Cümə xütbəsi - Qədr gecəsinə mənəvi hazırlıq (16.06.2017)


Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction]

Bu gün Ramazan ayının 21-ci günüdür. Həzrəti Əli əleyhissəlamın şəhadət günüdür. Həzrəti Əli ə.s. barədə uzun-uzadı danışmaq istəmirəm. Bu günlərdə onun barəsində çox danışdıq. Bir nəfərdən, bir alimdən soruşdular ki, Əlinin fəzilətindən bizə danış, yaxşı söz dedi. Dedi, nə deyim o kəs barədə ki, dostları düşmənlərinin qorxusundan, düşmənləri də paxıllıqdan fəzilətlərini gizlətdilər. Amma fəzilətləri şərqi və qərbi bürüdü. Tarixən fəzilətləri gizlədilən bir adamdır, bir şəxsiyyətdir.

Dostlar qorxudan danışa bilməyib, çünki zaman olub ki, Əli deyənin dilini kəsiblərmiş, başını kəsiblərmiş. Bu, Peyğəmbərdən sonraki dövrdür. Əlinin fəzilətindən danışmaq yasaq idi, rəsmi olaraq qadağan idi. Və bu yandan da əleyhinə təbliğat aparılırdı. Bu yandan da minbərlərdən ona lənət oxunurdu, bu yandan da düşmən fəzilətini gizlədirdi. Hər tərəfdən bunun fəzilətinin yayılmasına maneə var idi. Amma Allahın möcizəsinə bax ki, bu qədər maneənin qarşısında yenə də Əlinin fəzilətləri dünyanı tutub. Hansı böyük adamın kitabına, əsərinə baxırsan, özünü ona aid etməyə çalışır, özünü ona mənsub etməyə çalışır. Onun fəzilətlərini nə qədər çalışdılar gizlətməyə… O barədə keçmişdə demişəm, bir alim deyir ki, ətir şüşəsi kimidir. Onu qırdıqca ətri daha çox yayıldı. Ona lənət oxuduqca, onunla mübarizə apardıqca fəzilətləri daha çox aydınlaşdı, daha çox özünü göstərdi.

Mən baxmışam, bir alim kitabında yazır ki, 300 dəfə Peyğəmbər ömrü boyunca onu müdafiə eləyib. 300 dəfə. Siz təsəvvür edin, yəni nə qədər insanlarda qıcıq var idi Həzrəti Əli əleyhissəlama qarşı. 300 dəfə, bir ömür boyunca, Peyğəmbər onu müdafiə eləyib ki, yəni belə deməyin, la təşqu Əliyyən, Əlidən şikayət eləməyin. Çox qıcıqlanırdılar onun barəsində.

Və bizim ürəyimizdə Həzrət Əlinin məhəbbəti var. Bu çox böyük bir göstəricidir. Allaha həmd eləməliyik bu qədr gecəsinin ərəfəsində, Ramazan ayının 21-ci gecəsində, günündə ki, Allah bizim ürəyimizə bu məhəbbəti daxil eləyib. Çünki Peyğəmbər buyurub ki, la yuhibbu kə illa mu’min və la yubğizu kə illa münafiq. Buyurur ki, mömindən başqa heç kəs səni sevməz və münafiqdən başqa heç kəs sənə düşmən olmaz. Yəni, bir meyardır, iman meyarıdır. Bu elə-belə məhəbbət deyil. Bu məhəbbət varsa iman var, yoxdursa iman yoxdur. Yəni, görün Allah bizə Əlinin məhəbbətini verməklə nə böyük nemət verir. Əli əleyhissəlamı sevmək iman göstəricisidir.

Və onun şəhadət günü təsadüf eləyir Quranın nazil olduğu günə. Quranla onun bir ortaq cəhəti var… Çoxdur ortaq cəhətləri. Biri də budur. Quranda ayə var, Quranın özü barəsindədir. Buyurur ki, Lav anzalnaa haazal quraana ‘alaa jabilil lara aytahu khaashi’am muta saddi’am min khashiyatil laah. Buyurur ki, əgər biz bu Quranı dağa nazil etsəydik, dağı Allahın qorxusundan parça-parça olmuş görərdin. Bu yandan da Əli ə.s. buyurur ki, bir dağ məni sevsə parça-parça olar. Bir dağın taqəti yoxdur ki, mənim eşqimə sahib olsun. Bir dağın gücü çatmaz ki, məni haqqımla tanısın, layiq olduğum kimi tanısın. Mən deyərdim ki, Həzrəti Əlini Allah ilə Peyğəmbərdən başqa heç kəs layiqli səviyyədə tanıya bilmədi. Əli əleyhissəlamı layiqli şəkildə tanıya bilmədi. Əli ə.s. barədə bir neçə cümlə bunu demək istədim.

İkinci mövzu, sabah axşam Quranın nazil olmasıdır. Bilirsiniz ki, qədr gecəsinə ən çox ehtimal olunan gecə sabahkı gecədir. Buna şübhə yoxdur. Ən çox ehtimal olunan gecə 23-cü gecədir. Bu iki gecə o gecəyə müqəddimə idi. 19 və 21-ci gecə. 3-cü gecəyə müqəddimədir. O gecənin əzəməti nədədir? O gecənin əzəməti Quran-ı Kərimin həmin gecə nazil olmasındadır. Bilirsiniz əzəmət nədədir? O Quran ki, dağların taqəti yoxdur onu qəbul eləməyə. Gör nə böyüklükdə qəlbi var Peyğəmbərin ki, o Quran bu qəlbə nazil olur.

İmam Sadiq əleyhissəlamdan soruşdular ki, niyə bəzən Peyğəmbər vəhy gələndə bihuş olurdu, taqətsiz qalırdı? Bihuş, yəni özündən gedirdi Peyğəmbər. İmam Sadiq ə.s. buyurdu ki, çünki bəzi məqamlar olurdu ki, onunla Allah arasında heç kəs olmurdu və Allah onun üçün təcəlla edirdi. Yəni, Allahın mənəvi gözü ilə müşahidə edirdi, Allahın kəlamları onun qəlbinə nazil olurdu və Peyğəmbərin taqəti qalmırdı. Odur ki,bihuş olub özündən gedirdi.

Sabahkı gecəyə ciddi hazırlaşın, ciddi hazırlaşaq. Sabahkı gecə çox əzəmətli gecədir. Bütün gecələrin ən üstün gecəsidir. Bizim möhlətimiz var, bir gün o gecəyə hazırlaşaq. İndidən hazırlaşaq ki, sabah axşam mühüm bir hadisədir, çox vacib bir məsələdir. O gecə həm Quran nazil olur, həm mələklər nazil olur. Sabah axşam bütün mələklər İmam Zamanın ziyarətinə gələcək. Ona bizim təqdiratımızı, Allahın bizə müqəddərə elədiyi şeyləri ona təqdim edəcəklər. İmam Zamanın imzası ilə bizim talehimiz müəyyən olunacaq. Sabah gecə çox önəmli gecədir. Sabah gecə İmam Zamanın gecəsidir.

Sabah gecə bu məsələlərə diqqətli olaq ki, Allah bizə müqəddərat təyin eləyir. Quranın nazil olduğu gecə. Bütün mələklər, göz açılsa görərik ki, yer üzünə nazil olublar. Səhərə qədər salamatlıq gecəsidir. Sabah dua gecəsidir, istiğfar gecəsidir.

İnsan dua üçün Allahın dərgahına əlini qaldırırsa, bunu bilin ki, heç zaman əli boş qayıtmır, heç zaman. Dua üçün ucalan əl, dua üçün qalxan əl, əli boş qayıda bilməz heç zaman. Ya eyni ilə istədiyini Allah verir, ya istədiyi məsləhətinə deyil, Allah ondan xeyirlisini verir. Əl qalxdısa Allahın dərgahına, bunu bilin ki, əvəzsiz qayıtmır. Ya istədiyini verir, ya ondan daha faydalısını verir, ya əvəzində hikmət verir, nəsə verir. Mümkün deyil dua rədd olunsun, mümkün deyil. Udu’uni əstəcibləkum. Allah dərgahına əl uzandısa, əli boş qayıtmayacaq.

Dua Allah üçün ən sevimli əməldir, dünən də dedik. Və duanın qəbul olması üçün əsas şərtlərdən biri bilirsiniz nədir? Allahın qüdrətinə etiqat bəsləmək, Allahın qüdrətinə inanmaq. Innallaha ala kulli shai in qadir. Allah Quranda bunu niyə deyir? Allah hər şeyə qadirdir. Dua eləyərkən bunu yaddan çıxartmayaq ki, hər şeyə qadir olan Allahın dərgahına əl uzatmışıq. Hüsn-ü zənnlə gedək Allahın dərgahına.

Duaların qəbulu üçün Allahın sifətləri ilə, əxlaqı ilə əxlaqlanmağımız lazımdır. Biz deyirik, ya rəhim məni bağışla, özümüz də gərək rəhimli olaq. Camaatın işini çək çevirə salırıqsa Allah bizi necə bağışlasın?! Biri bizdən üzr istəyəndə rahat üzrünü qəbul eləmiriksə Allah bizi necə bağışlasın?! Allah hər halda bağışlayır, amma bu rəhmətə yaxınlaşmaq üçün Allaha oxşamaq lazımdır. Allahın əxlaqı ilə əxlaqlanmaq lazımdır. Sən deyirsən, ya səttar ul uyub, eyblərimin üstünü açma, burdan bir möminin eybini görürsən, onu farş elirsən. Axı bu onunla uyğun gəlmir. Hansı şeyləri ki özün üçün istəyirsən Allahdan, o sifətləri özündə də tərbiyə eləsən, özündə də yetişdirəsən.

Sözümün sonunda bunu deyim ki, sabah günahlardan tövbə gecəsidir. Mən qədr gecəsində çox danışdım, alimlər hər məscidlərdə, bütün məscidlərdə danışırlar bu barədə, eşidirsiniz, biz də burada danışmışıq və inşallah yenə də danışacağıq. İnsanın başına nə iş gəlirsə günahlarının ucbatından gəlir. İnsanın bütün ziyanının yeganə səbəbi onun günahlarıdır və mən günahla bağlı ən çox qorxduğum ayə bu ayədir ki, bunu sizin üçün oxuyuram və sözümü tamamlayıram. Günahla bağlı bu ayəni yadınızda saxlayın, ki, ürəklə günahdan tövbə eləyə bilək. Summa kaana’aaqibatal lazina asaaa’us sooo aaa an kazzaboo bi aayaatil. Buyurur ki, günah edənlərin aqibəti belə oldu ki, Allahın ayələrini inkar elədilər. Yəni, günah nəyə səbəb olur? Günah ona səbəb olur ki, insan bugün qəbul etdiyini sabah inkar eləyir. Bunu Yezidin başının üstündə xanım Zeynəb oxudu. Xanım Zeynəb… Yezid ki, İmam Hüseynin başına əlindəki olan o qamçı ilə vururdu, Xanım Zeynəb Yezidin məclisində daxil olanda bu ayəni oxudu ki, insanlar günah eləməklə gəlirlər, axırda inkar eləyirlər. Dünənəcən inandığı şeyi bugün inkar eləyir. Elə bilir ki, mənim fikrim dəyişib də indi. Əvvəl belə düşünürdüm, indi belə düşünürəm.

Bilirsiniz, fikrin oxunun istiqamətini insanın mənəviyyatı müəyyən eləyir. İnsan günah elədikcə, görürsən, başqa cür düşünməyə başlayır. Əvvəl düz gördüyünü indi səhv görür, səhv gördüyünü indi düz görür. Yəni, günahın insana vurduğu ən böyük ziyan insanın imandan çıxmasıdır, insanın aqibətinin pis olmasıdır. Ona görə də bu gecələrdə günahlardan tövbə eləyək, bağışlanmaq istəyək. Bu gecə bir-birimizi çox dua eləyək. Mən sizin xidmətçiniz kimi, bir nökəriniz kimi, sizdən həmişə xahişim bu olub. Bugün də xahişim var ki, ibadətlərinizdə məni də yaddan çıxartmayın. Qədr gecəsinin dualarında bizi də yaddan çıxartmayın. Bir-birimizi dua eləyək, çünki bizim duaya çox ehtiyacımız var. Biz gərək bağışlanaq, bağışlanmaq üçün də fürsət çoxdur. Allah dəvət eləyib, sadəcə olaraq istəyək ki, bağışlanaq. Allahdan istəyirəm, Allah bizim günahlarımızı bağışlasın. Allah bu günlərdə edilən ibadətləri qəbul eləsin. Allah aqibətimizi xətmi bi xeyr eləsin. Allah bu orucluğu bizə axırıncı orucluq qərar verməsin inşallah.

Sabah bizim həm günorta məclisimiz var, həm axşam məclisimiz var. Gündəlik məclislər ki, günorta olur, zöhr namazında olacaq. Sabah axşam da 11-in yarısında qədr gecəsi məclisi olacaq. İnşallah həmişəki kimi söhbət olacaq, ondan sonra Quran duası, bikə ya Allah duası bir yerdə oxunacaq. Allah bu məsciddə və dünyanın hər bir yerində əhya saxlayanların əhyalarını, ibadətlərini qəbul eləsin inşallah.

Əllahummə inna nəsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, əl əəzzil əccəlil əkram və bil Huseyni ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!

İlahi əllərimiz naümid qayarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Xəstələrimizə şəfa mərhəmət elə. İlahi bizi bu gecənin, qədr gecəsinin, feyzindən binəsib eləmə. Orucluğu bizə axırıncı orucluq qərar vermə. Hər kimin nə hacəti var, dərdini götürüb sənin evinə gəlib, səni and verirəm bu günün şəhidi, Əli ibn Əbi-Talib hörmətinə, bizi öz evindən naümid yola salma. Kimlər ki bizdən dua istəyiblər, iltimasi dua deyiblər, hamısının hacətəərini rəva elə. Bütün xəstələrə, xüsusən nəzərdə olan xəstələrə, şifayi acil mərhəmət elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləriylə məşhur elə. Torpaqlarımızın keşiyində dayanan əsgərkərimizi, zabitlərimizi, ordumuzu ağla gələn gəlməyən bəlalardan hifz elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Dünyanın hər yerində müsəlmanlara zülm eləyənlərə lənət elə. İmam Zaman ağanın mübarək qəlbini bizdən razı, və xoşnud elə. Ağamızın zühurunu tez elə.

Innaa anzalnaahu fee lailatil qadr Wa maa adraaka ma lailatul qadr Lailatul qadri khairum min alfee shahr Tanaz zalul malaa-ikatu war roohu feeha bi izni-rab bihim min kulli amr Salaamun hiya hattaa mat la’il fajr