaydalarını bilmək istəyirik. Biz bilsək əvvəl həyat nədir, qaydaları nədir, düz hərəkət edəcəyik və dində onu da düz başa düşüləcək bizim tərəfimizdən.

Həyatı tanımadan dindarlıq eləyən adamlar, dinin hər bir hökmünü ağır yük hesab eləyir özünə. Və hər yerdə də elə hey yüklənir səbrin üstünə. Səbr elə, iman, axirət, bu belə olmamalıdır. Biz anlamalı olduğumuz məsələlərin cavabını anlamırıq, yüklənirik imanın üzərinə. İman da bir, iki, üç, üçü, yığırıq üstündə dözmür, sonra deyir bizim iman… İman zəif deyildi, bir çox məsələləri agahlıqlan həll eləyək.

Məsələn, belə bir mənzərə təsəvvür edin, təyyarədə uçursan, pilot da sənin tanışındır, təyyarəni idarə eləyən. Birdən başladı təyyarə silkələnməyə. Baxırsan pilota, deyir olan şeydir, bu adi bir şeydir. Deyirsən hə. O qədər sənə səbr lazım olmadı burada. Amma bilməsən, hər şeydə səbrindən xərcləməli olacaqsan. Hər şeydə imanından xərcləməli olacaqsan. Orada ona baxırsan, deyir, narahat olma. Bu, qaydası belədir. Həyatı da tanıyanda, başına iş gələndə deyirsən hə, aydındır da, qaydası belədir. Bilməyəndə deyirsən, yox, mən səbr eləməliyəm, filan, filan, filan, filan, başlayırsan qalxmağa, elə bilirsən ki, belə deyək, böyük bir iş görmüsən, Allaha başlayırsan minnət qoymağa. Halbuki bu, kafir, mömin, hamı üçün həyatın qaydasıdır. Bu qaydanı əvvəldən bilsən, onda hər şeyi səbrə, imana yükləməyəcəksən.

Hər bir oyunda uğurlu adam kimdir, oyunun ilk növbədə qaydasını bilsin gərək. Həyatı tanıyanda Allahın əmrlərini daha rahat tanıyırsan, həmahəng görürsən, bilirsən, hə, bax, bu, əmrin hikməti buymuş. Başa düşürsünüz, onda əmrləri sən rahat icra eləyirsən.

Valideynlərə yönəlib, üz tutub, xahiş eləmək istəyirəm ki, uşaqlara həyatın qaydalarını öyrədin. Deyin oğlum, qızım, həyat belədir. Bunu öyrədin, bunu öyrətmədən dini məhfumları öyrətməyin. Yoracaq, bezdirəcək, praktiki görünməyəcək, mücərrəd görünəcək. Həyatı öyrədin. Həyatı öyrədin, dinə özü gedəcək. Həyatı düz tanıyan adam dinsiz yaşayabilməz, düzgün tanıyabilsə.

Əli (ə.s.) Nəhcül Bəlağənin 31-ci məktubunda övladına yazır. Bütün gənclərə müraciət edir. Başlayır, ilk növbədə 21 xüsusiyyət sayır dünya həyatı üçün. Nəsihəti bununla… Dünya belədir, dünya elədir, dünya istədiyini verməyəcək hamısını, dünya filan eləyəcək. Bunları anlatdıqdan sonra gəlir, çıxır Allaha, Peyğəmbərə, dinə. Dünya həyatını tanımadan olar olmazı deyəndə ağır gəlir. Uşağa ağır gəlir.

Quran bu üslubda gedir. Bax, Quran həyatşunaslıqla yanaşı hökmləri tanıtdırır. Həyatı tanımağa haradan başladıq biz? Nədən başladıq? Bu ayədən. Allazi khalaqal mavta val hayaata liyabluvakum ayyukum ahsanu amalaa. Dedim, ölümdən başlayır, ilk növbədə deyir, başlanğıcda bil ki, həyat müvəqqətidir. Qısadır, sonu var. Əcəl var bu dünyada. Cavansan, cavanlığın sonu var. Sağlamsan, sağlamlığın sonu var. Həyatın qaydalarıdır, reallığıdır. Hər şeyin sonu var. Əcələ baxmasan, hədislərdə var, arzular səni məhv eləyəcək. Yəni, xam xəyallarla yaşayacaqsan. Xam xəyalları aradan aparmaq üçün, deyir, ölüm və həyatı yaratdı. Həyatla tanışlığımızı Quran necə başlayır? Müvəqqətliyini qabardır. Ay qardaş, bil ki, müvəqqətidir, ona uyğun davran. Ona uyğun davran.

Sonra, imtahanın hədəfi, dünya həyatının hədəfi daha doğrusu. Liyabluvakum, imtahan üçün. Ayyukum ahsanu amala. Bunlar hamısı keçmişlə bağlıdır, keçmişdə dediklərimizin xülasəsidir. Liyabluvakum ayyukum ahsanu amalaa. Demir, kim yaxşıdır, kim pis. Deyir, kim yaxşı, kim daha yaxşıdır. Mövzu bundan ibarət. Cənnətə istəyirsən ya cəhənnəmə sualı deyil. Deyir, təbəssümləndir. Deyir, cənnətin harasında istəyirsən? Allah təbəssümlə danışır, qaşqabağla yox. Cənnət ya cəhənnəm istəyirsən, tez de görüm. Belə danışmır.

Deyir, sənin qarşında cənnətdir, onun təbəqələridir. Müsabiqədir, ən yaxşı uğrunda. Belə deyil ki, komandalar yarışır, qalib gələnə mükafat verirlər, uduzanı edam eləyirlər. Belə müsabiqə olmaz. Streslə olmaz. Hamı, belə deyək, keçib, qazanıb, iştirak edir və indi yarış gedir, daha yaxşı olmaq uğrunda. Qiyamət günü… Bax, burada oturmuşuq yan-yana. Bir yerdəyik. Qiyamət günü bu fərqlər görünəcək. Baxıb görəcəksən, məsciddə yanımda oturan, hey, hey, hara gedib çıxıb. Axı sən mənimlə idin, nə oldu belə elədin? Hara getdin, çıxdın? Niyə belə məqama getdin, çatdın? Bir yerdə idik biz.

Müsabiqə ciddidir. Ciddi müsabiqədir. Ayyukum ahsanu amala. Ən faciəlisi mənim kimilərin işidir. Hələ mən cəhənnəm demirəm. Xəcalət bundadır ki, camaat qulaq asa, sənə qulaq asa, sən qalarsan aşağıda hamı keçər. Hər şey yox, adam bu qapısından keçəndə bir xəcalət çəkər bu müsabiqədə. Bunun xəcaləti belə bir xəcalətdir.

Ona görə dualara baxın, deyir ki, Vac alni min ahsani ‘abidika nasiban ‘indak va aqrabihim manzilatan minka. Dua belədir. Deyir, İlahi məni ən yaxşılardan elə. Min əhsən. Əhsən, ən yaxşı. Və məni ən yaxın bəndələrdən elə. Yarışma bunun uğrundadır. Birinci yer uğrundadır. Allah gətirmir. Nə içəcəksən? Qonaq gəlmisən birinin evinə. Nə içəcəksən? Alma şirəsi var, bir də siçan zəhəri. Hansını istəyirsən? Deyərsən məni ələ salmısan sən? Bu nə seçimdir qarşıma qoyur?

Allah bizi öz yaradılışının ən hörməti qonağı qərar verir, iki dənə yol qoysun qabağımıza. Cənnət istəyirsən, cəhənnəm? Belə bir şey deyil, cənnətin harasını istəyirsən, seçim elə. Ciddi müsabiqədir. İmtahan bunun üçündür ki, öz yerini tapasan, hansınız daha yaxşı əməl sahibisiniz. Streslə başlama həyatı, qorxu ilə başlama.

İmtahan üçün bu dünyada yaranmısınız. İmtahan da istedadları çiçəkləndirir. Bunun üçün neçə şərt var. Bağışlayın, çalışacam, tez yekunlaşdırım. Bunları deməliyəm sadəcə. Bunlar belə sxem kimi görünür… Xoşlamıram belə tərzdə danışmağa, amma bəzi yerdə məcbur oluram. Bu belə dərs kimi istəmirəm olsun, amma məcbur oluram.

Bunun üçün neçə şərt var. İmtahan. İmtahanın şərtləri var. Bəzi şərtləri var insana aiddir. Bir, imtahan olunmaq üçün ilk növbədə ixtiyar olmalıdır, seçim. Seçim olmasa imtahanın mənası yoxdur. Seçə biləsən. Seçim, ixtiyar sahibi olasan. Seçim üçün agahlıq olmalıdır. Düşünmək, şüur olmalıdır. Hansını seçim?! Bu ikinci şərt. Üçüncü təmayül olmalıdır, meyil. Meyillər toqquşmalıdır. Heç nə istəmirsənsə deyəcəklər, bu yaxşıdır, bu daha yaxşıdır. Bu pisdir, bu yaxşıdır, deyəcəksən nə fərqi var, istək olmayandan sonra. İnsanın bütün addımlarının arxasında istəkləri dayanır. Bütün, istisnasız.

Təmayül olmalıdır, agahlıq və ixtiyar. Bu insana aid olan xüsusiyyətlərdir. İnsan bilsə, istəsə, amma seçim olmasa imtahan olunur. İnsan seçim eləyə bilsə, istəsə, amma bilməsə imtahan olunur. Yəni, bu üçdən biri olmasa imtahan baş vermir. Bu üçü də olmalıdır. Bunlardan danışmırıq biz, bu insana aid olan hissəsidir. Bizim mövzumuz axı insan deyil. İnsana aid, yadımdadır, Ramazan ayında bir dəfə danışmışam, iki il.

Bizim mövzumuz indi həyatdır. Bu imtahanın həyatla bağlı şərtləri hansılardır? Buna toxunmaq istəyirəm. Şərt budur ki, imtahan üçün budur ki, şərtlərdən biri, həyat insana düzlə yanaşı səhv variantlar da təklif edir. Səhv variantlar da təklif edir. Həyat insana səhv eləmə imkanı verir. Bu qaydadır. Testdə 5 dənə cavab verir, bilmirəm, 3 variant, nəçə variant olursa, hamısı səhv, biri düz. Onda olur imtahan. Hamısı düz variant, hamısı düz olmur… İndi bir suala elə bir dənə variant qoyar, düz. Onda deyərlər ki, bu imtahan olmadı. Həyatın qaydalarından biri budur ki, həyat insana səhv variantlar verir, təklif eləyir.

Dünyanın xüsusiyyətlərindən biri budur ki, dünya insana səhv seçim eləmə imkanı verir. Dünya insana günah şəraiti yaradır. Hadisələr elə tənzimlərir ki, günah yolu açılır qarşında. Allah fürsət verir, axı inkişaf eləməlisən, səhv variantlara fürsət verir. Səhv eləmə imkanı özü imtahanın əsas şərtidir. Gedib, görürsən, həccə, gedib Kərbəlaya, qayıdıb gəlir, deyir, ən böyük günahların qapısı açılır üzümə. Dünən belə deyildi Bilirsiniz nəyə görə? Dünən zəif idin, Allah rəhm eləyirdi. Getdin həccə, nur gəldi gücləndin, indi gətirir sənə, o nura müvafiq uyğun imtahanlar çıxardır, xətalar, günahlar. Ona görə görürsən, bəziləri gəlir, deyir ki, nə oldu, mən getməsəydim yaxşı idi. Gəlir, günahların ona uyğunu qarşısına çıxır.

Allah dünya vasitəsilə bizə xəta eləmək imkanı yaradır. Cənnətə daxil eləyir, deyir La taqraba hadihi shajara. O cənnət deyil, o cənnət deyil, simvolikdir. Dünya həyatının simvolik tərifidir, ifadəsidir. Deyir Adəm cənnətə getdi. O cənnət deyildi, o cənnətdə qadağa yoxdur. Onu bağ mənasında deyiblər cənnət. O əslində, başqa bir şeydir, yəni orada qadağa var. Bir ağacı qoyub deyir, La taqraba hadihi shajara. Buna yaxınlaşma. O variantı təklif edir bu həyat sənə. O ağac da oradadır, oradadır, yaxınlaşma.

Həyatın fəlsəfəsi budur. Günah imkanı versin, günah eləməyəsən. Dua eləyək, İlahi, bizə günah imkanı vermə. Səhv amindir, belə dua olmaz. O cənnətdədir. Bu amin səhvdir, bizə günah imkanı vermə. Belə dua qəbul olmayacaq. Günah imkanı vermə, denən yəni inşallah mən rəhmətə gedim. Buna amin deyirdiniz. Həyat mütləq insana səhv seçim eləmək imkanı verəcək. Səhv, düz, daha düz. Həyat, inanın, bu variantlardan ibarətdir. Sadəcə bu variantlardan ibarətdir. Ən optimal seçoradadır, oradadır, yaxınlaşma. imlərdən ibarətdir. Ən doğru seçimlərdən ibarətdir.

Nə qədər imkanlar var. Bunları bilə, həyata başlaya cavan oğlan. Görün, ondan necə dindar çıxar. Belə başlaya. Adam haralarda əsasən səhv eləyə bilir? Uşaqlar bunu bilə, gənclər bunu bilə. Əvvəldən bilə ki, oyundur. Oyunu uşaqlar necə oynayır? Əyləncəli oyunu. Oyunu tərtib eləyənlər nə eləyir? Oyunu tərtib eləyənlər mütləq orada səhv eləmə imkanı yaradır. Oyun onda əyləncəli olur. Yoxsa səhv imkanı yoxsa oyunu bağlayır, deyir maraqsızdır. Bu nə oyundur?! Belə oyun olar?! Elə ancaq düz yolu getməlisən. Səhv variantlar çıxan oyun cazibəlidir.

Bu oyunun da müəllifi, dünya adlı oyunun müəllifi, Allahdır. Deyərsiniz ki, bu nə sözdür edirsən? Mən özümdən demirəm. Quranda Allah deyir, İnnama Dunya ‘Illa Lahvun va La`ibun. Dünya oyun oyuncaqdan başqa bir şey deyil. Maraqlı bir oyun kimi baxsın cavan oğlan həyata. O labirintlərdən keçir. Bu əhval ruhiyyədə, haradasa dalan var, onu seçim eləməlidir. Düz yolun yanında səhv variantlar var. Əvvəldən qaydaları biləndə onda din yorucu olmur. Oğlum səbr elə, oğlum filan elə. Belə şeylərə çox ehtiyac olmur. Oğul bilir ki, hə, bilirdim də bu, qaydası, belə idi. Filan şey, hə, başa düşüləndir, bu olmalı idi. Bunu tədricən insan gərək aşılasın övladlarına.

Amma Allahın oyun müəlliflərindən bir fərqi var ki, Allah heç vaxt insanı… Heç vaxt yox, deyəcəm hansı istisnalarla… Allah insanı səhvə salmır. Səhv variantı qoyur, səhv imkanı yaradır, amma səhvə yönəltmir, aldatsın adamı. Əksinə, Allah düzə tərəf yönəldir, səhv variantların yanında hey qulağına pıçıldayır hadisələrlə ki, belə get. Allah istəyir ki, sənin tərəfindədir bu oyunda. Oyunun müəllifi biganədir, sən udacaqsan, udmayacaqsan. Allah isə bu oyunu tərtib edib sən udasan və sənin tərəfindədir. Səhv və xəta imkanlarını sadəcə öyrənək.

Bunu deyim, sözümü tamamlayım. Bu bir moizə olsun, bu hissəsini bir moizə kimi qəbul edin və sözümü bitirirəm. Bəli, bəzən insanlar olur ki, Allahın rəhmətindən uzaqlaşıb, qəzəb dairəsinə daxil olurlar və artıq xəta qapıları qarşısında açılır, xətanı düzdən ayıra bilmir. Bu, Allahın cəzasıdır insana. Bu, normal hal deyil. Səhvdən çıxır, səhvə düşür. Səhvdən çıxır, səhvə düşür. Bu, nəyinsə cəzasıdır. Nəyinsə cəzasıdır. Yoxsa, mümkün deyil. Adam dalbadal səhv eliyir, eliyir, eliyir və elə bilir, səhv qapıları açılır, sanki bunu səhvə yönəldirlər. Deməli, Allah nəzərini çəkib. Bu, çox təhlükəli haldır. Bu, pis bir haldır.

Bəzi əməllər var ki, onun nəticəsidir bu. Biri, Allah vəlisini tənha qoymaq. Allah vəlisinə xəyanət. Allahın övliyalarına. Onda nə olur? Allah deyir ki, getdin. Xoş getdin. Səni bir xəttə salır ki, başdan ayağa səhvdir. Başlayırsan, Allahın düşməninə xidmət eləməyə. Bu, qaydanı yadda saxlayın. Hədisdir. Mənləm yunfiq fi səbili vəliyillah ibtəla. Bi ənnə yunfiq fi səbili aduvvillah [TODO - Correct]. Deyir, kim Allahın vəlisi yolunda fədakarlıq eləməsə, Allahın dini, dostluğu, övliyaları yolunda nəyindənsə keçməsə, ibtəla, bəla gəlir ona. Bəla nədir? Daş yağır?! yox. Onda can fəşanlıqla başlayır Allahın düşmənin yolunda fədakarlıq eləməyə. Heç nə qazanmadan, təsəvvür edin. Düşür bu xəttdə. Bu xəttdə düşür və bu şəkildə xidmət eləyir.

Hardasa dinə nəsə lazım idi, xərcləmədin, onu Allahın düşməninə aparacaqsan, xahişlə, minnətlə verəcəksən. Bunu bil. Qabaq düşmədin sən. Hardasa lazım idi, verməliydin, vermədin, mütləq gələcəklər, nə təhərsə yalvar yaxarla verəcəksən. Xahişlə, minnətlə. İmam Hüseyn (ə.s.) çox çalışırdı, görürsünüz. Onlar o xətdə düşmüşdülərdi artıq. Çox çalışırdı ki, onları düz xəttdə qaytarsın. Ama alınmırdı.

Onlar niyə o xətdə düşmüşdülər, bunu deyim, bitirim, keçmişdə demişəm. Üç dəstə insan Həzrəti Əli ilə vuruşdu. Bir dünya pərəstlər, bir cahillər, bir də münafiqlər. Üçü vuruşdu Həzrəti Əli ilə. Bir dəstə qalmışdı Həzrəti Əlinin yanında olub, ona lazım olan dəstəyi verməyənlər. Bir insan Əlinin yanında olur, amma Əli onun qəlbini ovlaya bilmir, özünə aşıq eləyə bilmir, bu böyük cinayətdir. Bunun cəzası bu olur ki, o dəstə gəlir, Kərbəlada İmam Hüseyni şəhadətə çatdırır. İnanın, xahiş eləyirəm tarixi dəqiq mütaliə eləyin, onlar xətdə düşmüşdülər. Onlar birmirdilər, hadisələr birdən cərəyan elədi, gördülər İmam Hüseyni öldürürlər. İnanın, onlar 5 il, 3 il, 2 il, 1 il ondan qabaq təsəvvür eləyə bilməzdilər. Tarixi dəqiq mütaliə eləyin, xahiş edirəm, onlar analarının bətnindən düşmən doğulmamışdılar, onlar heç cür ehtimal verməzdilər, o xətdə düşdülər.

Nə idi günahları? Günah bu idi ki, Həzrəti Əlini görəsən, onu sevməyəsən?! Həzrət Əlini görəsən, ona kömək eləməyəsən, ona dəstək olmayasan, onun nəticəsi idi. Ona görə, Quranda Allah Peyğəmbərinə deyir, Zərhum. Ayələrdə qabağınıza çıxsa, zərhum. Zərhum, bilirsiniz nədir, yəni boşla, başını burax onların. Allah göstərməsin. Sənə nisbətdə Peyğəmbərinə desin ki, ya Rəsulallah, vaxtını hədər eləmə, boş burax, boşla onları. Bu yollarını seçiblər. O elə bir yerdir ki, məhəbbət göstər xeyri yoxdur, dəlil gətir xeyri yoxdur, başına dolan xeyri yoxdur. Deyir bütün dünyanı bir loxma tikə eləyib, münafiqə versən, səni sevməz. Həzrəti Əliyə deyir.

Bu bir haşiyə idi. Sözün qısası, imtahan üçün həyatın qaydasını bilməliyik. Həyatın qaydası nə idi? Xəta eləmək imkanı yaradır. Konkretləşdirəcəyik, hələ ümumi deyirik, sonra gələn cümələrdə qismət olduqca, konkretləşdirəcəyik. Həyat insanlara xəta eləmək imkanı verir ki, düz seçimin qiyməti olsun. Ona görə də deməyin ki, bu nədir? Allah özü elədi bunu. Yox, Allah xətanın qapısını açır, səhv variantları qoyur ki, düzü səhvlərin içində seçə biləsən. İnşallah gələn həftə bu mövzunu davam etdirərik.

Əuzu billəhi minəş-şeytanir-racim Bismillahirrahmanirrahim İnna a’tayna ke’l-kevser Fesalli li-Rabbike ve’nhar İnne şani’eke huve’l-ebter Sadaqa Allaahu al-‘Azeem.