Cümə xütbəsi - Övliyanın tənhalığı (01.02.2019)


Assalamu aleykum va rahmatullah.

Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction]

Həzrəti Zəhranın, xanım Fatimeyi Zəhranın, şəhadət günü yaxınlaşır. Bununla bağlı 10 dəqiqə, 15 dəqiqədə bir mövzuya işarə eləmək istəyirəm. Bilirsiniz ki, Fatimiyyənin yaranma səbəblərindən biri və başlıcası insanların Əli əleyhissəlamı tənha buraxması idi, tək qoyması idi.

Nəyə görə insanlar övliyaları tək qoyur? Nəyə görə insanlar övliyaları köməksiz qoyur? Tarix boyu övliyalar camaat içində qərib olur, dəstəkləri olmur. Bir sıra səbəblər var buna, ki niyə insanlar övliyaları dəstəkləmir. İkisinə toxunmaq istəyirəm, qısa olaraq.

Səbəblərdən biri budur ki, övliyalar insanları çox uca yüksək zirvələrə çağırırlar. Çox yüksək hədəflər müəyən eləyirlər insanlar üçün. Camaat içində də zirvəyə can atanlar az olur, az tapılır. Heç bir peyğəmbər və heç bir imam hədəf olaraq insanlara maddi rifahı göstərməyiblər ki, biz sizi maddi təmin edəcəyik, yağ bal içində yaşayacaqsınız. Müasir dövrdə seçkilərdə platforma, proqram, nədən ibarət olur, müştəri yığmaq üçün. Seçkilərdə sosial məsələlər, ki bu məsələləri həll edəcək, camaat da düşür, inandısa gedir, gedir onun dalınca. Müştərisi çox olur, dərhal hiss edir bunu. Bu hissə deyir, Liqaullaha çağırıram sizi, Allahla görüşə. Zirvə göstərir, uca zirvə. Camaat da deyir ki, ora həvəs yoxdur getməyə, nağd indi mənim məsələlərimi həll elə.

Heç bir peyğəmbər və imam son hədəf olaraq maddi rifah göstərməyiblər. Sadəcə bir dənə məsələni insanlar nəzərdən qaçırır, bir məsələdə insanları şeytan yoldan çıxardır. O da budur ki, bu zirvəyə, mənəvi zirvəyə doğru-düzgün hərəkət etmə prosesində maddi problemlər avtomatik həllini tapır, ondan daha yaxşı tapır. Bunu başa düşə bilmirlər, bunu qəbul edə bilmirlər, inana bilmirlər. Ən ideal yolu təklif eləyir, hədəfi çox yuxarı aparır. Deyir, sənin işin yoxdur, sən o hədəfə doğru düzgün, onun yolunu da başa salır, hərəkət eləyəndə, bunlar ki səni maraqlandırır, qarının filan, bunlar hamısı, əgər cəmiyyət, toplum bir yerdə Allah vəlisinin arxasınca getsə, o hərəkəti eləsə, onlar qısa müddətdə ən effektiv şəkildə həllini tapır, ən effektiv şəkildə. Özü də daha ideal şəkildə. Həm maddi təminat olur, həm mənəvi rifah, mənəvi hüzur. Bu lap yaxşıdır.

Quran buna işarə edir, Va lav anna ahlal qura aamanu vattaqav lafatahna alaihim barakaatim minas sama’i val arz. Deyir, şəhər əhalisi, insanlar iman gətirsə, təqvalı olsaydılar, o hədəfə doğru, uca hədəfə tərəf, hərəkət eləsəydilər, yerdən, göydən bərəkət yağdırardıq. Maraqlıdır ki, təkcə maddi sərvət demir. Bərəkət, yəni sərvətdən yararlanma imkanı həm də. Həm maddi sərvət… Adam var sərvəti var, amma yararlanabilmir, keyfini çıxarda bilmir. Bərəkət budur. Bərəkət budur ki, faydalı və bol ruzi verərdi Allah sizə. Siz mənəvi hədəflərə doğru hərəkət eləyin, qalan şeyləri Allah…

Mən bunu həyatımda təcrübə eləmişəm. Yəni, bu mənim həyatımın təcrübələrindən biridir deyə bilərəm. Bu, ictimai bir prosesdir, mühüm mövzudur. Amma fərdi həyatda da insan nə qədər laqeyd olur, maraqlanmır ki necə olacaq. Hədəfini yüksək seçirsə əgər, görürsən ki gəlir ayağına düşür, yalvarır dünya sənə. Bu qaydadır. Yalvarır ki, məni qəbul elə. Sən onun dalınca düşmürsən, o sənin dalınca düşür. Səndən xahiş eləyir.

Şeytan burada qarışdırır adamların zehnini ki, bunlar, belə deyək də, yarı zarafat deyim, bu övliyalar qəliz adamlardır əşi. Məsələn, haralara çağırır adamı, filan. Çətindir o yolu getmək. Elə bilir ki, maddiyyat əlindən çıxır o yolu gedəndə, kasıb olmalıdır, məhrum olmalıdır, çətindir, bu da məcbur dartır aparır. Belə deyil.

Xanım Zəhra hər iki məsələyə aydınlıq gətirdi. Oxuyun Fatimiyyənin tarixini, hər iki məsələyə aydınlıq gətirdi. Həzrəti Zəhranın ziyarətinə gələndə dedi ki, camaat gəlmişdi bir qisim, dedi ki, niyə Əlidən üz çevirdiniz? Vallahi dedi, özü deyir, bax bu tarixdə var, vallahi ona görə üz çevirdiniz ki, onun qılıncın itiliyindən və tələbkarlığından qorxdunuz. Ondan sonra deyir, amma Əli özünə qarşı tələbkardır, sizi zorla aparmayacaqdı. Əli sizi aram aram, ruhunuz incimədən aparacaqdı.

Övliya zirvəni göstərir, əlindən tutur, deyir, yavaş-yavaş gəl, haracan gəldin, gəldin. Haracan gəldin, gəldin. Və bu prosesdə də sənin maddi həyatın da səhmana düşür. Əksinə, bilirsiniz, kimlər gəldi camaatın başının üstünə? Qılınc, qamçı əlində camaatı günahdan çəkindirən adamlar. Bilirsiniz belə adamlar hamıdan radikal olur. Din, filan, günah olmaz filan, Allah lənət eləsin, filan eləsin. Övliyalar belə deyil ki. Övliya deyir günah elədin?! Görmədim ki mən. Eybi yoxdur, xəta elədin, səhv elədin. Hədəf odur, yavaş-yavaş gedək. Büdrədin eybi yoxdur, əlindən tutur qaldırır, gəl gedək, davam eləyək. Ləzətli bir həyat verir.

Bir bunu dedi, bir də bu ayəni oxudu Həzrəti Zəhra, mən dediyim ayəni. Va lav anna ahlal qura aamanu vattaqav. Əgər imanlı olub, təqvalı olsaydınız, yerin göyün sərvəti, neməti sizin ixtiyarınızda olacaqdı. Əksinə, Əli adamı qarət eləyər?! Əli camaatın sərvətini niyə qarət eləsin ki, ona biganədir?! Əksinə, dünyapərəstlər qarət eləyər adamları.

Əli (ə.s.) 5 il xilafət elədi, xilafətdə oldu da, yəni xəlif oldu. Bu 5 il ərzində bilirsiniz də neçə dənə müharibə oldu, üç. Daha denən elə döyüşdə keçdi. Amma deyirdi ki mən camaatın mənzil və minimum qida təminatını, ehtiyacını təmin eləmişəm. Yəni, sözündən belə çıxır ki, mənzilsiz və çörəksiz adam qalmayıb mənim məmləkətimdə. Hələ 5 il o davanın içində təmin elədi o minimum ehtiyaclarını insanlarn.

İmam Zaman zühur eləyən zaman oxuyun da o dövrün xüsusiyyətlərini, ideal cəmiyyətin xüsusiyyətləri. Maddi rifah, maddi təminat, inkişaf. Bunun hamısı təmin olacaq. Sadəcə övliyalar bunu hədəf qoymur qarşısına. Camaatı çaşdıran budur. Övliyalar demir nəhayət məqsədimiz budur ki, camaatı ancaq maddi təminatla, rifahla çəkmirlər. Onunla asan adam ovlamaq. Bunların hədəfi alidir. O prosesdə maddi təminat məsələsi həll olunur. Övliya insana qiymət müəyyən edir, deyir sən çox ucasan, dünya xırda məsələdir, kiçik məsələdir.

Hədis buyurur ki, sizin bədənlərinizin qiyməti cənnətdir, bədənlərinizin. Yəni, bədənin qiyməti, cisminizin qiyməti cənnətdir, nəinki ruhunuzun. Din deyir ki, dünyanı ürəyindən çıxart, camaat deyir, vay… Elə bilir, din deyir ki, kasıb yaşayın. Harada deyib ki, kasıb yaşayınla dünyanı ürəyindən çıxart tamamilə fərqli anlayışlardır. Şeytan, bilmirəm, neyləyir bizim zəhniyyətimizdə. Kasıb yaşayın demir. Deyir, ürəyindən çıxart, sonra varlı ol, stressiz yaşa. Biri var, dünyanı sevirsən, bugün var, qorxursan, vay, əlindən çıxacaq. Biri də var ki, həm varındır, həm də aramsan, stressiz yaşayırsan. Deyir, hamsını əlində olsa sevinmirsən, hamsı əlindən çıxsa qəmlənmirsən. Din deyir, bunu ürəyindən çıxart, sonra malik ol ona. Kef elə, nuşi can. Ürəyindən çıxart deyəndə dünyanı kasıb olaq? Ay qardaş kim dedi kasıb ol? Deyir ki, ibadət 10-dur, 9-u halaldan ruzi qazanmaqdır. Get, ibadət elə, qazan, sərvətini artır, xərclə, sərf elə, kef elə de, amma ürəyini bağlamasan, nuşi-canlıqla yeyəcəksən, içəcəksən və dəqiqədə deməyəcəksən, vay, əlimdən çıxar.

Həm aram, həm ləzətli, həm də varlı. Bunu təklif edir. Hədəf ucadır deyə adamlar ayaqlaşa bilmir. Mövləvinin məsnəvisində bir hekayə var, şeirlə yazıb da onu. Onu da əsərləri Fars dilindədir, mən o şeirini sizə oxuya bilməyəcəm. Məzmunu belədir ki, Məcnun minir bir dəvənin üstünə, dəvənin belinə, gedir Leyliyə tərəf. Bu dəvənin də təzə balası olub. Balası dünyaya gəlib, təmsildir də, düzəldir yazıb, amma ibrət var bunda. Deyir, gedirlər, birazdən sonra Leylinin xəyalı, eşqi vurur Məcnunun başına, yüyəni bıraxır, fikrindədir, dəvə də balasının fikrindədir. Görür ki, yüyəni buraxdılar, dəvə fırlanır, qayıdır, həmin ora kı, oradan gəlir. Məcnunun da xəbəri yoxdur, elə bilir ki gedir. Birdən ayılır, görür, dəvə dayanıb balasının yanına, təzədən qayıtdı çıxdığı mənzilə. Məcnun baxır, deyir, olmadı bu, mən Leylinin yanına getməliyəm. Yenə tutur yüyənindən, gedir, yenə gedir. Yenə həmin proses, o onun eşqində, bu balasının fikrində yenə fırlanır, qayıdır. Neçə dəfə olandan sonra, deyir, Məcnun baxır, dəvəyə ki, səninlə mənimki tutmaz. Biz ikimiz də aşiqik, ikimiz də aşiqik, alınmayacaq bizimki. Mən o səmtə gedəcəm, sən bu səmtə.

Övliya ilə camaatın misalı belədir. Amma camaat başa düşsün ki, övliya aparan səmtə getsə, bütün eşqləri təmin olacaq. Bir dənə bunu başa düşə bilmir, başa sala bilmirlər bunu. Xanım Zəhra bunu başa salmağa çalışırdı, alınmırdı. Amma kimin bazarı işləyir? Hər cür vədə ilə, hər cür söz ilə, hər cür vasitə ilə adamları ovlayanların, aldadanların. Ömər Sədə dedi İmam Hüseyn ki, sən… Bunu da çox eşitmisiniz bu şeyi, amma bu yerini istəyirəm, vurğulayım xüsusilə. Dedi ki, sən bu işi görmə, bu yoldan qayıt, bizim münasibətimiz olub. Dedi ki, mənə rey mülkü söz verirlər. Dedi heç onun buğdasından yeməyəcəksən. Dedi, arpası da mənə bəsti, filan. Ələ saldı İmam Hüseyni, ələ saldı əməlli. Çıxdı, getdi. Deyir, döyüş başa çatdı, gəldi İbni Ziyadın yanına ki, mənim o rey mülkünü vəd eləmişdiniz, verin. Dedi, hə, get sənəd vermişdim sənə, onu gətir. O sənədi istəyir izi itirsin. Sənədi götürür, alır, cırır, atır. Cırır atır və deyir ki, sən sevdiyin və dəyər verdiyin adamı getdin, öldürdünsə mənim nə dərdimə dəyəcəksən sən? Mənim hansı əlimdən tutacaqsan? Deyir, çıxır, ağlaya ağlaya deyir ki, ma li və lil Husayn [TODO - correct]. Mənim Hüseynlə nə işim var idi? Axıracan deyirdi, xəsirə dünya vəl axirət [TODO - correct]. Nə dünyam oldu, nə axirətim. Bu, bir insanın dastanıdır, vilayətsiz insanın dastanıdır.

Bəşəriyyət belədir, insanlıq belədir. Nə dünyası var, nə axirəti. Hətta inkişaf eləmiş dövlətlərdə də belə. Dünyada necə maksimum ləzzət ala bilərdi? Onun bir faizini ala bilmirlər. Var ilə, sərvət ilə, elmi, texniki inkişaf ilə. Vilayətsizlik budur. Uca qüllələrə tərəf gedəndə dünyanın da dadını başqa cür çıxardırsan.

Bu birinci səbəb, ikincinə də qısa işarə eləyəyim. İkinci səbəb ki, camaat övliyaları tək qoyur, ona görədir ki, övliyaların həm hədəfləri alidir, həm hədəfə gedən yolları da hədəflərinə uyğundur. Ancaq məqbul vasitələrlə insanları aparırlar. Bilirsiniz necə, adamlara çox dəyər verirlər. Adamlar da ona görə getmir ki, əşi, onsuz da sözündən çıxsam heç nə eləməyəcək. Adamlarla dəyərli şəkildə davranırlar, qarşısındakına şəxsiyyət verirlər. Adamların da çoxu belədi. Dəyər verdiyəcə, ayağı yer tutur, o müxaliflərə tərəf gedir.

Peyğəmbər vəfat elədi, Həzrət Əli (ə.s.) dəfn işi ilə məşğuldur. Nəyə görə? Gedə bilərdi orada, o da siyasi oyunlarda iştirak eləyərdi, öz işlərini görərdi, deyərdi ki, Allaha görə eləyirəm, amma Həzrəti Əli dayanıb kənarda, görək camaat nə eləyəcək? Xanım Zəhra da deyir ki, məsəlül imam, kə məsəlül kəbə. İmam kəbə kimidir, oturmalıdır, gəlməlidirlər. Hə sən otur, görüm, gələcəklər mi. Axı, o birlər ovlayır yolda, o birlər hər variantla aparır.

Təlhə Zübeyrin hadisəsində ki, gəlirlər Həzrəti Əliyə deyirlər ki, bizə Beytulmaldan pul ayır, filan, onlara deyir ki, dövlət işi üçün gəlmisiniz, şəxsi iş üçün… O şamı söndürür, bu şamı yandırır. Bunlar baxır, deyir, biz milyonların söhbətinə gəlmişik, bu Şam söhbəti eləyir. Bundan bizə yar olmaz. Gedirlər, gedəndə deyir, hara gedirsiniz? Deyirlər… Bir neçə müddət sonra çıxırlar, bu da xəlifədir. Hara gedirsiniz? Deyirlər ümrəyə gedirik, Məkkəyə, ümrə eləmək istəyirik. Həzrət Əli deyir ki, ümrəyə getmirsiniz, fitnə yaratmağa gedirsiniz. Yaxşı, fitnə yaratmağa gedirlər, tut öldür də, hə? Hansı hakim buraxardı onları şəhərdən? Hansı hakim bıraxardı? Deyəsən, avamdır, bilmir, bilir, dili ilə deyir. Biz ki, avam, əstəğfurullah saymırıq, indi obyektiv təhlil eləsək, deyir diliynən ki, bilirəm ki, hara gedirsiniz. Amma zorla, yolda tutub öldürməklə, şeyləməklə olmur rəqibləri bu şəkildə. Bu imamət siyasətidir, bu vilayət siyasətidir. Bunu başa düşmək üçün min ildir fürsət verilir, insanlar başa düşmür. Bunu adi qaydalarla izah eləmək mümkün deyil. Ona görə də müştərisi az olur.

Axırda xanım Zəhərə bu ayəni oxudu. Anulzimukumuha va `Antum Laha Karihuna. Elə bilirsiniz ki, sizi zorla mı istəmədiyiniz şeyə vadar edəcəyik? Bu bizim yolumuz deyil. Zorla olmayanda da könüllü deyir, əşi, bu biri məni başımın üstündə dayanıb sopayla ayağımı qırağa atan kimi vurur. Bu, deyir, güzəşt eləlir. Öz qatillərini, cəməl döyüşü, yəni özünə qarşı vuruşanları buraxır şəhərdən, gedin. Gedir, o da qoşun toplayır, gəlir cəməldə, savaş yaranır. De ki, bunun qarşısını alaq, bu ikisini tut, zindana sal. nə əsasla.

Mənim təhlilim budur ki, bunlar bunun üçün gedir. Təhlil əsasında adam tutarlar? Təhlil əsasında adam cəzalandırarlar? İmam cəmiyyət istəyir. O cəmiyyət ki, yetkin cəmiyyət olsun, onun addımlarını anlasın və başa düşsün. Bu, imamların qurbətinin, əyyami Fatimiyyənin yaradan səbəblərdən, əsaslarından ikisi idi. Vəssəlam.

İnşallah ayın 7-i, 8-i, 9-u, axşam saat 8-də məsciddə xanım Fatimeyi Zəhranın şəhadəti ilə bağlı məclislər keçiriləcək. Gələn həftənin 4-cü, 5-ci, 6-cı günləri, inşallah. Mən bunu təkrar-təkrar deyirəm, çünki sual yenə də qalır. Ayın 7-i, 8-i, 9-u, axşam saat 8-də, inşallah xanım Fatimeyi Zəhranın şəhadət məclisləri keçiriləcək, inşallah.

Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bil haqqi Fatimə və abiha va baliha va baniha və sirril mustəv də ifiha ya Allah [TODO - Correction]. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!

İlahi əllərimizi naumid qaytarma. amin deyən dilləri lal öldürmə. bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. bağışlamamış bizi bu dünyadan aparma. Aqibətimizi xətmi bixeyr elə. Kimlər ki bizdən dua istəyiblər, hamısının hacətlərini rəva elə Ömrümüzün axırına qədər bizə halal, minnətsiz ruzi mərhəmət elə. Ruzimizə öz bərəkətini mərhəmət elə. Ailəmizdən, nəslimizdən haqq düşməni, əhlibet dushmeni qerar verme. İşğal altında olan torpaqlarımızı tezliklə azad eləməyi bizi müvəffəq elə. Bu torpaqlar uğrunda canını fəda edən şəhidlərimizi Kərbəla şəhidləriylə məşhur elə. Əsgərlərimizi, zabitlərimizi, ordumuzu hər cür bəladan, ağla gələn gəlməyən bəlalardan hifz elə. Kimlər ki məndən xahiş ediblər dua eliyim, iltimasi dua deyiblər, sizin hamınızın hacətləri ilə bərabər, ilahi səni and verirəm Həzrəti Zəhra hörmətinə, hamımızın hacətlərini rəva elə. İmam Zaman ağanın zuhurunu tez ele. Amin!