Cümə xütbəsi - Yanaşmanın rəftara təsiri (25.01.2019)


Bismillahirrahmanirrahim. Alhamdulillah Rabbil Alamin. Və salatu və salamu ala Rasulillahi l-Amin Həbibi İlahina və təbibi nüfusina Əbil Qasim el-Mustafa Muhammad (Allahumma salli ala Muhammad Ali Muhammad). Və əla əhli beytihit-tayyibinət-tahirinəl məsuminəl mukərrəmin. Və əla Əliyyin əmiril muminin, və əla Fatiməti Zəhra, və ələl Həsəni və Huseyn, və Əli ibn Huseyn, və Muhəmməd ibn Ali, və Cafər ibn Muhəmməd, və Musa ibn Cafər, və Əli ibn Musa, və Muhammad ibn Əli, və Əli ibn Muhəmməd, vəl Həsən ibn Əli, və Huccətül qaimu Mehdi. Allahun məsəlli əla cəmiəl ənviya və mursəlin və şühədai və siddiqin. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl-əhya’i minhum və’l-əmvad, usikum və nəfsi bi təqvallah. [TODO- correction]

2-ci xütbəmizi, 1-ci xütbənin müəyyən mənada davamı kimi də olmasa, 1-ci xütbəyə elə bir qədər uyğun mövzu kimi qiymətləndirməyinizi xahiş eləyirəm. Yunan filosoflarından birinin sözüdür. Deyir ki, insanın hadisələrə baxışı hadisələrin özündən mühümdür, önəmlidir. Bu, çox düzgün, doğru fikirdir. Hər bir insanın hadisələrə baxışı hadisənin özündən daha önəmlidir. Hadisələr bizdən kənarda baş verir, amma bizim baxışımız o hadisəni böyüdür ya kiçildir, acı eləyir ya şirin eləyir, asanlaşdırır ya çətinləşdirir. Baxış bu qədər mühümdür. Baxış çox önəmlidir. Baxış hadisənin qəlbimizdə əks olunmasını təmin edir. Hansı şəkildə bu hadisə qəlbimizdə əks olunacaq, bu, bizim baxışımızdan asılıdır hadisəyə. Baxışımızın nəticəsində bu hadisə bizim daxili aləmimizdə təsir göstərir.

Görürsən ki, bir kiçik hadisədir, cılız adam onu böyüdür. Qanı qaradır, danışdırırsan… Mən daha misal demirəm, həyatda hamımız görmüşük. Nə olun ay bala, filan, məsələn… Elə bir şey danışır ki, təəccüblənirsən ki axı buna görə adam narahat olar?! Onun baxışında böyükdür, çünki özü kiçidir. Sən də bir sıra məsələlərdə kiçiksən, ona narahat olursan, o da sənə təəccüblənir. Biz bəzən elə bilirik ki, hamı bizim kimidir. Sənin də öz zəifliyin var, sən də orada axsayırsan, o orada güclüdür, o sənə baxır deyir, bu, burda narahat olmağına dəyməz.

Bəzən biz kiçik hadisələri böyüdürük, çünki özümüz kiçikyik. Bəzən çox böyük oluruqsa əgər, onda böyük hadisələr gözümüzdə kiçilir. Mömin üçün deyir ki, kaljabal alrasikh. Möhkəm dağ kimidir, peyğəmbər buyurur. Tufan gəlir dağ yerində dayanıb, heç vecinə deyil. Tozları tərpədir. Dağ, heç nə olmur dağa.

Misal deyim, Kərbəla hadisəsinə baxın. Kərbəla hadisəsi elə bir hadisədir ki, heç bir övliyanın başına gəlməyib. Heç bir övliyanın başına gəlməyib. Bu əzəmətdə müsibət başına gəlməyib. Ona görə bütün məsumlardan demək olar bu hadis var ki, La yevməkə yevməl-Hüseyn, la yevməkə yevmikə ya Aba Abdillah. İmam Həsəndən var, digərlər… Heç bir gün İmam Hüseynin gününə çatmaz. Heç bir gün. Çox əzəmətli hadisədir. Və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmi’i əhlis-səmavat, aşura ziyarətində. Deyir ki, göy əhli üçün əzəmətli idi bu müsibət. Göy əhli, mələklər matəmə büründülər. İmam Sadiq əleyhissəlamdan, ya İmam Bagir əleyhissəlamdan var ki, yer göy ağladı. Hüseyn qətlə yetiriləndə, cəddimiz Hüseyn.

Deyir, mənim cəddim şəhid olanda mələklərin naləsi ucaldı. Hamısı, deyir, nalə elədilər. Dedilər ki, İlahi sən ən seçilmiş bəndənin nəvəsini öldürənləri bağışlayarsan, onları da bağışlayacaqsan? Belə bir sual verdilər Allaha. Deyir, Allahdan nida gəldi ki, aram olun, sakit olun. Allah mələkləri sakitləşdirir, Peyğəmbərləri sakit… Bir-bir aram eləyir. Deyir, gördü ki, dövrə vurub bir 14 dənə nur. Hüseynin öz nurudur orada. Başqa nurlar… Deyir, bir nur parlaqdı hamısından. Dedi ki, bu 12-ci imamın nurudur. Bunun vasitəsilə onun intiqamını alacam. İmam Bagir əleyhissəlamdandır bu hədis. Allah təsəlli verir göy əhlinə ki, aram olun, sakit olun. Yəni, bu qədər özünüzü öldürməyin.

Amma bir nəfər var ki, aram uzanıb qətlgahda. Aram, rahat. Rahat can verir. O da Imam Hüseynin özüdür. Yer göy müsibətə qərq olub, yer göy naləsi ucalıb, mələklərin səsi, bütün Peyğəmbərlərin səsi, yer göy qan ağlayır, bu, aram uzanıb. Burada bu müraciət, imam Sadiq (ə.s.) Fəcr surəsinin, imam Sadıq buyurur ki, bir adı Surət-ül Hüseyndir. Hüseyn surəsidir. Deyir, mənim cəddim, imam Hüseynin surəsini oxuyursunuz? Deyirlər, hansı? Deyir, Fəcr. Bax, bu müraciət imam Hüseynə idi. Yaaa ayyatuhan nafsul mutma ‘innah. Ey aram olmuş nəfs. Ey aram, sakit, hüzur içində olan nəfs. Irji’eee ilaa Rabbiki. İmtahanı bitirdin, dön Rəbbinə tərəf. Raadiyatam mardiyyah. Sən Allahdan razısan, Allah səndən razıdır. Bu, nəyin cavabıdır? O ki, deyirdi, qətligahda, İlahi rizəm bi qəzaik və təslimənli əmrik, lə mə’budəsivak [TODO - Correction]. İlahi səndən gələn hər şeyə razıyam. Əmrinə təsliməm. Bu hal nəyin nəticəsidir? Düşmən təəccüb eləyir ki, mən belə ikinci adam görməmişəm. Bu, baxışın nəticəsidir. Baxış. Düz baxışdır bu. Düzgün görür hər şeyi. Özünü itirmir.

Hər şey Allahın iradəsi ilədir. Allahın əmri ilədir. Allah üçündür. Bu baxış ki, var. Ammara eytu illa camiyal [TODO - Correction]. Gözəllikdən başqa heçnə görmədim. O, baxışın yaratdığı aramlıqdır. Baxışın yaratdığı hüzurdur. Heç nə hüzurunu pozmur, aramlığını pozmur. Bəla çoxaldıqca, aramlığı artır.

Bir alim deyir ki, oturub süfrədə çörək yeyirdi bir nəfərlə. Soğan var idi, deyir, süfrənin üstündə, acı soğan idi. Deyir, biz ləzzətlə o acı soğanı yeyirik, birdən uşaq deyir, qaçırdı, 2-3 yaşdı uşaq. Əlinə attı, soldan soğanı götürdü, dilinə vurdu, gözü yaşardı, başladı ağlamağa acılığından. Deyir, bu götürdü, onu qoydu qırağa, aram elədi uşağı. Bu alim deyir, o avam adam idi, amma məni nəsihət elədi. Dedi ki, bax, bəlaya münasibət də belədir. Uşaq… Böyük üçün o soğanın hansı daha ləzətdir, acı olanı. Hövsan soğanı deyir, acı olsun, göz… Bu ondan ləzət alır. Deyir, uşaq üçün isə acıdır. Uşaq onun dilinə dəyən kimi ağlayır, fəryəd edir. Böyük insan isə onu yedikcə daha da çox ləzzət alır.

Deyir, bəlalar nisbətində də insanlar belədir. Böyüdükcə, bəlanın ağırlığı daha nuş olur canına. Əlbəttə, bəla istəməyin, deyiblər. Çətinliklərinizi də həll eləməyə çalışın. Amma elə ki, qoydular ki, bu sənin öhdənə düşüb. Deyir o, söylədim məcnunu biçarəyə, ey aşiqi zar, elə qəm qüssə yeyirsən adam iştaha gəlir. Bizim hacı Səyyər yazıb bunu. Yaxşı misralardır. söylədim məcnunu biçarəyə, ey aşiqi zar, elə qəm qüssə yeyirsən adam iştaha gəlir. Bəziləri var ki… Bax Kərbəlada imam Hüseynin o qəmi yeməyi adamı iştaha gətirir. Çünki baxışı başqa cürdür onun qəmə. Baxışı fərqlidir. Tamam başqa gözlə baxır. Çətinlik istəmir, çətinlikləri həll eləməyə çalışır. Amma gəldi, nuş eləyir.

Səfinətul-biharda belə bir hədis var. Deyir imam… Həzrəti Musa (ə.s.), Musa Peyğəmbər deyir ki, ilahi ən abid və ən çox sevdiyin bəndəni mənə göstər. Allah ünvan verir, deyir, get filan yerə. Gedir görür, bir nəfər oturub, cüzam xəstəsidir. Cüzam qədimdə çox yayılmış xəstəlik imiş. Şikəstdir, yerindən dura bilmir. Və dərisində də, deyir, ləkələr var. Neçə cür xəstəlik içində oturub. Həzrəti Musa deyir ki, deyəsən, səhv gəlmişəm, mən abid soruşurdum, yerə bənd olmuş, bağlanmış bir adamı göstərirsən. Cəbrail deyir ki, yox düz gəlmisən. Hələ gəlmişəm gözünün işığını da alım, kor olsun bu. Səninlə eyni vaxtda gəlmişik. İndi gözü də tutulacaq. Deyir, elə Musa əleyhissəlamın qabağında gözü də tutuldu. Deyir, bunu münacat eləyir Allahla. Deyir, bugünəcən məsləhət bilirdin ki, gözüm görsün, görürdü, indi aldın, şükür məsləhətinə. Çox gözəl, razıyam. Həzrəti Musa deyir, mən Musa kəlimullaham. Duamı da Allah qəbul eləyər. Nə istəyim sənin üçün? Dedi ki, onun istəyini öz istəyimlə üstün hesab eləyirəm. Onun istəyi mənim üçün daha önəmlidir.

Musa ə.s. anladı ki, abid o adamdır ki, həyatda problemi var, amma həyatla problemi yoxdur. Abid o adamdır. Həyatda hamının problemi var, amma həyatla problemi yoxdur, rahat yaşayır. Buna qulaq asıb elə düşünmeyin din istəyir adamlar bax belə bədbəxt, biçarə olsun. Düz başa düşün, xahiş eləyirəm sözlərimi. Din istəmir, amma din oldu ya olmadı, adam mömin oldu ya kafir oldu. Biri görürsən gözü tutuldu, biri görürsən şikəst oldu. Var, bu həyatın qaydasıdır, din neyləsin. Din deyir ki, baxışını düzəlt sadəcə və çalış o vəziyyətdən çıxasan. Çalış vəziyyətdən çıxasan, həkimə get, filan, amma bəlanı nuş elə. Nəticədən asılı olmayaraq qəlbin razı halda olsun. Budur, abidliyin mənası budur.

Bunu çox danışmışam. Ayətullah Məliki Təbrizi hər il, deyir, qədir xumda üç gün məclis verərdi, evində, bayram. Yaxşı ənənədir bu, qədir xum günü bayram eləyəsən. Deyir, dostları yığıb, alimləri, bir bayram tədbiri təşkil edib evində. İlahilər oxunur, bayramdır, əməlli bir bayram məclisidir. Birdən gördü ki, qadınların ağlamaq səsi qalxdı. Tez gəldi, durdu, keçdi həyətə. Sən demə bunun balaca oğlu, ya bəzi yerdə nəvəsi görmüşəm, düşüb quyuya, su quyusuna, boğulub orada dünyasını dəyişib. Qadınlar ağlayır. Deyir, çıxartdı onu, çıxartdılar. Apardı, otağa saldı onları, dedi ki, xahiş eləyirəm ki, ağlamayın, Həzrəti Əlinin məclisinə hörmətsizlik olmasın. İçinizdə bir qədər ağlayın, aram olun, səsiniz çıxmasın ki, bu bayram məclisidir. Camaat gəlib, Əli əleyhissəlamın abrını aparmayaq, onun bayramına xələl gəlməsin. Deyir, gəldi oturdu. Bir alim danışır, deyir, mən başa düşdüm nəsə müsibət baş verib, deyir, elə aram oturdu, danışdı, güldü, yemək yedi filan. Deyir, çıxanda, deyir, mən xəcalət çəkirdim, mən bilirdim ki, nəsə var burada. Çıxanda, dedi ki, sabah övladımın dəfnidir. Əli əleyhissəlam mənə bir hədiyə elədi bugün, uşaq düşdü, orada dünyasını dəyişdi.

Bu nədir, bu nə düşüncədir, haradan gəlir? Uşağını sevmir? Vallah övliyalar bizdən çox balalarını sevirlər. İnsanın atifəsi çoxalır kamilləşdikcə. Bəs niyə görə belədir? Çünki baxış bucağı belədir ki, Allahı sahib bilir hər şeyə. Mən bunu danışa danışa qorxuram, ki, sabah başıma gəlsə bu işlər necə reaksiya verəcəm bilmirəm. Mən kiməm ki, mənim əməlim sizə nümunə olsun?! Amma budur, yolu budur, qaydası budur. İnnalillah əlləzinə iza əsabəthum musibətun qalu innalillah və inna iləyhi racihun. Başlarına bir musibət gəldiyi zaman, deyərlər biz Allahdanıq və ona sarı… Allahdanıq, yəni onunuq, Allahınıq, lillah, Allah üçünük. Biləndə ki, hər iş Allahın əlindədir, bilirsən onun hikməti var. Biz min dənə iş görürük, bir hikməti yoxdur, Allahın bir işinin min hikməti olur. Mütləq bir hikməti var.

Çox vaxtınızı almaq istəmirəm. Sözüm budur ki, biraz xanım Zəhraya da işarə eləmək istəyirəm ki, qarşıda şəhadət günləri gəlir, onun da bu mövzuya aidiyyəti var. Bu baxışlar səbəb olur ki, insan sınmır, insan sarsılmır, insan üzülmür, daxili möhkəm olur. Əlində heç nə olmasa da zəngin olur. İmam Hüseyn əleyhissəlamın duasıdır, ərəfə duasında… Əllahumməc`əl ğinayə fi nəfsi. İlahi zənginliyi nəfsimdə qərar ver. Adam… zənginliyin yolu nədir? Çox qazanım. İstəyir, kənardan zəngin olsun. Deyir içimdən olum zəngin. Ehtiyacsızlıq gözü toxluğunda olsun, sərvətin çoxluğunda yox. Gözü tox adam ehtiyacsızdır. Sərvəti varsa nə yaxşı, yoxdursa da olmasın. Bunun, sərvətin olub-olmamasına dəxili yoxdur. Ruhi güc, baxışın nəticəsidir.

İskəndərlə Diogenin hadisəsini yazırlar alimlər kitabda. Tərki dünya bir adam olub. Demirəm Diogen özü hər cəhətdən kamil insan olub, amma bir xüsusiyyəti olub ki, dünyaya rəğbətsiz adam olub. İskəndəri də bilirsiniz, fatehdir. Deyək o dövr üçün dünyanın sahibidir. Diogen uzanıb, günün altında özü üçün gün vannası qəbul eləyir. Filosofdur, alimdir. Deyirəm, məsələn, sabah bir səhv şey oxusanız barəsində deməyin onu tərifləyirdi. Onun səhvləri də ola bilər. Yəni, amma bu xüsusiyyəti var idi ki, zahid idi. Deyir, İskəndər keçəndə… İskəndərin də ürəyində həmişə bir qibtə var idi ona. İskəndər fateh, dünyanın sahibidir. Gəlir, deyir, saxlayın, yanındakılara deyir… Böyük bir qoşunla, dəstəylə şah necə gedər?! Saxlayın. Gəlir, Deogenin başının üstündə dayanır. Bu da oturub özü üçün baxır göyə, ora, heç bir etina eləmir. Deyir ki, mən bilirsən də kiməm? Deyir Bilirəm. Yox, heç nə demir. Deyir, bilirsən kiməm, İskəndər, filan, filan, filan. Nə sözün var, nə xahişin var, denən. Mən hökumdaram da, bilirsən, əlimdən hər şey gəlir, onu eləyim sənin üçün. Deyir, baxır, etinasız deyir ki, günün qabağından çəkil gün dəysin mənə. Xahişim budur səndən. Deyir, gedir, yanındakılar gedə-gedə deyir ki, İskəndər olmasaydın, Diogen olardın.

Bir zənginliyin xaricdən təmin edilməsi, bir zənginliyin içdən qaynaqlanması, ehtiyacsızlığın, Həmişə bunlar obirilərdən üstün olub, onlar həmşə qəlbində bunlara qiptə eləyib. Harun həmişə imam Musayi Kazıma qiptə eləyib. O düşmənçiliyin də səbəbi bu olub əslində. Neçə səbəbi var, biri də bu olub. Onlar natamamlıq hiss eləyib bunların müqabilində həmişə. Hər şeyləri var, fəxr eləyiblər, görüblər, onlara uduzurlar. Nə üçün? Çünki onların zənginliyi içdəndir, daxildəndir. O, hər şeyə naz elədiyi şeylərdən bu iki əlli yapışıb zənginliyi onda axtarır.

Xanım Zəhranın müsibətinə də gəlib baxsaq, Həzrət Fatimənin müsibətinin yaranma səbəblərindən biri o zaman camaatın baxışının səhvliyi idi. Sizdən xahiş eləyirəm, mən bilmirəm, Fədəkiyyə xütbəsi tərcümə olunubsa bu günlərdə, mütləq oxuyun, tapın oxuyun, alın oxuyun. Onun xütbələrini, Mədinə xanımları başının üstünə gələndə danışdığı sözlər çox dəyərlidir. O dövrü bizə tam gözəl izah eləyir. Onlara müraciət elədi, dedi ki, Və məlləzi nəqəmu min Əbəl-Həsən [TODO - correct]. Deyir, Əbəl Həsəndən, Əlidən niyə üz çevirdiniz? Nəqəmu min huvallah nəkirə seyfihi və qillətə mübalatihi bixətfihi [TODO -Correct]. Deyir, ondan sizi üst çevirməyə vadar eləyən onun qılıncının itiliyidir, Allahın dini yolunda dönməzliyidir, möhkəmliyidir. Amma vallah səhv eləyirsiniz. O özünə qarşı tələbkardır, sizə qarşı yox.

Bir insan gördün özünə qarşı tələbkardır, bil ki, camaat ondan aramdır. Belə deyək, onun tələbindən aramdır. O adam ki, gördün, ondan bundan din tələb eləyir, filan kəs kafirdir, filan kəs qorxaqdır, filan kəs filandır, filan kəs filandır, başladı ha, hamıdan nəsə tələb eləməyə, bil ki, özü ilə məşğul deyil. Xanım Zəhra bu incə nöqtəni başa salır. Deyir, Əli özü ilə məşğuldur. Özünə qarşı tələbkardır. Siz səhv başa düşürsünüz, siz səhv düşünürsünüz. O sizi deyir, aram-aram, onların başa düşdüyü dəvə idi da, dəvənin yüyənindən, necə deyir, aparallar suya tərəf, aram-aram, o sizi səltənətə, var dövlətə, rifaha tərəf, aram-aram aparacaqdı. O özünə qarşı tələbkardır, sizlə işi olmayacaqdı.

Sonra onun yerinə gələnlər bilirsiniz nə edirdilər? Qamçı əllərinə götürüb, din davası aparırdılar camaatla. Biri ayağını sağa atan kimi cəza verin, din belə, İslam belə, günah belə, ibadət belə. Bu şəkildə idi onların davranışı. Amma başa düşmək istəmədi camaat. İnanın, xanım Zəhranın nə istədiyini başa düşmək istəmədilər. Onların baxışı səhv idi, deyirdilər ki, nə istəyirsən, namaz, oruc, ibadət, hamısı var da, nə din davası aparaq? Başa düşürsünüz? Din nədir axır, həccə gedirik, namaz qılırıq, oruc tuturuq, zəkat veririk. Hər şey qayda-qaydasındadır. Nədir axı sizin istəyiniz? Başa düşmürdülər ki, əsas bütün bu pərakəndə hökümlərı birləşdirən, bir sistem halına gətirən vilayətdir. Bu olmasa, heç bir faydası yoxdur. O düzən formalaşmasa, fərdi ibadətlər insanı məqsədə çatdıra bilməz. Mexanizm vilayət düzəni idi. Bu olmasa, kamillikdən danışmaq olmaz. Amma onlar başa düşmürdülər.

Görün, nə incə söz deyir. Siz Allah, mən bir Fatimiyyədə yadımdadır bunu danışmışam. Deyir, məaşirən naz. Ay insanlar, əl-musri’ətə ila qeylil batil, əl-muğziyyətə ala’l-fə’lil qəbihil xasir [TODO - Correction]. Deyir, ey batil sözə tələsən camaat. Görün, nə gözəl psixoloji portretini cızır cəmaatın. Deyir, siz niyə mənim sözümü qəbul eləmirsiniz? Çünki batil sözə tələsən camaatsınız. Adamda bir psixoloji haldır. Mədinə camaatının portreti budur. Yəni, bu bir dənə deyirlər, deyirlər filan deyirlər doğurdan… Batil sözü yay camaatın içində tez qəbul eləsin. Eşitmisən filankəsin filan şeyi var, demir filan, filan, filan, filan şayə… Heç bir əsası olmayan…

Deyir, bəzi adamlarda meyl var ki, batil sözü tez təsdiq eləsin. Bu, böyük bir xəstəlikdir. Mədinə camaatını xarakterizə eliyir. Deyir, ay batil sözə tələsən camaat. Elə ki, gördün ki, dəlilsiz, sübutsuz hansısa bir sözə… Deyir, yalan üçün bu kifayətdir ki, eşitdiyini deyəsən, ‘deyirlər’ deməyin yalan deməyinə kifayətdir. Əli əleyhissəlam deyir ki, haqla batil arasında dörd barmaq, dörd barmaq görməklə eşitməyin arasındadır. Çox inanclarımız, inamlarımız hamısı bundandır ki, batil sözə tələsirik. Və bu, balaca bir xüsusiyyət deyil. Bu, Mədinə cinayətkərlarının xüsusiyyətidir. Batil sözə tələsmək, dəlilsiz, sübutsuz, bilirsən necə xoşlayır ki, o şayəni təsdiq eləsin. Bir az dayan, araşdır, bir az ağır ol, hər gələn informasiyanı kor-koranə qəbul eləmə, təhlil elə.

Xanım Zəhra bunu demək istəyir. Ondan sonra deyir ki, əl-muğziyyətə ələl-fə’lil qəbihil xasir. Pis əmələ göz yumanlar. Ey cəmiyyətin fəsadına göz yumanlar. Bu, insanlığa qarşı olan bu cinayətlərə göz yumanlar. Ancaq özünü düşünən, ictimai hadisələrə biganə qalan insanlar.

Sözümü bitirirəm. Həssas bir dönəm idi. Peyğəmbər, Həzrəti Əlidən hədis var, deyir ki, şeytan özü yerə gəlmişdi, insan cildində prosesləri idarə edirdi. Şeytan dedi ki, Əlidən vilayəti alanda, camaat Əlini tənha qoyanda, şeytan belə bir söz dedi. Dedi, Əliyəvm kəyəvm-i Adəm [TODO - Correction]. Bugün Adəmin günü kimidir. Bugün insanlar vilayət cənnətindən qovuldu. Bugün insanlar vilayət cənnətindən məhrum oldular. Belə bir həssas məqamda, xanım Zəhra başa sala bilmir ki, çox böyük səhv eləyirsiniz. Deyir ki, siz xilafət dəvəsinin yüyənini başqa əllərə verdiniz, amma bilin ki, süd yox, qan sağacaqsınız. Nə qədər uzaq görənliklə deyilən sözlərdir. O gündən bugünəcan İslam dünyasında, dünya tarixində nə qədər qanlar axıdılıb, cinayətlər törədilib, hamısının cavabdehi oradakı olan o hadisələrdir.

Xanım Zəhra bütün bunları görürdü və baxışını düzəltməyə çalışırdı cəmiyyətin. Cəmiyyətin baxışı səhv olanda haqq söz qulaqlara çatmır. Hətta Fatimənin naləsi olsa belə eşitmək istəmədilər və eşitmədilər, və hətta Həzrəti Əliyə dedilər ki, Həzrəti Fatiməyə deyin ki, ya gecə, ya gündüz ağlasın. Biz bu qədər ağlamaq səsini eşitməyə halımız yoxdur. Yəni, hətta ağlamağına belə dözməyə halları olmadı. Onların yəni vicdanının səsi tam batmışdı.

Bu, bugünkü söhbətimiz, inşallah, insanın düzgün baxışı və Fatimiyyəylə ilə bağlı. Allah bütün bu sözləri qəlbimizdə təsir eləsin və həm danışdığımıza, həm eşitdiyimizə əməl eləməyə bizi müvəffəq eləsin inşAllah.

Əllahummə inni əsəlukə vənəddəuk, bismikəl əzimil əzəm, və əccil əccəllil əkram və bi Fatimətə və əbiha və bəliha və bəniha və slrlil mustavda’i fiha ya Allah. ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah,ya Allahu, ya Allahu, ya Allah!

İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Hər kimin ürəyində nə dərdi var, nə hacəti var, xanım Zəhra əliylə həll elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifahi acil, mərhəmət elə. Ölənlərimizi ğəriqi rəhmət elə. Bizi bundan artıq birbirimizə mehriban elə. Bizi şeytan, nəfsi əmmarə şərrindən hifz elə. Ailəmizdən, övladlarımızdan Həzrəti Zəhra düşməni qərar vermə. Xanım Zəhranın əyyamının feyzindən bizi binəsib eləmə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzi mərhəmət elə. Hər kim hər vasitə ilə, elmi ilə, malıyla, canıyla sərvətiylə, hər hansı yolla bu dinə, bu sərvətə, İslama xidməyt göstərir, dünya və axirətlərini xeyirli elə. Xəyanət edənləri məhvu nabud elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Torpaqlarımızın azadlığı uğrunda canında keçən şəhidərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızın keşiyində duran əsgərlərimizi hər bir bəladan uzaq elə. İmam Zaman Ağanın zuhurunu tez elə.