Cümə xütbəsi - Qədr gecəsinə hazırlıq (09.06.2017)
Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction]
Qarşıdan Qədr gecəsi gəlir. Qədr gecəsi, inşallah ayın 13-dən 14-dən keçən gecə, gələn həftənin ikinci günü Qədr gecəsidir. Söhbətin sonunda mən deyəcəm məsciddəki məclis haqqında, vaxt haqqında, amma indi istəyirəm bir neçə cümlə ilə, çox qısa deyəcəm… keçən ildə mən bu barədə danışmışam, yadıma gələni, bilmirəm… Hər halda danışmışamsa da, danışmamışamsa da fərqi yoxdur. Bunun məncə Qədr gecəsindən qabaq bir qədər hazırlıq üçün bu məsələlərə diqqət eləsək yaxşıdır.
Qədr gecəsi qəlbimizi hazırlamalıyıq Allahın dərgahına yönəlmək üçün. Səfalı qəlblə. Çünki Qədr gecəsi, bilirsiniz, necədir? Hər şey qəlbə baxılır, qəlbin vəziyyətinə uyğun davranılır insanla. Qədr gecəsinin əsas mövzusu insan qəlibidir, ruhi vəziyyətidir. Bilirsiniz, hər şey onun üzərində hesablanır, qəlbin səviyyəsinin üzərində. Hansı dərəcədədir, ruhi vəziyyəti necədir, onun əsasında qədr gecəsi müəyyən edilir hər şey.
Səfalı qəlbi ilə Allah qapısına gedək. Səfalı qəlb necə? Bir neçə şərt yazmışam, alimlərdən, böyüklərdən faydalanaraq bunu yazmışam, məncə sizə faydalı olar. Qədr gecəsindən qabaq nələrə fikir verək?
Bir, kindən azad olaq, kin küdurətdən. Adamlar bir-birinə pislik də eləyir, bəzən insafsızlıq da eləyir. Nahaq yerə, nəsə bir haqq da tapdalayır. Arada olur da belə şeylər olur, həyatın qanunudur.
Küsülü qalmasın insan gərək, mömindirsə, küsülü qalmasın. Bir birini bağışlasın. Üç gündən artıq, deyir, küsülü qaldısa, ikisi də dindən çıxar insanların, müsəlman sayılmaz. Bir-birimizə halal eləyək, bağışlayaq, kini ürəyimizdən çıxardaq, qəlbi azad eləyək, kindən azad eləyək.
Eşitmisiniz də bu hədisi, bir kişiyə baxdı peyğəmbər, dedi ki, kim cənnət əhlini görmək istəyir bu kişiyə baxsın. Uzundur, hadisəsini çox danışmıram. Biri dedi ki, peyğəmbər deyib, görüm bu kimdir, bunun nə hərəkəti var ki, bu cənnət əhlidir. Hər dəfə bunu görəndə, dedi, cənnət əhlini görmək istəyən buna baxsın. Bu, deyir, gedir onunla qalır, deyir ki, mən atamla dava eləmişəm, icazə ver səninlə qalım. Üç gün qalır, gözü bundadır ki, bu nə ibadət eləyir, görür heç bir xüsusi ibadət eləmir. Ancaq vacib namazlarını qılır, gedir işinə gəlir, vacib ibadətlərini yerinə yetirir. Bu özü gecə namazı, Quran oxumaq filan, o baxır, görür, onda heç nə yoxdur. Axırda əsəbləşir, deyir ki, mən atamla vuruşub eləməmişdim. Peyğəmbər, dedi, sən cənnətliksən, gəldim, gördüm nə əməl sahibisən, görüm nə eləmisən. Baxdım, bir əməl tapmadım. De görüm, nə əməl sahibisən ki, peyğəmbər sənin cənnətə gedəcəyini deyir. Deyir, mənim əməllərim bu gördüyün bu şeylərdir, başqa bir şey yox. Amma, deyir, bir şey yadıma düşdü. Bir dənə məndə bir xüsusiyyət var ki, heç kəsə qarşı ürəyimdə paxıllıq və kin olmaz. Bəlkə də elə buna görədir. Mən kimdəsə bir nemət görəndə paxıllıq məni tutmur. Ürəyimdə kin yoxdur, küdurət yoxdur. Tez bağışlayıram adamları, yapışmıram ki bir şeyin üstündən ki, ürəyimə salım, dərd eləyim, kinə çevirim. Qardaşlığın şərti bu deyil ki.
Qardaşlıq budur ki, həzm eləyəsən, udasan. Və insanın aqibətinin xeyri olması üçün də qəlbin başqalarına qarşı kin küdurətdən azad olmasıdır. Qədr gecəsində çalışın ki, ürəyinizi azad eləyin, hamını halal eləyin və halallıq alın, barışın, küsülü daxil olmayın qədr gecəsinə. İncikli daxil olmayın.
İkinci xüsusiyyət nədir? Mən qısa deyəcəm, narahat olmayın. İkinci xüsusiyyət, Allahdan razı qəlblə qədr gecəsinə daxil olaq. Yəni, təkrar-təkrar deyəsən ki ilahi mən səndən çox razıyam. Doğrudan da çox razıyıq da biz. Razı olmalıyıq Allahdan, nə qədər lütf eləyir bizə. Deyək ki, mən səndən razıyam, çox-çox razıyam. Qəlbin bu halı çox mühümdür Allah üçün. İmam Həsən ə.s. buyurur ki, qəlbdə razılıq olsa, bir adam, qəlbində Allahdan razı olsa, nə dua eləsə, mən zəmanət verirəm, qəbuldur. Amma tam razı olsun Allahdan.
Razı adamlar üçün xüsusi məqam var. Irjii ila rabbiki radiyyatan mardiyyah. Bu ayə çox təsirli ayədir. Ömrü başa vurdun, dünyayla vidalaşırsan, ömür qurtardı. Hansı halda dön Rəbbivə tərəf, bu möminləri qarşılayanda. Irjii ila rabbiki radiyyatan mardiyyah. Rəbbin səndən razıdır, sən ondan. Qarşılıqlı razılıq halında dünyadan köç. Ona görə dualardan əvvəl şükür eləyirlər. Şükür nədir? Razılığın ifadəsidir. Yəni, səndən razıyam. Adam razılığını gərək dilinə gətirsin.
Üçüncü şərt, himməti böyük olan qəlb. Nə deməkdir? Üstün şeylər istəyək Allahdan qədr gecəsində. Dildə yox, ha. Qəlbən belə eləyək ki, qəlbən çox şey istəyək. Biz hər gün burada Ramazan ayı daxil olandan məhəbbətdən danışırıq. Bəziləri görürlər bu sözü. Allaha olan məhəbbətdən. Ən gözəl mövzulardan biridir. İnsan qədr gecəsində əlini Allahın dərgahına qaldıranda belə şey istəsin ki, İlahi, məni özünə aşiq elə. Mən demirəm dünya hacətini istəməsin. Evi yoxdur, onu da istəsin. Maşın istəyir, onu da istəsin. Nə bilim mən, ailə qurmaq istəyir, onu da istəsin. Övlad, hamısını istəsin. Amma bunlarla kifayətlənməsin. Qəlbinin istəklərini bir az yuxarı aparsın.
İldə bir dəfə ən münasib gecədə insan nə istəyər? İlahi, mən sənə aşiq olum nəhayət. Səni sevərək sənə ibadət eləyim. İmam Zamanın zühurunu istəyə insan. İmam Zamanın zühuru bilirsiniz nədir? Hamını xoşbəxt eləmək istəyidir. Böyük adamlar hamını düşünür axı. Cılız adam ancaq özünü fikirəşir. Mənim oğlum, mənim qızım, mənim həyat yoldaşım, mənim evim, mənim, ancaq mənim, mənim. Dua eləyəndə də bu belə eləyir. Amma adam böyüdükcə, duası hamını əhatə eləyir. Ən böyük dua da İmam Zamanın zühurudur. Çünki o gələndə hamı xoşbəxt olur, dünya xoşbəxtliyə çıxır. Ona görə də hədislərdə var ki, fərəc istəyin ki, sizin də fərəciniz ondadır. Bütün hacətlərinizi o icra eləyəcək. Odur ki, onun gəlişini istəyin, ümumiləşdirin. Qədr gecəsində İmam Zamanı yaddan çıxartmayın.
Dördüncüsü, özünü əliboş hiss eləyəsən. Əliboş hiss eləyəsən. Heç nəyinə arxayın getməyəsən. Deməyəsən, mən yay günündə 19 gündür, 18 gündür oruc tuturam, oruclarımla gəlmişəm. Heç nə deməyəsən. Sənin tutduğun oruca bir şey verməzlər. Qıldığın namaza bir şey verməzlər. Biz Allahın fəzlini görsək, nəinki namazımıza arxalanırıq, deyərik üzr istəyirik ilahi. Qıldığım, bacardığım bu oldu. Bizim namazlarımıza görə gərək Allahdan üzr istəyək əlavə. Namaz qılaq, sonra deyək ki, üzr istəyirəm ki, sənə belə namaz qıldım. Odur ki, əliboş gedək Allahın qapısına.
İmam Səccad ə.s. əlini qaldırırdı, deyirdi, günah dolu əllərlə qapına gəlmişəm. Allahdan belə dua eləyirdi. Günah eləmişəm, qapına gəlmişəm. Günah ona görə böyükdür ki, bax, gör deyir kimin hüzurunda günah edirsən. Neçə dəfə sənin əmrindən sənin hüzurunda çıxmışam və sənə günah eləmişəm.
Beşinci şərt, gələcəyin üçün ancaq Allaha söykənəsən. Deyəsən ki, mən bütün uğur müvəffəqiyyəti səndən istəyirəm İlahi. Mənim özüm nə lazımdır, boynuma düşəni eləyəcəm, amma qüdrət sənin əlindədir. Sənin qüdrətinə sığınıram, səndən başqa heç nəyə söykənmirəm, heç nəyə arxalanmıram. Yusif əleyhissəlamı quyuya atanda təbəssüm elədi. Qardaşları soruşdu ki, nəyə gülürsən, səni quyuya atırıq. Bir dəfə baxdım, dedim, mənim bu qədər qardaşlarım var, arxa dayağım var, kim mənə nə eliyə bilər? Allahın işinə bax, həmin qardaşlarım məni quyuya atır indi.
Adam Allaha arxalana, Allaha söykənə. Allah baxsın qəlbə görsün ki, gələcək barədə ancaq O’na arxayındır. Kiminsə dostluğuna, tanışqlığına, arxaya, dayağa, onlara arxayın deyil. O lazımdır, vasitələrə tərəf gedir, üz tutur, amma əsas səbəbi görür. Deyir əsas sənsən, sənin əlindədir.
Altıncı, gərək qəlbdə Allah övliyalarının məhəbbəti və düşmənlərinin nifrəti olsun. Allaha bağlılığın meyarı Allah dostlarına münasibətdə görünür. Allah təsadüfən eləməyib Həzrəti Əlinin şəhadəti gəlib qədr gecəsinə düşür. Səfalı qəlb o qəlbdir ki, Allah dostlarının məhəbbəti olsun orada. Yoxsa, 100 il ibadət elə qəbul deyil insandan. Fikir verirsiniz, biz Quranı başımızın üzərinə qoyuruq qədr gecəsində. 14 nəfərə, Allah’a və 14 nəfəri Allah’a and veririk. İki əmanətə sarılırıq, Quran və Əhli Beytə sarılırıq. Allahın xüsusi lütfüdür bizə ki, bu məhəbbəti bizə inayət eləyib.
İnsan gərək haqqı sevə, haqqın düşmənləri var e bugün, insanlığı oda tutublar, insanların başına od yağdırırlar, qan tökürlər… Baxırsan görürsən dünyanın hər tərəfində günahsız uşaqlar öldürülür, o insan haqqlarından, azadlıqlardan danışan dövlətlərin hamısının gözlünün qabağında yox e, xeyir duası ilə bu işlər edilir. Bax, o zalım düzən var e, onun başında dayanan o alçaqlar var, bax onların nifrəti bir insanın qəlbində olmasa, o onu göstərir ki, onun imanı kamil deyil. Haqqı sevdiyin qədər, nahaqqa gərək nifrət eləyəsən. Bu, insanın ruhunda bir müvazinətdir. Bu, ruhunun müvazinətini saxlayır.
Növbəti xüsusiyyət budur ki, Allaha təzim halında gedəsən. Əzəmətli gecədir qədr gecəsi. Qədr gecəsində Allahın əzəməti zühur eləyir. İnsan əzəmətin qarşısında təzim elədiyi bir halda getsin Allahın qapısına. Cövşən Kəbir duasına baxırıq, bax, bu əzəməti qabardır. Allahın böyüklüyünü qabardır.
Səkizinci budur ki, ümidlə gedəsən. Ümidin gərək Allaha çox olsun. Hüsni zənnlə. Bilirsiniz necə bir prinsip var? Allah deyir kim məndən nə gözləntidədirsə, elə davranaram onunla. Biri gözləyir ki, mən onu bağışlayaram, bağışlayaram. Kim məndən nə gözləntidədirsə, məndən nə gözləyirsə, elə də davranaram onunla. Ramazan ayının ən önəmli gecəsində, qədr gecəsində Allahın qapsına ümidlə gedək. Cəhənnəmdən qaçan bir adam kimi yox… Mən bir dəfə bunu demişdim. Əbu Həmzə Somali duasının şərhində deyir ki, oddan qaçan adam kimi yox, od tutub yanan adam kimi qapına gəlmişəm. Fərq eləyir axı, bir var oddan qaçırsan, biru var bədənin od tutub yana yana qaçırsan ki, tez su tökün yandım. Allah da belə daha tez qəbul eləyir. Od tutub yanan adam kimi gedəsən Allahın qapısına və deyəsən ki, rəhmət yağışını yağdır ki, mən artıq yanıram, aradan gedirəm.
Odur ki, Ramazan ayının bu qədr gecəsinə hazırlaşaq, bu qalan günlərdə, görürsünüz necə sürətlə keçdi siz Allah. Yəni, elə bilirəm dünən deyirdik ki, Ramazan ayı daxil oldu, sabah yarı olur, 15 gün, təsəvvür edin, adamın heç inanmağı gəlmir, ondan da sonra qədr gecələrdir. Qədir gecəsi 3 gecədən biridir, ya Ramazan ayının 19-cu, ya 21-ci, ya 23-cü gecəsi. Bizim təqvimlə, 3 ehtimaldan biridir. Bizim təqvimlə, iyun ayının, bu ayın 13-dən 14-dən keçən gecə, 15-dən 16-sına, 17-sindən 18-dən keçən gecə qədr gecəsidir. Birinci qədr gecəsi ilə bağlı məclis həftənin ikinci günü ayın 13-ü axşam saat 11-in yarısında məclis başlayacaq, söhbət olacaq və sonra dua oxunacaq. Kimin evində balaca Quranı var, Quranı özü ilə gətirə bilər. Yaxşı olar ki gətirsin başın üzərində qoymağa. Burada düzdür paylanır vərəqlər, amma hamıya çatmaya bilər. Balaca Quranlar götürüb gələ bilərsiniz və bir də indidən mən xahiş eləyim ki, maşınla gələnlər maşınları bir az ətrafda saxlasınlar, bir az kənarda saxlayın, bir az piyada gəlsinlər ki, burada çox narahatçılıq yaranmasın, izdiham çox olur deyə onu özünüz tənzimləyin. İnşallah qədr gecəsi məclisi ayın 13-ü, axşam saat.22-30-da, yəni 11-in yarısında məclisimiz başlayacaq. Allah bizi qədr gecəsinin feyzindən məhrum eləməsin, inşallah.
Əllahummə inna nəsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, əl əəzzil əccəlil əkram və bil Huseyni ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!
İlahi əllərimiz naümid qayarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. İlahi şəri olan hacətlərimizi rəva elə. İlahi bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Bu ayın feyzindən, qədr gecəsinin feyzindən bizi binəsib eləmə. İlahi səni and verirəm Hüseynivə, Kərbəla ziyarətini bütün arzusunda olanlara, bu cəmə qismət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Kimlər ki bizlərdən, məndən dua istəyiblər, səni and verirəm bu günün ehtiramına, hamısının hacətlərini rəva elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləriylə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əsgər, zabitlərimizi yerin göyün bəlasından hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İlahi bizi bu ayın bağışlananlarından qərar ver. Tutduğumuz orucları, qıldığımız namazları, bu naqis, kiçik, naqabil əməlləri öz böyüklüyüvə layiq şəkildə bizdən qəbul elə. İmam Zaman ağanın zühurunu tez elə.