Cümə xütbəsi - İmamlar anası (08.02.2019)
Bismillahirrahmanirrahim. Əlhəmdulillahi Rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla Rəsulillahil əmin. Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Və ala Aliyyin Əmir əl-Müminin və ala Fatimət əl-Zəhra və ala əl-Həsəni və əl-Husayn və Ali ibn əl-Husayn və Muhammad ibn Ali və Cəfər ibn Muhammad və Musa ibn Cəafar və Ali ibn Musa və Muhammad ibn Ali və Ali ibn Muhammad və Əl-Həsəni ibn Ali və Əl-Hüccət el-Qaim el-Məhdi. Allahumma salli ala Muhammad və Ali Muhammad Allahumma salli ala cəmiyyəl ənbiyyəi və əl-mürsəliyin və əl-şühədəi və əl-siddiqiyyin. Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat. [TODO - Correction].
Usikum və nəfsi bi təqvallah.
Çox vaxtınızı almayacam. Xanım Zəhranın bu gecə şəhadət gecəsidir. Sabah şəhadət günüdür. Axşam da məclis olacaq. Mən bir daha hamınızı dəvət edirəm bu məclisə. Bu dəvəti də sizin özünüzə görə edirəm, çünki etiqadım bunadır ki, çox şərafətli məclisdir Həzrəti Zəhra məclisi. Axşam 8-də məclis olacaq, mən elan eləmişdim və biri də keçirilib artıq dünən axşam. Yəni, adamın çoxalması üçün demirəm. Adam şükür Allaha var, mənə olsa da olmasa da o qədər fərq eləmir. Sadəcə olaraq, Həzrəti Zəhranın şəhadət gecəsinin çox fəziləti var. İstəyirəm ki, bu fəziləti, bu üstünlüyü əldən verməyək. Bəzən bir xalq, bir millət bu məclislərin hesabına çörək yeyir, bu məclislərin hesabına var olur, yaşayır, qorunur, saxlanılır, bəlalardan uzaq olur. Bunu amma özü hiss eləmir, başa düşmür. O məclislərdən, ən şərafətlilərdən biri də Həzrəti Fatımənin məclisləridir.
Mən onun barəsində uzun-uzadı burada danışmaq istəmirəm. Bir neçə cümlə ilə bir 10 dəqiqədə, qısa vaxt imkan verdiyi qədər, onun əzəmətli şəxsiyyətinə işarə eləmək istəyirəm ki, elə bir insandı. Məxluqatın əşrəfi olan Peyğəmbər onun gəlişinə özünü hazırlamalıdır.
Həzrəti Musa (ə.s.) 40 gün dağda münacat elədi. Deyir, hətta dünyanın zəruri ehtiyaclarından da təmin eləmədi, dünyanın tozu üstünə qonmadı. Tam təmizləndi, və deyir, nəticədə Allahın nuru, Quranda deyir, dağa təcəllə elədi. Dağ əridi. Onu irfani mənada deyirlər ki, Həzrəti Musanın ürəyində axır o ‘mən’ toxumları da əridi, nur qəlbinə təcəllə elədi. O dağ həmin o mənəmçilik dağı idi.
Həzrəti Peyğəmbər də 40 gün etikaf saxlayır. Allah ona öz nurunu hədiyyə eləyir. Allahın həmin o nuru Həzrəti Zəhradır, Həzrəti Fatimədir. 40 gün münacat elə, ibadət elə, hazırlaş ki, Fatimə dünyaya gələcək. Fatimənin nurunu qarşılamağa hazırlaş. Deyir axırda iftar üçün ona meyvələr gətirirlər, deyir ki, bu gecə iftarı heç kəslə bölüşə bilməzsən, bundan yeməlisən, bu nur sənin sülbünə daxil olmalıdır. Ondan sonra, bu gecə Həzrəti Fatimənin vücudu yaranmalıdır, peyğəmbərə o nurun nəql olunması vasitəsilə.
Görün, nə qədər əzəmətli prosesdir. O nur yerə enəcək deyə Peyğəmbər hazırlayır özünü 40 gün. Çünki… Onu Qədr gecəsi ilə təsadüfən elə-belə müqayisə eləmirlər. Qədr gecəsi Quran nazil olubsa, Fatimənin vücudundan 11 danışan Quran doğulub. Ummul Əymə [TODO - Correction], bütün imamların anasıdır o. Bütün bu nurlar onun vasitəsilə vücuda gəlib. Peyğəmbərə buyurur Quranda ki… Hədisdə, Hədis-i Qüdsidə buyurur. Lav Laaka lamaa Khalaqtul Aflaak. Sən olmasaydın, heç nəyi yaratmazdım. Ondan sonra buyurur ki, Lav Laa Aliyyin lamaa Khalaqtuk. Əli olmasaydı səni yaratmazdım. Lav Laa Fatima lamaa Khalaqtukuma. Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım. Bəziləri deyir ki, bu onda belə çıxır Həzrəti Fatimə Peyğəmbərdən üstündür, xeyr. Deyib, Peyğəmbərlik imamətlə davam eləməsə, yarımçıqdır. Necə ki, görürsünüz, imamətsiz İslam yarımçıqdır.
İmamət və nübuvvət Fatimənin vasitəsilə yenidən doğulacaq, yenidən vücuda gələcək. Xanım Fatimə Zəhra bu misiyanı… Ummu Əbiha, yəni atasının anası. Atasının anası bu anlamdadır ki, atasının dini yenidən onun vücudundan dünyaya gələcək, onun vasitəsilə doğulacaq. Quranın Qədr surəsi ən əzəmətli surələrdən biridir. Hədis buyurur ki, kim… Va ma adraka ma laylatul qadr. Sən nə bilirsən nədir qədr gecəsi?! Deyir kim Fatiməni tanısa Qədr gecəsini tanıyıb. Həzrəti Zəhranın vücudu ilə Qədr gecəsi arasında gizli bir əlaqə var. Həzrət Fatimənin… mənim vaxtım yoxdur, nə mənim səviyyəm çatır, nə də ki burada çatdırmaq gücündəyəm, bu məclisdə onu.
Amma Həzrəti Fatimə varlıq aləminin bir mənada mehvəridir, mərkəzidir. Hədisi Kisada maraqlı bir nöqtə var, deyir Peyğəmbər, Həzrət Əli, Həzrəti Zəhra, İmam Həsən, İmam Hüseyin, o əbanın altındadır. Cəbrail nazil olur, Allahdan soruşur ki, bu əbanın altında olanlar kimlərdir? Allah cavab verir ki, Hum Fatimə və əbuha və bəluha və bənuha. Orada olan Fatimədir, onun atasıdır, onun həyat yoldaşı və balalarıdır. Bunlar hamısı hikmət əsasında deyilən sözlərdir. O Fatimədir. O əzəmətli bir xanımdır, əzəmətli bir varlıqdır, nurdur. O, dünyaya gəlməmişdən öncə var idi.
İmam Hüseyn (ə.s.) deyir ki, mənim anam Fatimənin nuru üç dəfə hər gün ev əhli üçün doğur, üç dəfə nur, işıq saçır, necə günəş doğar, onun mənəviyyatı evimizə işıq saçır. Üç dəfə… İndi bunların heç birini biz başa düşmürük, bəzən eybi yoxdur adam başa düşmədiyi sözləri də desin ki, onun mənəviyyatı adamı tutsun.
Həzrəti Fatimə həqiqətən də ağılların dərk eləyə bilmədiyi bir varlıqdır. Onun haqqında elə hədislər var ki, mən curət eləmədim bugün onu oxuyam burada. Çünki izah eləməsəm səhv başa düşüləcək. Ona görə heç nə yazmadım, aciz qaldım. İnanın, axşam da ki məclis olur, danışırıq deyə dedim, sadəcə təbərrük üçün o xanımın adı çəkilsin elə bu məclisdə. İnanın ki, yəni, bəzən adam bəzi insan haqqında… Ən çox çətinlik çəkdiyim adamlardan biri, bəlkə də birinci Həzrəti Zəhradır ki, adam heç ləyaqət görmür ki onun adını dilinə gətirsin. O qədər əzəmətli, o qədər böyük bir şəxsiyyətdir, böyük bir xanımdır.
Tutdu əlindən Peyğəmbər, çıxdı küçəyə, camaatın içindən keçir, deyir, kim bunu tanıyır, tanıyır. Tanımayan bilsin ki, bu mənim qızım Fatimədir. Hiyab bazatun minni [TODO - Correction]. O, mənim bir parçamdır. O, bədənimin parçası deyil, mənim bir parçamdır. Varlıq aləmində, mələkut aləmdə mən vücuda gələndən sonra onun nuru mənim nurumdan qopdu. Ondan sonra imamların nuru vücuda gəldi. Əli ilə Fatimənin nuru mənim nurumdan yarandı. Sonra qovuşdular mənəviyyət aləmində, mələkut aləmində ondan imamlar dünyaya gəldi.
Ondan sonra deyir, kim buna əziyyət versə, mənə əziyyət verir. Peyğəmbər sanki ictimai baxımdan da bir missiyaya hazırlaşdırır Həzrəti Fatiməni. Bir iş görməlidir, bir görəvi var, bir missiyası var ki, Həzrəti Zəhranı Peyğəmbər ona hazırlayır. Camaatın içində ona etibar verir, ehtiram göstərir, xüsusi hörmət göstərir, ondan artığına da layiqdir. Amma bunu niyə nümayişkəranə şəkildə eləyir ki, bunu cəmiyyət görsün, görsün, bir gün gərək olacaq.
Hər dəfə, görməmişik, axı ki, ata qızın ayağına dursun. Hər dəfə otağa daxil olanda heç olmadı ki, Peyğəmbər ayağa durmasın. Hər dəfə o gələndə ayağa dururdu, çəkilirdi, öz yerində onu oturdurdu. Onu öpürdü, qoxlayırdı, deyirdilər ki, etiraz edirdilər ki, o böyük qızdır, sən onu öpürsən, qoxlayırsan, iyləyirsən. Deyirdi ki, ondan cənnət ətri hiss eləyirəm. Özdə Peyğəmbərin cənnəti səthi cənnət deyil, meyvə cənnəti deyil.
Fatimə Peyğəmbərin müştəq olduğu, arzuladığı cənnətin qoxusunu verir. Fatimə Liqaullahın həqiqi surətidir. Fatimənin batini surəti liqaullahdır. Allahın rəhmətinin ən böyük təcəssümü yerüzündə Həzrəti Zəhradır, Peyğəmbərdən sonra.
Və Həzrəti Zəhranın bir baxımdan rəhməti fərqlidir ona görə ki, anadır, ana xüsusiyyətinə malikdir. Ananın balalarına, övladlarına mərhəməti xüsusi olar. Və Mədinə cəmiyyətinin bədbəxtliyi bundaydı ki, həmin o insan ki ümmətin anası idi, o fəryad edirdi, onun səsinə səs vermədilər. Hamı görmüşdü ki, Peyğəmbər onu necə tanıtdırır, Peyğəmbər ona necə məhəbbət bəsləyir. Peyğəmbər onun qapısının yanından keçəndə dayanıb ayaq saxlayıb deyirdi, əs-salamu aleykum ya əhləl beyt. Ehtiramla əlini sinəsinə qoyub salam verirdi. 6 ay Peyğəmbər bu işi tərk eləmədi ki, camaatı alışdırsın ki, bu çox hörmətli bir qapıdır, dərgahdır. Bu qapıya hücum eləməzlər.
Və Həzrəti Fatimə, mən deyərdim ki, tarixdə imamətin, dinin yaşaması uğrunda heç kim onun qədər fədakarlıq eləməyib. Bu qədər ehtiram, hörmət ki, Peyğəmbər ona göstərmişdi, onun hamısını Əlinin yolunda xərclədi, hamısını. Deyir ki qolu bağlı evdən çıxardırlar Həzrəti Əlini. Doğrudan da ağır müsibətdir. Aparırlar, deyir, bir nəfər yahudi dayanıb kənardan baxır.
Bir kəramət əhlindən oxumuşdum, qoyun haşiyə çıxım. Dedi ki, razıyam, hər şeyimi verim, bir dəfə Əlini mənə göstərəssiniz, mükaşifə aləmində. Dedilər, bütün nə ki kəramətlərin var, qurban verməlisən. Dedi ki, qurbandır, onun bir tükünə qurbandır, nəyim var. Hamısını, deyir, qurban verməyə hazır olur, bir səhnə göstərirlər Əlinin həyatından. Deyir, o səhnə idi ki, deyir ki, onu qolu bağlı məscidə aparırlar, Allahın şirini, Allahın aslanını. Deyir, mən onu görəndən sonra ürəyimdə elə bir od yandı ki, heç vaxt sakitləşə bilmədim.
O yahudi deyir, baxır görür ki, Həzrəti Əlini aparırlar. Mötəbər tarixi rəvayətdir, hadisədir. Yanındakı deyir, gördüm bu pıçıldayır, əşhədu ən la ilahə illallah, bu yahudi deyir. Mən bu Allaha iman gətirdim, Peyğəmbərə iman gətirdim. Deyir, dedim ki, nə oldu sənə, nə gördün iman gətirdin? Axı sən Peyğəmbəri görmüşdün, heç inanmamışdın, peyğəmbərə iman gətirməmişdin. Cavab verir ki, bu mənzərə məni vadar elədi, bu kişinin vücudu məni vadar elədi ki, İslamı qəbul eləyəm. Çünki mən bunu tanıyıram. Bu zəif, aciz adam deyil. Bunun xeybərin fəthində necə şücayətlə, aslan kimi döyüşməsinin şahidiyəm. 12 min əsgər bunun qarşısında dayanammırdı. Yəni, bu o qədər ürəkli meydana girmişdi. İndi ki, bu, boynunu büküb, qolu bağlı gedir və heç bir reaksiya bildirmir, bəllidir ki, bunun qolunu bağlayan bu kəndir deyil, başqa şeylər var. Şücayətli kişinin belə bir səbrə sahib olması təqdirə layiqdir.
Bu, adi adam deyil. Bu, adi adam deyil, bu xüsusi adamdır. Bu, din haqq dindir. Bunu görüb islama iman gətirir. Və Əli əleyhissəlamı aparırlar, deyir, məscidə… Tarixi necə var, elə danışıram sizə. Deyir, saxlayıblar qılınc başının üstündə. Mən haradan bildim ki, Həzrəti Əlini öldürmək istəyirdilər? Məqsəd Həzrəti Əlini fiziki məhv eləməkdir? Xanım Fatimeyi Zəhranın bu sözündən. Deyir ki, qolu bağlı dayanıb, və qılınc da başının üstündədir, o biri də işarə eləyir ki, vur və s.
Bu qalmaqallı bir vəziyyətdə, deyir, birdən Həzrət Fatimə məscidə daxil olur. Tək gəlir məscidə. Gəlir məscidə daxil olur. Əlini o vəziyyətdə görəndə, deyir, fəryad eləyir, deyir ki, and olsun Allaha qolunu açmasanız, gedəcəm atam Peyğəmbərin məzarının üstündə dua eləyəcəm, bəddua eləyəcəm.
Deyir, çıxır məsciddən gedir, gedən kimi artıq məscidin sütunları titrəyir. Deyir, bunlar qorxuya düşür. Həzrəti Əli deyir, Salman qaç Fatiməyə de ki, bəddua eləməsin. Salman gəlir, deyir, ey Peyğəmbərin qızı, sən rəhmət Peyğəmbərinin qızısan. Onda xanım Zəhra bu sözü deyir, bax, burdan dedim bəlli olur. Deyir ki, yuridunə qətlə Əliyyin [TODO - Correction]. Onlar Əlini öldürmək istəyir, Salman. Onlar Əlini öldürmək istəyir. Və mə li səbrun ələ Əliyyin [TODO - Correction]. Və mənim də Əlinin yoxluğuna dözməyə səbrim yoxdur. Mən Əlisiz qalammaram, mən Əlisiz yaşaya bilmərəm. Onlar onu öldürmək istəyir. Salman deyir ki, xanım, o elə Əlinin əmridir. Onun adını eşidən kimi… O qədər təvazökar idi. Həzrəti Əlinin adını eşidən kimi əriyirdi. Dedi əgər Əli əmr eləyirsə baş üstə.
Qayıdır gəlir, qayıdıb gələndə görür ki, qolunu açıblar, deyir ikisi yan yana düşür, heç kəs yoxdur. İkisi yan yana qayıdırlar evə, ikisi yan yana gəlirlər. Deyir ki, Həzrəti Əli xəcalətli olur, başını aşağı salır. Xəcalətli ona görə yox ki, zəifdir. Bilirsiniz, qüdrətli kişi üçün çətindir. Səbr etməlidir. Məcburdur səbr eləsin. Deyir, görür ki, Əli boynunu büküb, dayanab.
Gəlir, dayanır, dolanır həzrəti Əlinin başına. Dolanır, orada deyir, Ruhi ili ruhi kəlfida və nəfsi ili nəfsi kəlviqa ya əbəl həsən [TODO - Correction]. Əli ruhum ruhuna, canım canına fəda olsun. İn kuntə fi xeyrin kuntumək. İn kuntə fi şərrin kuntumək [TODO - Correction]. Sən narahat olma. Hər bir halında sənin yanındayım. Sən tənha deyilsən. Sənin Fatimən var. Tək özü Əlini əsarətdən azad eləyir. Qayıdıb gəlirlər evə. Ondan sonra deyir ki, daha mən işimi gördüm. Əlinin haqlığını tarixə bəyan elədim. Ondan sonra deyir, Həzrəti Zeynəb deyir ki, gördüm ki anam üzü qibləyə dayanıb, dua eləyir.
Mən Həzrəti Zəhranın müsibətinə işarə eləyərkən bir əvvəlki vaxta qayıtmaq istəyirəm. Deyir ki, anası Xədicə dünyadan köçürdü. Qoy, onun anasını da, Həzrəti Xədicəni də yad eləyək. O da əzəmətli bir xanımdır ki, Fatimə onun vasitəsilə dünyaya gəlib. Deyir, can verəndə çağırdı, qızım Fatimə, gəl yanıma. Balaca idi Həzrəti Zəhra.
Necə Əlinin müqabilində Fatimə özünü o qədər təvazökar apardı, elə bil, heç idi, Xədicə də belə. O xanım ki, bütün varını, dövlətini, sərvətini xərcləyib Peyğəmbər yolunda. Həzrəti Zəhraya bilirsiniz nə deyir? Deyir ki, mən utanıram, həya eləyirəm. Olar atan Peyğəmbərdən xahiş eləyəsən ki, köynəyini mənimlə qəbrə qoysun? Bir köynəyi yalvararaq istəyir. Həzrəti Zəhra deyir atasına. Peyğəmbər öz köynəyinə büküb onu dəfn eləyir.
Ondan sonra, deyir, tez-tez Zəhra, balaca idi, uşaq idi, tez-tez deyirdi ki, ey nə ummi, ey nə ummi, anam hanı, anam hanı Peyğəmbərdən soruşur və ağlayırdı. Cəbrail nazil oldu ki, ya Rəsulallah, denən cənnətin ən uca yerindədir, Zəhraya təskinlik olsun. Deyir, onu deyəndə Həzrəti Fatimə deyir, ata, razı qaldım. İndi də bu günlərdən, sabahdan sonra Zeynəb gəzir evi, atasına deyir, ey nə ummi, ey nə ummi, atacan bəs anam hanı? Evə gəlirsən, evə gəlirik, anamızı görmürük, çox darıxmışıq.
Deyir, ikinci dəfə ondan sonra evləndi Həzrəti Əli, xanım Ummul-Bənini gətirdi evə. Deyir, qapının ağzında dayandı, dedi ki, Zeynəb icazə verməsə evə daxil olmaram. O da layiqli bir xanım idi. Ona görə Əbəlfəz kimi oğul dünyaya gətirdi. Deyir, ev əhli… Onun adı Fatimə idi, əsl adı. Ev əhli onu çağıranda kənizlər, deyərdilər Fatimə. Bir gün gəldi Həzrət Əliyə dedi ki, ağacan, hamıya tapşırın ki, məni Fatimə adı ilə çağırmasınlar. Hər dəfə görürəm Fatimə adı eşidəndə, görürəm, Zeynəb gedir otağa, anasının otağına, anasının paltarlarını tökür qarşısına ağlayır. Denən mənə Ummul-Bənin desinlər. De mənə Fatimə deməsinlər.
Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bil haqqi Fatimə və abiha va baliha va baniha və sirril mustəv də ifiha ya Allah [TODO - Correction]. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah.
İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. Şəri olan hacətlərimizi rəva elə. Hər kimin ürəyində nə dərdi var, nə hacəti var, xanım Zəhra əli ilə həll elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Kimlər ki, bizdən dua istəyiblər, iltiması dua eləyiblər, hamısının hacətlərini rəva elə. Ömrümüzün axırınacan, bizə halal, minnətsiz ruzi mərhəmət elə. Hər kim malı ilə, canı ilə, elmi ilə, hər yolla dinə, İslama, bu xalqa xidmət göstərir, dünya və axirətlərini abad elə. İslama, müsəlmanlara, bu xalqa xəyanət eləyənləri zəlil elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Əsgərlərimizi, zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Dünyanın hər yerində insanlara, müsəlmanlara zülm eləyənlərə lənət elə. İmam Zaman ağanın zühurunu tez elə