Cümə xütbəsi - Ümidsizliyin əlacı - 2 (18.01.2019)
Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction] Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.
Çox qısa şəkildə, keçən həftələrdə danışdığımız dua və ümidvarlıq mövzusunda bir Quran duasının ətrafında bir neçə cümlədə danışmaq istəyirəm. Həzrəti Yusif əleyhissəlamın dilindəndir bu dua. Tavaffani Musliman va alhiqni bi salihin. Məni müsəlman olaraq öldür… peyğəmbər duasıdır. Həzrət-i Yusif (ə.s.) duasıdır. Məni müsəlman olaraq öldür və salehlərə qovuşdur ölümümlə.
İnsanın axırının necə olması əsas mövcudur. Axıra kim qalacaq əsas mövcudur. Dində olmaq, haqda olmaq yox, haqda qalmaq mühümdür. Çox çətin məsələ bundadır. Ələkdən keçib axıra qalmaq. Əlləzinə qalü rabbunəllah fum mastaqamu. Dedilər, rəbbimiz Allahdır və dayandılar axıracan, möhkəm dayandılar. Mövzu budur ki axır nəfəsə kimlər qalacaq. Hər zaman da tarixdə kifayət qədər böyük ibrətlər var. Heçkəs, burda oturanların zəmanəti yoxdur əlində ki axıra hansı şəkildə qalacaq, aqibəti necə olacaq. Bu, həyatı məsələlərdən biridir, insanın talehində önəmli məsələlərdən biridir. Və elə birinci xütbə ilə də əlaqəsi var. Himmətin nə qədər yüksək olsa, bir o qədər axırınınn xeyirli olma ehtimalı çoxdur.
İnsan həmişə günahla savabın sərhədindədir. Cənnətlə cəhənnəmin sərhədindədirsə, axırda cəhənnəmə yuvarlanmaq təhlükəsi çoxdur. Gerək çox uzaqlaşasan. Onun üçün də gerək yuxarı baxasan. Yaxşıdan daha yaxşıya zillənəsən. Pislə yaxşıya yox. Ağıl ona görə adama verilməyib ki, yaxşını pisdən seçmək üçün çox ağıl lazımdır?!
Ümumiyyətlə insana ağıl nə üçün bəxş olunur? Yaxşını pisdən seçmək üçün?! Məsələn, ağlımı işlədim, görüm, oğurluq yaxşıdır ya doğruluq?! Ağılımı işlədim, görürüm, sədaqət yaxşıdır ya yalan?! Ona o qədər ağıl lazım deyil. Ağıl yaxşıdan daha yaxşını seçmək üçündür. Daha yaxşını ayırd etmək üçündür. Və insan ora diqqət yönəldəndə bədbəxlikdən uzaqlaşır.
Tarix boyu elə insanlar olub ki, heç kəs hətta özləri inanmazdı ki, axırları elə olacaq. Mən xahiş eləyirəm tarixi bir az başqa baxışla oxuyun. Mən sizə bunu çox demişəm keçmişdə. Biz, məsələn, keçmişə qayıdanda, deyirəm, insanlar necə pis idi, getdilər İmam Hüseyni öldürdülər. Xahiş eləyirəm, sən qayıt o dövrə ya hadisəni gətir bu dövrə, mən sənə misal çəkim ki, filan məsciddə olan məşhədi filan kəs var e, mömin, nurani bir kişidir. O gəldi oldu Ömər Səd. Filan Hüseyniyyədə filankəs var. O gəldi oldu Şimr ibn Zilcövşən. Filan yerdə… Bax bu… Yəni, indiki zamana gətirsən, mömin adamlar, zahirən, deyərsən ki, ha, bu maşallah, Necə…
Xanım Zeynəb ona görə dedi Ömər Sədə ki, sən baxa baxa qardaşım Hüseyni öldürürlər? Mən bunu Məhərrəmdə çox danışmışam. Əvvəllər mənə təəccüblü gəlirdi ki, Həzrəti Zeynəb… İmam Hüseyni qətl eləyənlərin komandanı idi, Ömər Səd, qoşunun başçısı idi. Ondan belə bir sual soruşur ki, sən baxa baxa qardaşımı öldürürlər? Bir az anlaşılmaz çaraq… Əmri bu verib. Sonra kitabların birində bunu gördüm ki, deyir ki, Həzrəti Zeynəb sadəcə bəşəriyyətə, insanlara, bizə mesaj göndərir ki, baxın, elə bir insan qardaşımın qatili idi ki, biz gözləməzdik ondan. Heçkəs, yəni, gözləməzdik. Qeybdən imamət elmi, filan, bəsirət… İmam Hüseyn ağa demişdi ona, amma ki, yəni, bax təsəvvür edin, bugün heç bir gözləntin olmayan bir adam var, sən onu dindar kimi tanıyırsan, əksəriyyəti bu adamlar idi, yığışıb gəlib Kərbəlada o cinayəti törətdilər. Məsələnin dərinliyi bundadır, faciənin.
Peyğəmbər salavatullah oturub, Həzrəti Əli, Zübeyr, üçü oturub. Zübeyr məhəbbətlə, təbəssümlə baxır imam Həzrət Əli əleyhissalamın üzünə. Adam adamı sevəndə, belə məhəbbətlə necə baxar üzünə, Zübeyr baxır. Həzrəti Peyğəmbər soruşur ki… Öz də bütün mənbələrdə var bu hadisə, yəni bir neçə mənbələrdə, bütün deyəndə bir neçə mənbələrdə var. Soruşur ki Zübeyrdən, Əlini çox sevirsən? Deyir, bəli, Əli mənim çox yaxın adamımdır, mən onu çox, həddindən artıq çox istəyirəm. Peyğəmbər buyurur ki, amma bir gün gələcək ki, zülmlə ona qarşı dayanacaqsan, onun qarşısında dayanacaqsan. Dedi, mən? Özü təəccübləndi. O qədər inanmadı ki, keçdi sözün üstündən. Başa düşmür ki, söz deyən Peyğəmbərdir. Dedi, necə ola bilər… Bu keçdi də sözün üstündən, bu inanılmaz bir şeydir. Nəysə, Peyğəmbər nə üçün bunu dedi?! Dayanmadı məsələlərin üzərində. Təxminən deyirlər 16 yaşından iman gətirmişdi. Döyüşlərdə ad çıxartmış bir adam idi. Əli əleyhissalamın qürbət dövrü var idi, barmaq sayı yanında adam var idi.
Həzrəti Zəhranın da… İndi əyyami fatimiyyə daxil olur da, yəni şəhadət günü… bir ehtimal var ayın 20-sinə düşür, 20 yanvara. Bir ehtimal da fevral ayının əvvəllərindədir. Bunu da elə haşiyə olaraq deyim ki, biz həmişə o ikinci ehtimalı qeyd edirik, fevralda olacaq. Bu il fevralın əvvəlində. Onun elanı əvvəlcədən deyiləcək, çünki məndən soruşurlar.
Həzrəti Zəhra dəfn olunanda barmaq hesabı adam onun dəfnində iştirak eləyirdi, biri də Zübeyr idi. Zübeyr onların içində idi. Həzrəti Əli əleyhissəlamı məscidə qolu bağlı aparanda silah çıxartdı Zübeyr. Hücum elədi və Bəni Haşimə dedi ki, niyə bu günə qaldınız ki, dayanıb baxırsınız bu vəziyyətə? Deyib daş atdılar, belinə dəydi, silah əlindən düşdü, tərk-i silah elədilər, onu da tutub apardılar. Bir adam idi ki, yeganə adam idi ki, Həzrəti Əlini elə məscidə aparanda etiraz elədi.
Gəldi çatdı bu yerə ki, ilk, Həzrəti Əli xilafətə çatandan sonra ilk ona qarşı çıxan adam Zübeyr oldu. O biri xəlifələrin dövründə zənginlikdə dördüncü, beşinci adam idi. On bir evi var idi. Məsələn, Məkkədə biri, Bəsrədə biri, Mədinədə biri. Evləri, sərvəti. Üç ay keçmişdi təxminən, bilmirəm, alimlər, təsdiq eliyər, qısa müddət xilafətə çatmasından keçmişdi, cəməl döyüşü baş verdi. İki qoşun üzbə-üz dayanıb, Zübeyr o qoşunun başçılarından biri, bu yanda da Həzrəti Əlinin qoşunu.
Həzrət Əli (ə.s.) gəldi silahsız meydana… Künyə ilə çağırmaq ərəblərdə var da bilirsiniz, künyə, yəni oğlunun adı ilə atanı çağırmaq. Məsələn, birinin oğlunun adı Həsəndirsə, Əbul Həsən deyirlər ona hörmət əlamət olaraq, Həsənin atası. Bu, ehtiram üçündür. Gəldi, Həzrəti Əli onu ehtiramla çağırdı, dedi, ya Aba Abdillah, Abdullahın atası idi. Çağırdı onu, o da gəldi. Gəldi, meydanın ortasında dayanıb, söhbət edirlər. Hamı gördü, Əli (ə.s.) silahsızdı, söhbətə gəlib. Dedi, yadındadır, peyğəmbərlə oturmuşduq, belə bir şey oldu. Deyib, başını tutdu, dedi, hə, yadıma düşdü. Qısa bir söhbət elədilər. Gəldi, deyir, qayıtdı, gəldi pərişan halda. Onun oğlu ki var, o çox bu hadisələrin səbəbkarı idi əsasən. Deyir, atasına başladı söz atmağa ki, hə, nə oldu, qorxdun Əlidən, filan. Dedi yox, mən qorxmadım, qorxmaq məsələsi deyil. Mənim yadıma bir şey saldı. Deyir, belə çox narahat halda yavaş-yavaş uzaqlaşdı qoşunla, yavaş-yavaş çəkildi bir kənara.
İbni Cürmuz adında bir adam vardı, Həzrət Əlinin qoşununda. O da sonradan xəvaricdən olacaqdı, sonradan. O gəldi, onu təqib elədi, onu öldürdü. Qılıncını götürdü, gətirdi Həzrət Əliyə ki, Zübeyri öldürdüm, Zübeyri öldürdüm. Deyə bilərsiniz ki, bu tövbə eləmişdi. İctimai fəsadın tövbəsi etirafdır. Fərdi günahın tövbəsi əstağfirullahdır. Yox, sən dava başlamısan, Həzrət Əliyə qarşı çıxmısan, hür kimi olur tövbə ki, yerini dəyişəsən. Tövbə belə olur. Bu tövbə deyil ki, mən haradasa xəlvətdə günah eləməmişəm, çəkilim xəlvətdə tövbə eləyəm. Mən bir ictimai fəsadın əsasını qoymuşam, müharibə, fitnə alovlandırmışam, etiraf eləməliyəm. Bunun tövbəsi də olmadı. Bir cür halda ayrıldı, getdi. Nə isə, qılıncı gətirdi, Həzrəti Əlinin qarşısına qoyanda, Həzrəti Əli, gözü doldu, baxdı o qılınca, dedi ki, bu qılınc nə qədər, neçə dəfələrlə Peyğəmbərin ürəyini şad eləyib, Peyğəmbərin qəlbini şad eləyib. O, öldürənə də etina eləmədi, dedi, Peyğəmbərdən hədis eşitmişəm ki, Əl qatilu vəl məqtul, kilahü mafin nar. Hər ikisi cəhənnəmlikdir, ölən də, öldürən də bu məsələdə.
Bunu yadda saxlayın, yaxşılar pis olanda hamıdan pis olurlar. Elə bil ki, o pislərin karvanından geri qalıb axı, bu neçə il ibadət eləyib, onlar gedib qabağa. Bu gələn kimi başlayır o pislərin hamısını ötməyə. Əlindən çıxıb da, neçə ildir, onu kompensasiya eləmək üçün yaxşı çevrilib pis olanda, yaxud da yaxşı kimi tanınan adam pis olanda hamıdan betər olur, hamıdan pis olur.
Bunu deyəndən sonra bir nöqtəyə işarə eləyim, 7 dəqiqədə sözümü yekunlaşdırım. Neyləsin insan süqut eləməsin? Müxtəlif yollar demək olar. Mən birinə işarə eləmək istəyirəm. Adam neyləsin ki, süqut eləməsin? Namaz, oruc, zikr, ziyarət, bunlar sığortalayır insanı, bunlar faydalıdır. Amma həll yolu deyil. Bunlara subul deyilir, səbil, yəni cığırlardır.
Sirat başqadır. Sirata çıxdınsa azmaq yoxdur. Sirata çıxdınsa… Sirat nədir? Va ani’buduni. hazasiratum mustaqim. Sirat, mənə bəndə ol ki, doğru yol budur. Siratda olan o insandır ki, əmrə müntəzirdir, əmrə itaət eləyir. Übudiyyətlə ibadətin fərqi var. Şeytan abid idi, əbd deyildi. Adam abid ola bilər. Abidlik heçnəyi həll eləmir. Bizim abidliyimiz bəzən, sizdən uzaq, özümə deyirəm, mənim abidliyim, şeytanın abidliyinə oxşayır.
Nə üçün? Çünki meylimə uyğun ibadət eləyirəm. Dinin çətinliyi yaxşı iş görməkdə, pis işi tərk etməkdə deyil. Dinin çətinliyi bundadır ki, lazım olanı, səndən tələb olunanı edirsən yoxsa yox. Mən deyərdim ki, din budur. Bunu müəyyən eləyib, buna əməl eləməkdədir problem. Yoxsa biri bu yaxşılığı eləyir, biri o yaxşılığı eləyir. Adamlar da çaşbaş qalır ki, hansı düzdür. Budur, əsas məsələ budur. Məndən nə tələb olunur, onu eləməliyəm. Buna deyirlər ubudiyyət.
Əbd budur ki, nə desələr desin baş üstə. Yoxsa şeytan deyirdi ki… yenə də deyirəm ki, hikmət var bu hadisədə. Şeytan günah eləmirdi. Şeytan alternativ olaraq Allaha ibadət təqdim edirdi. Deyirdi ilahi bu bir dənəni məndən istəmə. Mən sənə… Mən getmirəm araq içməyə. Heç bilmirəm şeytan araq içə bilir, yoxsa yox. Mən getmirəm, məsələn, zina eləməyə. Mən gedirəm ibadət eləməyə. Allah da dirəndi ki, bu, bir dənə ubudiyyət istəyirəm, ibadət yox. Mən istəyəni elə. Mən istəyən yaxşılığı elə.
İndi həmin o Zübeyrə qayıtsaq, Zübeyrlə Miqdadın bir fərqi var idi. Qayıdaq o hadisəyə. Qayıdaq o hadisəyə. Miqdad deyir, tarixdə belə qeyd edilir. Deyir ki, Miqdad əlini qılıncında tutub, Həzrəti Əlini aparırlar, gedir yanı ilə gözü Həzrət əlinin gözündədir. Əli qılıncında baxır, Əli əleyhissəlamdan işarə gözləyir ki, mən nə eləməliyəm? Elə elə elə hərəkət eləyir, axıra can. Həzrəti Əli də heç bir işarə vermir. Bu isə qılınc çəkir, deyərsən Əlini müdafiə eləyir, yox. Nə eləməliydi, onu eləmir. Nə eləməliydi, onu Miqdad eləyir. Miqdada deyirlər səbr elə, səbr eləyir. Amma əli də qılıncındadır.
Bu birisi çıxır, cihad eləyir. Amma eləməli olduğunu eləmir. Məsələ də bundaydı. Zübeyr cihad eləyirdi, amma nə lazım idi, onu eləmirdi. Bu, ubudiyyət deyil, bu, bəndəlik deyil.
Bir alim deyir, getdim bir Arifin ziyarətinə orucluq ayı idi, xəstə idi, yatırdı. Yanda da tabletkalar, dərmanlar. Dedim, oruc tutursan, dedi, yox, kişi kimi orucumu yeyirəm. Deyirdim, bu mənə əslində dərs verir ki, oruc yemək hökmdürsə, orucu yeməlisən. Yox, mən müqəddəs adamam, mən oruc tutacam, yox, lazım olan oruc tutub tutmamaq deyil, əmrə itaətdir. Əmrə itaətdir. Allah deyir, ye orucunu, ye orucunu, vəssəlam. Şir kimi otur, ye. O yeməyinin savabı o ac qalmaqdan çoxdur yox e, ac qalmaq artıq ibadət deyil, o şeytanın ibadətidir. Deyir, mənə o sözü deməkdə sən demə məqsədi buydu ki, kişi kimi yeyirəm, yəni necə lazımdır yeyirəm. Yemək lazımdırsa yeyirəm.
Özümüzü hesab kitaba çəkəndə biz həmişə belə eləyirik ki, bu işlər, yaxşı işlər görmüşəm, Hələ eləsək. Bu günahları da bugün eləmişəm. Əstağfurullah, əlhamdülillah. Budur bizim hesab kitabımız. Hesab kitab budur ki, mən elədiyim şeyləri eləməliydim mi, mən bugün hansı işləri görməliydim, onları gördümmü, ya görmədim, Bu, önəmli məsələdir. Bu, çox mühüm məsələdir. Deməli, süqüt etməmək üçün, bir, lazım olanı eləmək, iki, lazım olanı onun üçün eləmək, Allah rzası üçün eləmək. Bu iki şey olsa, ki, bu özü də, yəni, bilək, bu lazımdır. Bu iki şey olsa, çox yaxşıdır.
Hər şücaət yaxşı xüsusiyyət deyil. Hər təvazökarlıq yaxşı xüsusiyyət deyil. Adam var, təvazökarlıq eləyir adam ovlamaq üçün. Xüsusən, ruhanilər arasında, mənim kimlərə aiddir bu. Deyirlər, maşallah, təvazökardır, o ilə görüşür, bu ilə görüşür. Bu təvazökarlıq özü özlüyündə dəyər deyil. Təvazökarlığın arxasında məkrli niyyət dayana bilir. Bir alim var, adını demirəm, tanıyarsınız və ya tanıyırsınız hamınız. Deyir, biraz soyuq danışardı camaatla. Biraz soyuq danışardı. Dedilər, axı, sən özün əxlaqdan danışırsan, peyğəmbərin əxlaqından filan, adamlarla belə olmalısan, elə olmalısan. İndi nə oldu?! Özündə onun əsər əlaməti yoxdur. Deyir, onlar hamısı düzdür, mən nəfsimdən arxayın deyiləm. Mən bilmirəm ki, bu üzə gülməklər, nəbilim salam vermək, bağrıma basmaq nə üçündür. Onu bilsəm ki, Allah üçündür, elə elə olmalıdır. Amma onu müəyyən eləmək çətin.
Hər bir şücaət, hər bir səxavət, hər bir təvazökarlıq fəzilət deyil. Ona təhrik edən amil nədir? O, onunla ölçülür, niyyətə bağlıdır. Adam var, sadə yaşayır, nə üçün, özünü göstərmək üçün. Sadə yaşayır, yamaqlı geyinir. Desinlər, filan kəs zahiddir, başına adam toplansın. Bəzi adamlar belə şeylərə gəlir axı. Yem atıb, balıq tuturlar e, hər camaat üçün bəzi yemlər var ki, atırsan… Bahalı maşından düşsə, deyəcəklər əşi, ki, bu dünyapərəstdir, neyləyim, dərviş libasında… Məsələn, deyirəm. O, bahalı maşında gəlsə idi, ixlasdan, məsələn, bundan daha yaxşıdır. Onun da əlbəttə məqamları var, yeri var. O mövzuya daxil olmaq istəmirəm.
Məscid tikirdilər Bəhlulun zamanında. Bir dəstə adam məscid tikirdi. Hay həşir, məscid tikirik, Xəlifə Harunun vaxtında. Getdi, bir lövhə sifariş elədi Bəhlul, daşdan. Üstündə yazdı ki, Bəhlul məhsidi, gecə ilə. Gecə ilə gəldi, məscidin divarına vurdu. Səhər durdular, gördülər Bəhlul məscidi. bildilər yenə bunun işləridir. Tapdılar, gətirdilər, deyir, vururlar da, onu cəzalandırırlar. Deyir ki, niyə görə eləyirsiniz? Deyir, axı, başqasının işini öz adına çıxmısan. Sən tikdirmişsən, deyirsən, mən tikdirmişəm. Deyir ki, camaatı aldatmaq olar. Camaat səhv başa düşə bilər. Amma bilən bilir kim tikib.
Əgər onun üçündürsə, yazın Bəhlul məscidi, yazın nə məscidi, sənə nə narahatçılıq var?! İxlası bundan ölçsə… Ona lazım deyil ora Bəhlul adı yazsın. Onlara sübut eləmək istəyir ki, işinin mahiyyəti budur. Məscid tikib filan kəs, adımı da qoyun ora, hər məclisdə də adımı çəkin, hamı bilsin. Bu, ixlasın önəmi, yəni vəzifəni müəyyən etdikdən sonra o işi ixlas üçün görməkdir. O işi ixlasla görmək, Allah üçün görməkdir.
Sözümü bitirirəm, bax, bu məfateh oxuyuruq. O məfatehdə… Hacı Samir qardaşımız buradadır, təsdiq eləyər. Zəif hədis olan, zəif sənədi olan dualar var, müxtəlif zəif rəvayətlər, dualar var. Amma dua mövzusunda deyirlər, ümumiyyətlə, duanı oxumaq olar da, zəif də olsa, duadır da oxuyursan, eyni yoxdur. Nəyi demək istəyirəm, məsələn, onun kitabı niyə ən çox oxunan dua kitabıdır? Mən düşünürəm, onun xalisliyinə görədir. O qədər xalis adam olub, deyirlər ki, çox diqqətli olub ixlas məsələsində. Yoxsa ki, çox dua kitabları yazılıb, biz elə bilirik, bir dənə məfateh yazılıb. Dua kitabları var, indi də yazılmaqdadır. O qədər diqqətdə olub, bir hadisəsini danışmışam. Bir kitabı var, Axirət Mənzilləri’dir kitabın adı. Tərcümə də eləyiblər deyəsən onu. Mən görmüşdüm, bəli, tərcümə eləyiblər. Deyir, gəlib, məsələn, oxuyub tətilə gəlib, nəyə gəlib.
Axşam məsciddə məclisdir. Bir qoca molla danışır, kənd mollasıdır, orada çıxış eləyir. Bunun kitabını götürüb, üzündən oxuyur, danışır. Bu, hər gün evə gələndə atası danlayır bunu ki, səndən bir şey çıxmadı. Bax molla, filan kəs, oxuyur, qəşəng, Axirət Mənzilləri mövzusunu açıb, danışır. Getdin heç nə… Bu demir ona ki, bu, mən yazmışam o kitabı. Deyir, dostlar, demək istəyir… İndi belə asandır, biz gülürük. Amma kimsə bizim gördüyümüz işi öz adına çıxsa basıb gözünü çıxardarıq onun. Burada burada molla danışır, ata da danlayır. Deyir, hamısına deyir ki, haram eləyirəm, deyəsiniz ki, mənim kitabımdır.
Onun hadisəsini oxumuşam həyatımda. Deyir, Məşhəddə bir müddət qalırmış, müxtəlif məscidlərdə gedib pişnamazlıq eləyirmiş, tanınmış adam idi. Amma, deyir, adam olmayan məscidlərə gedərmiş, boş məscidlərə gedərmiş, orada ibadət eləyirmiş. Adam çox alan kimi çıxıb gedərmiş. Yenə bir xəlvət məscidlər varmış, orada ibadət eləyirmiş. Adam artan kimi gedərmiş. Bir məsciddə, deyir, bir dəfə mən bunu oxumuşam həyatımda, deyir, Şam namazını qılır, Şam namazını qılır. Adam doludur, izdiham, Gohərşadda, Gohərşadda ibadət eləyir, camaat namazı qılır. Gohərşad da, bilirsiniz də, Məşhəddədir. Orada camaat deyir, düzülüb, Şamı qılır, xiftənə durub çıxıb gedir. Deyirlər axı hara gedirsən. Təsəvvür eliyin, bir alim camaat namazını qılıb, yarımçıq gedir. Deyir, Şam namazını qılanda, bəziləri gecikmişdi birinci rükətə. Ya Allah, ya Allah, deyirlər e, rükunu uzaq çataq. Ya Allahı çox uzaqdan eşitdim. Adam hiss edirdi ki, ya Allahı, məsələn, küçənin o başında deyirlər. Eşitdim, bir an deyir, dedim ki, mənim namazımda bu qədər adam var. Və o fikir beynimdən keçdi deyə xiftəni camaat namazına imamət eləməyə səlahiyyətim yoxdur. Mən özümdə bu səlahiyyəti görmürəm. Adamlar var və bu qədər diqqətlidir. Bu qədər diqqətlidir və bu qədər diqqətli olmaq Allahla insan münasibətini şirinləşdirir.
Son olaraq bunu deyim ki, Allah deyir ki, günahkar da olsun, səmimi adam ol. Səmimiyyət çox mühüm məsələdir. Allahla səmimi ol, oyun çıxartma, yüz günahını bağışlayar Allah. Hoqqabazlıqdan Allahın xoşu gəlmir. Üz yaratmaq, jestlərlə, dindarlıq jestləri, təzə ki yayılıb e adamlar arasında bəzi işarələrlə, bu cür dayanmaqla, belə dayanmaqla, elə dayanmaqla dindarlıq olunur. Sadə ol, səmimi ol. Səmimi ol, necə olursansa elə ol, elə görsəndiyin kimi ol. Həqiqətən də bu çox vacib məsələdir.
Bu qədər bizim bəhsimiz. İnşallah qarşıdan 20 yanvar hadisəsinin növbəti ildönümü gəlir, 90-cı ilin 20 yanvar hadisəsinin və Allah qoysa, bazar gününə təsadüf edir. 20 yanvar günü zöhr namazından sonra məsciddə Quran məclisi olacaq. Mən qısa çıxış eləyərəm, bir neçə dəqiqə. sonra Hacı Ruslanı da dəvət eləyərik, bir Yasin oxuyar, şəhidlərimizin anım mərasimi olacaq. Zöhr namazına bazar günü, inşallah iştirak eləsəz, məsciddə çox yaxşı olar ki, bütün o məclisin səvabını da şəhidlərimizin müqəddəs ruhuna hədiyə eləyərik. Əyyəm-i Fatimiyyəni də bir daha qeyd edirəm ki, bizim məclislər, bu rəvayətdə yox, fevral ayına düşən, yəni ikinci ehtimala əsasən keçiriləcək.
Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bil Huseyni ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!
İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Bu əllər ki sənin dərgahına uzanıb, əliboş naumid qaytarma. Kimlər ki bizdən dua istəyiblər, hamısının hacətlərini rəva elə. Borcu olanların borclarını ödəməkdə onlara kömək elə. Bütün çətinlikdə olan, müşküldə olanların, çətinliklərini öz qüdrətli əlinlə həll elə. İlahi bizi bundan artıq birbirimizlə mehriban elə. Öz vəzifələrimizi tanıyıb, o vəzifələrə əməl eləməyi bizə qismət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Qəbrin, qiyamətin, cəhənnəmin əzabından bizi hifz elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi, müstəqilliyimiz uğrunda canını fəda edə şəhidlərimizi, xüsusən 20 yanvar şəhidlərini Kərbəla şəhidlərindən ayrı salma. Torpaqlarımızın keşiyində bu soyuq, qarlı günlərdə düşmənlə üzüzə dayanan əsgərlərimizi, zabitlərimizi ağla gələn gəlməyən bəlalardan hifz elə. Azərbaycanımızın bayrağını dünyanın hər yerində uca elə. İmam Zaman Ağanın zuhurunu tez elə.